Məhkəmə qərarları › İş №2(103)-8133/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8133/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8133/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə,iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh X2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-19/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-19/2020 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 40000 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı X1 xeyrinə tutulması, Cavabdeh X2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmiş, qətnamə xx.xx.2020-ci il tarixdə tərəflərə göndərilmiş və icraya yönəldilmişdir (iş səh.254-271).Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-19/2020 saylı qətnaməsindən verdiyi (xx.xx.2020-ci il tarixdə ünvanladığı) apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur (iş səh. 276-277); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.10 .2020-ci il tarixli, 2(001)-19/2020 saylı qərardadı iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə və Cavabdeh X2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilməklə mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. (iş səh.279) Məhkəmə kollegiyası müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli (prosessual müddətə dair) qərardadının tərəflərə rəsmi qaydada eyni tarixdə göndərilməsi barədə məktubun olmasına baxmayaraq (iş səh.281-282), qərardadın aidiyyəti üzrə göndərilməsinə (çatmasına) dair heç bir sənəd iş materiallarına əlavə olunmamış və göndərildiyi tarix nəzərə alınmaqla, birinci instansiya məhkəməsi apellyasiya şikayətini (işlə birlikdə) şikayətin verilmə müddəti bitdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, işdə iştirak edən şəxslərin qərardaddan şikayət vermək hüququnu nəzərə almayaraq şikayət vermə (hüquqlarını təmin etməmiş) müddətini gözləməmiş, işi xx.xx.2020-ci tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərmiş (xx.xx.2020-ci il tarixdə daxil olmuşdur). Diqqətə çatdırılmalıdr ki, xx.xx.2020-ci il tarixli qərardda şikayət vermə mümkünsüzlüyü qeyd edilsə də, prosessual qanunvericilik prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını təsbit etmişdir. Ona görə də, məhkəmə məhkəmə sənədlərinin çatdırılması üzrə vəzifələrə aid prosessual hərəkətləri və müvafiq gözləntiləri səlahiyyəti həddində həyata keçirməli və işdə iştirak edən bütün şəxslərin məhkəmə aktlarından şikayət vermə hüquqlarını təmin etməlidir. Əks halda, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual qeyri-müəyyənlik sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amil kimi şikayətin icraata qəbul edilməsini mümkünsüz edir. Şərh olunanlara və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 263, 264, 269 279, 357, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-19/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindənverilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar