Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8143/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, kreditor İddiaçı2 MMC borclu Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4490/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4490/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu Cavabdeh1 tərəfindən Yasamal Rayon Məhkəməsinin 2(004)-4490/2014 saylı, xx xxx 2014-cü il tarixli məhkəmə əmrindən verilmiş etiraz 10 günlük prosessual müddət ötürüldüyündən təmin edilməmiş (iş səh. 32) və borclu Cavabdeh1 qərardaddan şikayət vermiş (iş səh. 36), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4490/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (səh.39 ). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, Yasamal Rayon Mıəhkəməsinin 2(004)-4490/2014 saylı işi üzrə xx.xx.2014-cü il tarixli məhkəmə əmri xx.xx.2014-cü il tarixində tərəflərə rəsmi qaydada sifarişli məktubla göndərilmiş (iş səh. 22-25), xx.xx.2020-ci il tarixdə borclu Cavabdeh1 tərəfindən məhkəmə əmrinə etiraz verilmiş qanuni qüvvəyə minmiş əmrdən şikayət vermə müddəti ötürülmüş və müddətin bərpa edilməsi barədə vəsatəti məhkəmə təqdim etməmişdir (səh.30). Qeyd edilməlidir ki, Mülki Prosesual Məcəlləsinin 283-cü maddəsinə əsasən, borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Məcəllənin 130, 133-cu maddəsinə əsasən, Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayətinin mümkünlüyünü və ya digər şəxslərin də şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, qeyd edilən məhkəmənin qərardadından şikayətin verilməsi nəzərdə tutulmayıb və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olmur. Belə ki, etirazla bərabər müddətin bərpa olunması barədə vəsatət verərək şəxs hüquqlarının məhkəmə müdafiəsini təmin edə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin2, 9, 128-135, 263-269,283, 357.1, 360-366, 397.2, və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4490/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8143/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8143/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver