Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8149/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin – Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1691/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC - Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6748,67 manat əsas borc, 1015,33 manat faiz borcu, 86,94 manat cərimə olmaqla ümumilikdə cəmi 7850,94 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 08 fevral 2019-cu il tarixli kredit müqaviləsinin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 08 fevral 2019- cu il tarixli Kredit müqaviləsinə əsasən bankdan illik 21 faizlə 48 ay müddətinə 9,400 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1691/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.02.2019-cu il tarixli «Kredit Müqaviləsi»nin ləğv edilməsi, həmin Müqavilə üzrə yaranmış 6748,67 manat əsas borc, 1015,33 manat faiz borcu və 20 manat dəbbə pulu olmaqla ümumilikdə 7,784 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə müvafiq araşdırma aparılaraq, ekspertiza təyin etməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan çəkişmə prinsipinə zidd olaraq iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. İddiaçıya olan borcunun faiz və cərimə məbləğlərinin hesablanması üçün məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, müvafiq məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçı bankdan 9400 manat məbləğində kredit götürmüş və 1 ildən çox müddətə ödəniş etmişdir. Pandemiya ilə əlaqədar olaraq ödənişlərini vaxtında edə bilməmişdir. Belə ki, xarici ölkəyə getmiş və ölkəyə qayıda bilməmişdir. Ölkəyə qayındandan sonra isə ödənişlərini bərpa etmişdir. Daha sonra işdən çıxarılmışdır. Yaranmış vəziyyətlə bağlı olaraq iddiaçı banka müraciət edərək güzəşt tətbiq edilməsini xahiş etsə də nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflərindən təqdim edilmiş sənədlərdən də göründüyü kimi əsas və faiz borcu düzgün hesablanmış, eyni zamanda həmin sənədlərdə ödənişlər və borc barədə məlumat dəqiqliklə öz əksini tapmışdır. Hesab edir ki, ekspertiza təyin edilməsinə zərurər yoxdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehdən tutulan borc məbləğlərinə aid hissədə yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun yalnız borc məbləğlərinə aid hissədə qətnaməni mübahisələndirdiyi aydın olur. Həmçinin iddia tələbi qismən təmin edilsə də qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 23-Y-3-0- 230-19 saylı 08.02.2019-cu il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 9,400 manat məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 21 faiz ödəməyi öhdəsinə götürür. Kredit 48 ay müddətinə verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, hazırda cavabdehin bank qarşısında 6748,67 manat əsas borc, 1015,33 manat faiz borcu, 86,94 manat cərimə borcu vardır. İş materiallarında olan VN Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışında görünür ki, qurumun əvvəlki adı “ Nikoyl” İKB, qurumun hazırki adı isə İddiaçı ASC-dir. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi barədə bank tərəfindən pretenziya göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin tələb edilən borcun iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı və ödəniş qrafikinə əsasən adi riyazi hesablama qaydası ilə hesablanması mümkün olduğundan iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. Cavabdehin məhkəmə iclasэnda iюtirakэnэn təmin edilməməsi ilə baрlэ dəlilinə gəlincə kollegiya qeyd edir ki, iю materiallarэna cavabdehə məhkəmə iclaslarэ barədə bildirişlərin iю materiallarэnda olan və məhkəməyə məlum olan eləcə də apellyasiya şikayətində gцstərilən cavabdehin ьnvanэna gцndərilməsini təsdiq edən sənəd əlavə edilmişdir. Bu əsasdan kollegiya məhkəmə araюdэrmasэnэn tərəflərin çəkişmə prinsipinin pozulmasэ ilə aparэlmasэ ilə baрlэ cavabdehin mцvqeyini əsassэz hesab edir. MPM-nin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyinəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1691/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8149/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8149/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver