Məhkəmə qərarları › İş №2(103)-8151/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8151/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8151/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair 2(007)-1238/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 22750 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh şikayət verərək qəradadın ləğv edilməsini, apelyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixdə qəbul etdiyi, həmin qətnamədən apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə verdiyi üçün prosessual müddət onun tərəfindən buraxılmamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi xx xxxx 2019-cu il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən qəbul edilmiş və həmin məhkəmə aktından şikayət vermə müddəti rəsmi qaydada verildiyi gündən 1 ay müəyyən edilmişdir. Cavabdeh hazırkı iş üzrə yekun məhkəmə aktından verdiyi apelyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bundan başqa, Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(007)-1238/2019 saylı qətnaməsindən məlumatlı olmaması səbəbəbindən mülki iş üzrə qətnamənin təkrar verilməsini xahiş etmiş və qətnaməni təkrarən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Lakin bu hal iş üzrə yekun məhkəmə aktından şikayət verilməsi üçün prosessual müddətin axımının yenidən başlamasına səbəb olmur. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1238/2019 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar