Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8106/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh nümayəndəsi X5, Maraqlı şəxs Bakıxanova Əminə Əliəkbər qızının nümayəndəsi Bakıxanov Araz Tələt oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2(004)-577/2005 saylı qətnaməsindən maraqlı şəxs Bakıxanova Əminə Əliəkbər qızı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-577/2005 saylı qərardadından maraqlı şəxs Bakıxanova Əminə Əliəkbər qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X6, X2, X7, X13, X4 Cavabdehnə qarşı mənzilə hüququn tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2(004)-577/2005 saylı qətnaməsi ilə iddialar təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2(004)-577/2005 saylı qətnaməsindən maraqlı şəxslər Bakıxanova Əminə Əliəkbər qızı, X8 və X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-577/2005 saylı qərardadı ilə maraqlı şəxslər tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2(004)-577/2005 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs Bakıxanova Əminə Əliəkbər qızı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-577/2005 saylı qərardadından şikayət verərək, həmin qərardadın ona münasibətdə ləğv edilməsini və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2(004)-577/2005 №-li qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün aidiyyəti məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxsin şikayəti onunla əsaslandırılmışdır ki,o, apellyasiya şikayətinə adından köçürülmüş dövlət rüsumu qəbzini və hazırda elektron qaydada verilən mülkiyyətinə dair çıxarışı qoşma etmişdir ki, bu da verilən apellyasiya şikayətinin ona münasibətdə tələb olunan qaydada verdiyini sübut edir. Ona görə də ona münasibətdə hesab edir ki, hakim T.Xəlilova, apellyasiya şikayətini qərardadda göstərdiyi arqumentləri əsasında göndərməməkdə düzgün olmayıb. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi Bakıxanov Araz Tələt oğlu şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X11 şikayəti həllini məhkəmənin mülahisəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyib, şikayəti və mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardad maraqlı şəxs Bakıxanova Əminə Əliəkbər qızına aid hissədə ləğv edilməli, həmin hissədə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, çıxarış elektron qaydada əlavə edilmişdir. Bundan əlavə şikayətə Bakıxanova Əminə Əliəkbər qızının adından ödənilmiş dövlət rüsumu ilə bağlı sənəd əlavə edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsi ilə X1 adına icarə müqaviləsinin bağlanması və orderin verilməsinin Yasamal RİH-nə həvalə edildiyi ünvan ünvan 1 olmaqla, sahəsi 19,7 +12,7 =32,4 kv.m təşkil edir. Bakıxanova Əminə Əliəkbər qızının mülkiyyət hüququnun tanındığı sahə ünvan 1, mənzil 2 olmaqla, sahəsi 59,7 kv.m təşkil edir. Göründüyü kimi, həmin ünvanların eyni ünvan olub-olmaması, maraqlı şəxsin hansı hüquqlarına və qanuni mənafeyinə toxunub-toxunmamasının araşdırılmasına zərurət vardır. Buna görə də, Bakıxanova Əminə Əliəkbər qızının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı Bakıxanova Əminə Əliəkbər qızına aid hissədə ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materialları Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Bakıxanova Əminə Əliəkbər qızı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-577/2005 saylı qərardadı maraqlı şəxs Bakıxanova Əminə Əliəkbər qızına aid hissədə ləğv edilsin. Həmin hissədə apellyasiya mümkünlüyü məsələsi yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8106/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8106/2020
04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver