Məhkəmə qərarları › İş №2(103)-8106/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8106/2021

17.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8106/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağ sahəsinə və evinə köçürülmə, bağ sahəsindən və evindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 29.04.2021ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 508A ünvanında yerləşən 0,12 ha bağ sahəsinə və ümumi sahəsi 69,1 kv.m olan bağ evinə köçürülsün, bağ sahəsindən və evindən iddiaçının istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamə ilə iddia təmin olunub və qət olunub ki, iddiaçı həmin bağ sahəsinə və evinə köçürülsün, iddiaçının evdə yaşamasına (istifadə etməsinə) cavabdehlər tərəfərindən maneələr yaradılmasına qadağa qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh2 iddiaçının keçmiş arvadı, Cavabdeh1 isə iddiaçının oğludur. İddiaçı bağ sahəsinin və evinin içarəçisi olub. Belə ki, X1 və İstismarı Birliyi ilə onun arasında 26.10.1993-cü il tarixli icarə müqaviləsi bağlanıb. Daha sonra bağ sahəsi və evi özəlləşdirilib, 30.12.2016-cı il tarixdə bağ sahəsi və evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Lakin Bakı Apellyasiya Məhkəməsinin 29.08.2018-ci il tarixli qətnaməsi ilə həmin qeydiyyat etibarsız hesab olunub. Hazırda cavabdehlər iddiaçının bağ sahəsindən və evindən istifadə etməsinə mane olurlar. “İcarə haqqında” Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Həmin maddənin 3-cü hissəsinə görə icarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. Bağ sahəsinin və evinin iddiaçıdan geri alınması barədə məhkəmə qərarı yoxdur. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə dügün nəticəyə gəlib. Beləliklə, apellyasiya şikayəti rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar