Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8126/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” təlbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3062/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin “kreditin, ona hesablanmış faizlərin qaytarılması” barədə ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3062/2020 saylı mülki işi üzrə xx.xx.2020ci il tarixli qətnamə ilə təmin edilmiş (iş səh. 34) və Cavabdeh qətnamədən şikayət vermişdir (iş səh. 40). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, cavabdeh şikayətində məhkəmə iclasında onun iştiarkının təmin edilmədiyini bildirsə də, iş materialında olan bildirişlər və reyestrlərə əsasən, məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə tərəfin rəsmi qeydiyyata alındığı ünvana göndərildiyi məlum olur (səh.3,15-20, 23-27, 37, 38, 42). Qətnamənin surəti tərəflərə xx.xx.2020-ci ildə rəsmi qaydada göndərilsə də onun əldə edilməsini təsdiq edən xəbərnamələr işə əlavə edilməmişdir (səh.37-38). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülübötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Şikayət verən şəxsin prosessual qanunvericiliyə əsasən iş yeri, yaşayış yeri, yaxud olduğu yeri qeyd edilməmişdir. Bunlar isə çəkişmə prinsipinin təmin edilməsini əngəlləyən və sui-istifadəyə şərait yaradılmasına yönəlik amil kimi yolverilməzdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin2, 9, 128-135, 263-269, 357.1, 360-366, 397.2, və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3062/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8126/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8126/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver