Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8127/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tərəflərin iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim F.Əyyubov,iş № 8(004)-6173/2021) iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddiaçıya Yasamal Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, borc müqaviləsi üzrə icra qeydi verilsə də, icra məmuru onu icra edə bilmiş, çünki cavabdeh borcu ödəməkdən qərəzli olaraq yayınır. Yasamal Rayon Məhkəməsi şikayəti təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməkdən imtina edərkən aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək bu qənaətə gəlmişdir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 18 noyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən borclu Cavabdeh 2672 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən 8İ-4482 nömrəli, 29.12.2018-ci il tarixli icra sənədi verilmişdir. Buna baxmayaraq iddiaçı yenidən 18 noyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehdən ödənilməyən - icra qeydi ilə tutulması qərara alınmış məbləğin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, 18 noyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən borclu Cavabdeh 2672 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə 29.12.2018-ci il icra qeydi olduğundan, İddiaçı ərizəsi ona geri qaytarılmalı və ona Yasamal Rayon İcra Şöbəsinə müraciət edərək, qismən icra edilmiş icra sənədinin yenidən icraya yönləndirilməsi barədə müraciət hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və şikayətin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı Əlibala oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8127/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8127/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver