Məhkəmə qərarları › İş №2(103)-8124/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8124/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8124/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Ülvi İsmayılovun, cavabdehlər Elbrus Şirinzadə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına və iddiaçılar X1 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin “qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması barədə” xx.xx.2020-ci il tarixli qərardadından Elbrus Şirinzadə və və Cavabdeh1 tərəfindən birgə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdehlər Elbrus Şirinzadə və Cavabdeh1 tərəfindən verilmiş “maddi və mənəzi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızıdır. Belə ki, qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən ona görə imtina olunub ki, o, işin baxılmasına başlanmasından sonra verilib, habelə onun verilməsi üçün əsaslar məhkəmə baxışının gedişində əmələ gəlməyib. Bu hal birinci instansiya məhkəməsinin qərardadında düzgün əsaslandırılıb. Mülki-Prosessual Məcəllənin 155.1 və 155.2-ci maddələrindən görünür ki, qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin “qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması barədə” xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar