Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8152/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Mərdanova Xumar Afət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, X5 Möysüm oğlunun nümayəndəsi vəkil X2 iştirakı ilə, X5 Möysüm oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1564/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə) məhkəməyə müraciət edərək, WBA6B41020D148926 şassi nömrəli, "BMW 650i” markalı avtomobilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 65000 ABŞ dollarının, avtomobilin təmirinə xərclədiyi 3400 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq İddiaçı ödənilməsi, avtomobilin qaytarılması ilə pulun ödənilməsinin eyni anda icra edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı xx.xx.2015-ci il tarixli xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surəti (səh.13), AC seriyalı, 460871 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (səh.5), Azərbaycan Respublikası DİN İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən Azərbaycan Respublikası DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış 05.2019-cu il tarixli məktu (səh.9), İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair xx.xx.2019-cu il tarixli bildiriş (səh.14) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1564/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın Cavabdeh1 münasibətdə qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında "BMW 650i minik" markalı, ** CV *** dövlət nömrə nişanlı avtomobilin satılmasına dair bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə avtomobilin satış qiyməti kimi ödənilmiş 65000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi, avtomobilin qaytarılması ilə pulun ödənilməsinin eyni anda icra edilməsi və iddianın Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-1564/2020 saylı iş üzrə çıxardığı xx xxxx 2020-ci il tarixli qətnaməsinin Cavabdeh1 aid qismən təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 aid hissədə tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 25, 71, 72, 129-cu maddəsinin İİİ bəndi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1, 82.3 217.1, 385.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 569.1, 570.1.1, 589.1, 589.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadıldığını, bilərəkdən qaçırılmış avtomobilin ona satıldığını iddia etmişdir.Halbuki, “BMW 650i minik” markalı qeyd olunan avtomobil Dövlət X7 sənədləşdirilməklə 04.09 2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Avtomobil Cavabdeh1 əvvəl xx.xx.2014-cü ildə X3 məxsus olmaqla onun adında ** UJ *** nömrə nişanı ilə qeydiyyatda olmuşdur. Avtomobilə dair hər hansı bir məhdudiyyət olmadığından xx.xx.2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən olunmuş qaydada Baş Dövlət X7 alqı-satqı rəsmiləşdirilmişdir. Əgər hər hansı bir məhdudiyyət və ya axtarış barədə məlumat olsaydı avtomobilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmazdı. Cavabdeh iddiaçını aldatmamış, qanunla müəyyən olunmuş hərəkətləri etmiş, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Avtomobilin axtarışda olması barədə alqı-satqı müqaviləsi bağlanarkən heç bir məlumatı olmamışdır. Hazırda müəyyən olunur ki, həmin avtomobilə dair xx xxxx 2014-cü ildə BDYPİ QİŞ-dən İnterpolun MMB-si və DİN BƏSİİ vasitəsi ilə alınmış məlumata əsasən BMW minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin beynəlxalq axtarışda olması ilə bağlı saxlanılmasına dair material araşdırılmışdır. Həmin toplanmış material üzrə BDYP-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Elşən Mürsəliyev icraatında olan HK- 1-973 nömrəli material üzrə xx xxxx 2014-cü il tarixli “Cinayət işinin başlanıimasının rədd edilməsi barədə” Qərar qəbul etmişdir. Həmin Qərarın surəti X3 BDYP QİŞ-nə İnterpolun Azərbaycan Bürosuna və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Göründüyü kimi avtomobil üzərində 2014-cü ildən hər hansı məhdudiyyət qalmamışdır. Odur ki, avtomobil bir neçə dəfə qanunla müəyyən edilmiş qaydada alqı-satqı edilmiş, heç bir məhdudiyyət olmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi kserosurət məktubun isə heç bir əsası yoxdur. Bundan əlavə iddiaçı iddia tələbini əsaslandıran və cavabdehlərin təqsirini sübut edən hər hansı bir sənəd təqdim etməməklə yanaşı, müqavilə üzrə ödənişin xarici valyutada həyata keçirdiyini iddia etmişdir. İddiaçının ona müqavilə üzrə və ya nağd şəkildə hər hansı pul verməsi sübut olunmamışdır. Məhkəmə yalnız iddiaçının tələbinə və formal mülahizələrinə əsasən pulun cavabdehdən tutulmasını qərara almışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən məhkəmə zamanı işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qərarını əsaslandırarkən ədalətsizliyə yol vermiş, mötəbər dəlillərə, hüquqi qiymət vermək əvəzinə biri digərini təkzib edən ziddiyətli, açıq-aşkar şübhə doğuran iş üzrə maraqlı olan şəxslərin ifadələrinə, eləcə də ehtimallara, mülahizələrə əsaslanaraq ona aid hissədə qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Bundan əlavə eyni tərəflər arasında eyni predmet üzrə məhkəmənin icraatında 2(006)- 4558/2019 nömrəli mülki iş olmuşdur. İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbi irəli sürsə də daha sonra iddia tələbini dəyişdirərərk müqavilənin ləğv edilməsi və pul tələbini irəli sürmüşdür. Həmin iş üzrə cavabdehlərin hər ikisi məhkəmə iclasında iştirak etmiş, məhkəmədə müəyyən olunmuşdur ki, Cavabdeh2 müqavilə üzrə tərəf deyildir, odur ki, iddiaçı ona qarşı iddiasından imtina etmişdir. Həmin işdə İddiaçı Cavabdeh2 qarşı iddiasından imtina etmiş və bu imtina məhkəmə tərəfindən təsdiq edilmiş, Cavabdeh2 münasibətdə xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 Möysüm oğlunun nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, satılan avtomobilin qüsurlu olduğunu, oğurluq yolu ilə əldə edildiyini, bundan iddiaçının Azərbaycan Gürcüstan sərhədində polislər təeəfindən saxlanılan zaman xəbərdar oılduğunu, Cavabdeh2 avtomobilin faktiki sahibi olduğunu, onun avtomobil ticarəti ilə məşğul olduğunu, əslində avtomobilin onun tərəfindən iddiaçıya satıldığını, cavabdeh İ. Osmanovun isə onun sürücüsü olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Qeyd edilməlidir ki, iddianın əsasını müəyyən sübut qismində İNTERPOL-un Baş Katibliyindən alınan məlumata əsasən avtomobilin xx.xx.2014-cü il tarixdə Almaniya Federativ Respublikasında oğurlanması və xx.xx.2015-ci il tarixdə «ASF» avtomatlaşdırılmış axtarış sistemi bazasında qeydə alınması barədə DİN İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən Azərbaycan Respublikası DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış məktub olmuş, birinci instansiya məhkəməsi bu sübutu əsas götürərək üçüncü şəxslərin hüquqlarından azad və qüsursuz əşya vermək şərtinin pozulması, bununla da İddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəb olmasına istinad edərək (MM572.1) mülki qanunvericiliyin müddəasını səhv tətbiq etmişdir. Bundan əlavə, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə versədə məhkəmə buna əsaslandırılmış münasibət bildirməməşdirşdir. MM-nin 572, 573, 588 və 589-cu maddələrinin tələblərinə əsasən: Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Göründüyü kimi, bu müddəaların dispozitiv şərtləri malın qüsurlu (keyfiyyətsiz və s.), üçüncü şəxslərin hüquqlarından azad olmasını və bu şəxslərin əmlakı tələb etməsini ehtiva edir ki, hazırki mülki münasibətlərdə bu faktlar müəyyən edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisə edilən hissədə MM-in 21, 372-388, 442, 560, 567-589, 595.; MPM 14.2, 76.1, 76.2, 77.1, 80-82, 106.2, 119.1, 151, 216, 217.3, 217.4, 227, 233, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq (təfsir) edilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən düzgün olmayan nəticə hasil olunmuşdur. Belə ki, ilk olaraq iddia verilən zaman və onun araşdırılması zamanı hər bir cavabdehə qarşı yönələn tələb və iddiaçının bu şəxslərə qarşı mövqeyi açıqlanmamış, iddianın əsasının qüsurlu mal satılması olması müstəvisində bu məsələyə prosessual qiymət verilməmiş, malın qüsurlu olması və bundan satıcının xəbərdar olması, onun mülki məsuliyyət həddi müəyyən edilməmişdir. İddia tələbinin əsasını satılan malın qüsurlu olması nəticəsində ondan istifadənin məhdudlaşması olsada buna dair mötəbər sübutlar təqdim edilməmişdir. Qüsur isə avtonəqliyyat vasitəsinin «İnterpol»un axtarış siyasında olmasıdır ki, bununla əlaqədar cinayət işinin rədd edilməsi qərarı mövcuddur. Avtomobil axtarışda olduğu təqdirdə xx.xx.2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən olunmuş qaydada Baş Dövlət X7 alqı-satqının rəsmiləşdirilməsi, habelə habelə alqı-satqısı rəsmiləşdirən orqanın və ya cavabdehin təqsiri iddiaçı tərəfindən müəyyən edilməmiş və müvafiq olaraq inzibati (və ya cinayət təqibi) orqanına müraciət olunmadan əsaslandırılmamış iddia tələbi verilmişdir. Qeyd edilənlərdən əlavə, cavabdehə münasibətdə mülki hüquqlarının pozulmasını müəyyən edən və bununla iddia müddətinin şamil edilməsini istisna edən hallar mövcud olmadığından, alqı-satqı müqaviləsi bağlanılan zaman nəqliyyat vasitəsinin axtarış sistemində mövcudluğu nəzərə alınaraq, həmin müddətdən hesablanmaqla, müvafiq müqavilə tələblərindən irəli gələn (müqavilə tərəfi olan cavabdehə münasibətdə) qanunla müəyyən edilmiş iddia müddəti tətbiq edilməlidir. Diqqətə çatdırılmışdır ki, qeyd edilən dəlillər müstəvisində sübuta yetirilməyən və qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə irəli sürülən iddianın təmin edilməsi, ələlxüsüs aidiyyəti olmayan müddəaların tətbiq edilməsi, hüquqlardan suiistifadəyə şərait yaradan hal kimi və mülki dövriyyə azadlığına zidd olaraq yolverilməzdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci onu ödəyən şəxsə aid olmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1564/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. X5 Möysüm oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8152/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8152/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver