Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-816/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər:(pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X17 və X5 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X6 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(005)-209/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflərin arasında borc münasibətləri olmuşdur. Belə ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 bir il müddətinə heç bir faiz almadan 51500 manat pulu borc vermiş, həmin borcun ödənilməsini təmin etmək üçün Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 161,4 kv.m olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 2.Bundan başqa, İddiaçı ilə Cavabdeh1 arasında sonuncuya xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 221000 manat məbləğində borc pul verilməsi barədə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə eyni tarixdə bağlanmış ipoteka müqaviləsi əsasında X10 məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 13A saylı evdə yerləşən 47 saylı mənzili ipoteka ilə yüklü etmişdir. 3.Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyinə görə, İddiaçı iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-5068/2019 saylı qətnaməsi ilə Cavabdeh1 44461,70 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. 4.Həmçinin Cavabdeh2 X7 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 170000 manat, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 187000 manat məbləğində borc almışdır. 5.xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün 18 may 2016cı il tarixli ipoteka müqaviləsi əsasında, Cavabdeh2 mülkiyyətində olan Qəbələ şəhəri, Natəvan küçəsində yerləşən 16 saylı evi ipoteka ilə yüklü edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 203.810 (iki yüz üç min səkkiz yüz on manat) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçının tanışıdır. 2017-ci ilin əvvələrində Cavabdeh2 və oğlu Cavabdeh1 digər tanıdığı X11 ilə aralarında borc münasibətlərinin olduğunu, əmlaklarının girovda olduğunu, verdikləri pulların faizə çıxıldığını, İ.Şirinovun əmlakları dəyərdəyməzə satacağını, nəticədə yenə borclu qalacaqlarını, hazırda borca görə İ.Şirinov tərəfindən sıxışdırıldıqlarını bildirmiş və yaranmış vəziyyətdən çıxmaq üçün iddiaçıdan köməklik istəmişdir. Cavabdehlər bunun qarşılığında Qəbələdə yerləşən quşçuluq fabrikində qurulacaq biznesə iddiaçının şərik olacağını, həmin biznesdən gələn gəlirdən qalan borcu qaytaracaqlarını vəd vermişdir. Eyni zamanda Cavabdeh1 Almaniyada təhsili ilə əlaqədar təcili pul lazım olduğunu da bildirmişdir. İddiaçı cavabdehlərə kömək edilməsi, həm də qurulacaq biznesə şərik olmaq niyyəti ilə İ.Şirinovla danışıb borcun təminatı olaraq girov qoyulmuş əmlakların zəmanəti ilə cavabdehlərin mövcud 411.000 manat borcunu İ.Şirinova ödəməyə razılaşmışdır. Əmlakın sənədləşmə işlərinə, əmlakların qeydiyyatlarının dəyişməsinə, əmlakların girovdan çıxarılmasına, bankdan götürülən kreditlər üçün iddiaçının əlavə xərcləri yaranmış, həmçinin Cavabdeh1 Almaniyada təhsili üçün əlavə 5000 manat vəsait vermişdir. Beləliklə, borc məbləği ümumilikdə 424000 manat təşkil etmişdir. Cavabdehlərə köməklik məqsədi ilə bankdan müəyyən hissədə kredit götürülmüş, əlavə olaraq digər şəxslərdən borca pul götürülmüşdür. Razılaşmaya əsasən cavabdehlər banka olan borcu hisssə-hissə ödəməli idilər. Lakin keçən aylar ərzində banka olan borc ödənilməmiş, əlavə olaraq yaranmış faiz borclarının silinməsi üçün bankla razılığa gəlib təkrar kredit vəsaiti ayrılmışdır. Cavabdehlər yaranmış borcu tam ödəməmiş, satılan əmlak hesabına borcun 176000 manatı ödənilmiş, müəyyən hissəsi, yəni 44190 manat vəsait məhkəmə qərarına əsasən Cavabdeh1 tərəfindən ödənilməsi icra məmurları tərəfindən təmin edilmişdir. Lakin qalan 203810 manat vəsait cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmışdır. Əksinə, cavabdehlər söz verdikləri kimi heç bir biznes işi qurmamış, Cavabdeh2 Qəbələdə quşçuluq fabrikini işə salmaq əvəzinə dərhal əmlakı adından çıxararaq digər cavabdehə bağışlayaraq borcun ondan tutulmasından yayınmağa çalışmışdır. Cavabdehlərdən və İ.Şirinovdan hüquq mühafizə orqanlarına şikayətlər edilmiş, cavabdeh Şahin İsgəndərov biznes quracağını vəd etdiyi Qəbələdə yerləşən quşçuluq fabrikini işlədərək deyil, bu dəfə sataraq qalan borcunu ödəyəcəyini bildirmişdir. 8.Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 279.100 (iki yüz yetmiş doqquz min yüz manat) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarış arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 istifadəsində olan 3.9 ha torpaq sahəsi üzərində 5789,6 kvadrat əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab ediməsinə dair qətnamə çıxarılmasını xahiş edir. 9.Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin əsassız olduğunu bildirərək tərəflər arasındakı digər məhkəmə mübahisələrində aralarındakı borc münasibətlərinə münasibət bildirildiyini, bu səbəbdən hazırkı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Digər Cavabdeh2 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. 11.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) xx.xx.2022-ci il tarixli, 2(005)-209/2022 saylı qətnaməsi ilə (hakim-Ayətən Novruzova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul ödənilməsi və alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. 12.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5068/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Həmin qətnamə ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 727/2019 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 44461,70 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı tərəf 203810 manat vəsaitin cavabdeh tərəfindən ödənilməmiş olaraq qaldığını iddia etsə də, həmin məbləğin 2(005)-727/2019 saylı mülki iş üzrə tələb olunmamasının səbəbini izah edə bilməmişdir. Digər tərəfdən, tərəflər arasında borc münasibətinə və qalıq borcun məbləğinə qanuni qüvvəsini almış məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. 13.Məhkəmə bildirmişdir ki, hazırkı mülki iş üzrə mübahisələndirilən hallara əvvəlki məhkəmə çəkişmələri zamanı baxılıb qiymət verildiyindən və qanuni qüvvəsini almış məhkəmə aktları həll edildiyindən İddiaçı iddiası əsassızdır. 14.Bundan əlavə iddiaçının digər tələbi onunla Cavabdeh1 arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 3.9 ha torpaq sahəsi və üzərində 5789.6 kv.m əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün əsas şərt olan yazılı formaya riayət olunmadığından müqavilə bağlanmış hesab oluna bilməz. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 647.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 82.3 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 16.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıarılmasını xahiş etmişdir. 17.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2022-ci il tarixli, 2(103)-3610/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədova- sədrlik edən və məruzəçi, hakimlər R.Ə.Eyvazov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 269.100 (iki yüz altmış doqquz min bir yüz) manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. 18.İddiaçının digər tələbi üzrə, yəni iddiaçı ilə Cavabdeh1 arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 3.9 ha torpaq sahəsi və üzərində 5789,6 kvadrat əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsindən İddiaçı imtina etdiyindən məhkəmə kollegiyasının 16 mart 2022-ci il tarixli qərardadı ilə həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 20.İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən 13 may 2022-ci il tarixdə apellyasiya məhkəməsinə verilmiş ərizəsinin surətindən görünür ki, 279.100 (iki yüz yetmiş doqquz min yüz manat) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 istifadəsində olan 3,9 ha torpaq sahəsi üzərində 5789.6 kv.m əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab ediməsinə dair qətnamə qəbul edilməsinə dair iddia verilmişdir. Hazırda iddia tələbinin “İddiaçı ilə Cavabdeh1 arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 istifadəsində olan 3.9 ha torpaq sahəsi üzərində 5789.6 kvadrat əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi” hissəsindən imtina edir və həmin hissədə icraata xitam verilməsini xahiş edir. 21.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin 23 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, ünvan 2 ünvanındakı mənzilini və ünvan 3lı fərdi yaşayış evini "xxxx" ASC-yə girov qoyub 242.000 ABŞ dolları pul düzəltmiş və 2017-ci ilin sentyabr ayında İsmayıla zəng edib pulu vermək istədiyini demişdir. İsmayıl da öz oğlu Tapdığı yanına göndərmiş və o, 411.000 manat təşkil edən 242.000 ABŞ dolları pulu iki dəfəyə Tapdığa vermişdir. Bundan sonra İsmayıl söz verdiyi vaxt ona pulu qaytarmamış, o məcbur olub hər ay banka faiz ödəmişdir. Təxminən 2018-ci ilin fevral ayında Şahin Gənclikdəki evini satıb ona 176.000 manat pul vermiş, lakin həmin pul banka ödədiyi faizlərə sərf edilmişdir. Hazırda isə nə Şahin, nə də ki İsmayıl verdikləri vədə əməl etməyib pulunu qaytarmırlar. 22.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin yuxarıda adı çəkilən qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış X11 izahatında göstərmişdir ki, Şahinin razılığı və iştirakı ilə 4 saylı “Asan xidmət” mərkəzinə gedib orada Şahinlə aralarında olan kredit müqaviləsini ləğv etdirmişdir. ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzil və ünvan 5mumi sahəsi 161,4 kv.metr olan fərdi yaşayış evin Kamalın xeyrinə ipoteka ilə yüklü edilməsi üçün sonuncuya etibarnamə vermişdir. Hazırda həmin əmlaklar Kamalın sərəncamındadır. O heç bir vaxt Kamaldan 1 ay müddətinə 411.000 manat borc pul almamış, onu aldatmamış, Kamalın təklifi ilə Şahinin ona girov qoyduğu əmlakları Şahinin iştirakı ilə Kamala ötürmüş, əvəzində isə Şahinə verdiyi borc pulu geri almışdır. Kamalın özünün ona 36.000 ABŞ dolları borcu vardır. 23.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin yuxarıda adı çəkilən qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, ümumilikdə İsmayıldan 225.000 ABŞ dolları pul alsa da, sonuncuya 1 il 8ay ərzində 30.000 ABŞ dolları əsas borcdan, 81.000 ABŞ dolları isə faiz borcundan ödəmişdir. Sonra isə maddi çətinlik çəkdiyinə görə ödəyə bilməmiş və İsmayılla aralarında narazılıq yaranmışdır. Bu zaman Kamal təklif etmişdir ki, İsmayıla verdiyi girovları ona versin, Kamal da onun borcunu İsmayıla ödəsin. O da sonradan Kamalın bankdan götürdüyü krediti bağlasın. Kamal da öz dediyinə görə bankdan cəmi 425.000 manat pul göturüb 241.000 ABŞ dolları pul İsmayıla vermişdir. Pulu İsmayıla verməmişdən əvvəl ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzili İsmayılın adından çıxarıb Kamalın adına yüklü ipoteka etdirmişdir. Kamal ona whatsapp mobil proqram vasitəsi ilə götürdüyü kreditlərin qrafikini göndərmişdir. O da həmin qrafiklərə uyğun olaraq Kamalın kreditlərini ödəyirdi. Bundan sonra ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzili satmış və Kamalın götürdüyü kredit borcuna ödəmişdir. Ümumilikdə Kamalın borcuna təxminən 276.000 manat pul ödəmişdir. Qalan kredit borcu isə ödəyə bilməmişdir. Kamala olan borcunun məbləğini dəqiqləşdirməli, sonra isə Qəbələ rayonunda özünə məxsus quşçuluq fermasını banka girov qoyub Kamalın ona görə bankdan götürdüyü borcu tam şəkildə bağlamalıdır. 24.Cavabdeh2 apellyasiya məhkəməsinə apellyasiya şikayətinə “Elektron kabinet” vasitəsilə yazılı etirazla müraciət edərək və həmçinin bir sıra müqavilə və sənədlər əlavə edərək, onlara istinad edərək İsmayıl Şirinova borcunun İddiaçı tərəfindən deyil, X9 ödədiyini bildirmişdir. 25.Məhkəmə kollegiyası təqdim olunan həmin sənədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab etmədiyindən (Belə ki, Cavabdeh2 həqiqətən borcu özü qaytardığını hesab edirdisə bunu təsdiq edəcək sübutları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etmək imkanı olmuş, peşəkar hüquqi yardım alaraq vəkillə təmsil olunmuş, odur ki, sübutları birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmamışdır, beləliklə, sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu əsaslandırılmamışdır) araşdırmaqdan imtina etmişdir. 26.Kollegiya əvvəla qeyd etmişdir ki, məhkəməyə ilkin olaraq iddia ərizəsi, sonradan isə iddia tələblərini həcminin artırılması və dəqiqləşdirilməsi barədə, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə ərizələr təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini dəqiq müəyyən etməmişdir. 27.Belə ki, xx.xx.2021-ci il tarixli ərizəyə əsasən - 279100 (iki yüz yetmiş doqquz min yüz manat) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarış arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 istifadəsində olan 3.9 ha torpaq sahəsi üzərində 5789,6 kv.m əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab ediməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur, lakin məhkəmə əvvəlki tələb üzrə iddiaya baxaraq qətnamə qəbul etmişdir. 28.Odur ki, ilkin olaraq borcun məbləğinin müəyyən edilməsi zərurəti vardır. Belə ki, məhkəmə tərəfindən bu məbləğ düzgün müəyyən edilmədiyindən hansı borc məbləğindən nə qədərin necə qaytarıldığı, nə qədər borc qaldığını müəyyən edə bilməmişdir. Məhkəmənin istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir ki, iddiaçı yalnız xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 221000 manat məbləğində borcu məhkəmə qaydasında tələb edir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5068/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Həmin qətnamə ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 727/2019 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 44461,70 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. 29.Müəyyən olunduğu kimi, qalan borc məbləği həmin iddia tələbində olmamışdır, belə olan halda hazırkı işə baxan məhkəmə əsassız olaraq hesab etmişdir ki, tərəflər arasında bütün borc münasibətlərinə hüquqi qiymət verilmişdir. 30.Hazırkı iddiada tələb olunan borc ilkin olaraq X1 borcudur. Borcun mövcudluğu və məbləği Cavabdeh2la İsmayıl Şirinov arasında bağlanmış kredit və ipoteka müqavilələri, Cavabdeh2, İsmayıl Şirinovun və İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsində özlərinin verdikləri etirafedici ifadələri, Şahin İsgəndərov və İddiaçı arasında bağlanan kredit və ipoteka müqavilələri ilə təsdiqini tapır. 31.Qeyd edilən sənədlərdən və sənədlərdəki ifadələrdən və Cavabdeh2 istintaqda verdiyi ifadələrindən sübut olunur ki, ilkin olaraq İsmayıl Şirinova 125000 ABŞ dolları, sonradan İsmayıl Şirinova 225000 ABŞ dollar borclu qalmışdır. Yenə də iş materiallarına əlavə edilən müqavilələrdən və istintaqda verilən ifadələrdən sübut olunur ki, İsmayıl Şirinova olan borc İddiaçı tərəfindən İddiaçı verilən vədlər qarşılığında cavabdehlərə ödənilmiş, lakin bu günədək borc tam qaytarılmamışdır. Uzun danışıq və vədlərdən sonra qaytarma yalnız 176.000 manat hissədə olmuşdur, müəyyən hissəsi isə məhkəmə qərarı ilə alınmışdır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5068/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Həmin qətnamə ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 727/2019 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 44461,70 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. 32.Göründüyü kimi, hazırkı borc tələbinə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə heç bir hüquqi qiymət verilməmişdir, əksinə sübut edilmişdir ki, tərəflər arasında həqiqətən borc münasibətləri vardır və bu münasibətlər Cavabdeh2la İsmayıl Şirinov arasında yaranmış borcdan irəli gəlir və sübut olunmuşdur ki, bu borc hər iki cavabdehə aiddir. Belə olmasa idi İbrahim İskəndərov 221.000 manat borcun qaytarılması öhdəliyini götürməz idi. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf 203810 manat vəsaitin cavabdeh tərəfindən ödənilməmiş olaraq qaldığını iddia etsə də, həmin məbləğin 2(005)-727/2019 saylı mülki iş üzrə tələb olunmamasının səbəbini izah edə bilməmişdir. 33.Həmçinin, 203.810 manat vəsaitin, əslində isə ödənilmiş faizlə birlikdə 279.100 manat vəsaitin cavabdeh tərəfindən 2(005)-727/2019 saylı mülki iş üzrə tələb olunmayıb, sonradan tələb edilməsinə hər hansı qadağanın olub-olmamasına dair sübut təqdim etməmişdir, bu tələbin hazırda təqdim edilməsinə əsasın olmaması da sübut edilməmişdir. 34.Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin yuxarıda adı çəkilən qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış X9 göstərmişdir ki, ümumlikdə İsmayıldan 225.000 ABŞ dolları pul alsa da, sonuncuya 1 il 8 ay ərzində 30.000 ABŞ dolları əsas borcdan, 81.000 ABŞ dolları isə faiz borcundan ödəmişdir. Sonra isə maddi çətinlik çəkdiyinə görə ödəyə bilməmiş və İsmayılla aralarında narazılıq yaranmışdır. Bu zaman Kamal təklif etmişdir ki, İsmayıla verdiyi girovları ona versin, Kamal da onun borcunu İsmayıla ödəsin. O da sonradan Kamalın bankdan götürdüyü krediti bağlasın. Kamal da öz dediyinə görə bankdan cəmi 425.000 manat pul göturüb 241.000 ABŞ dolları pul İsmayıla vermişdir. Pulu İsmayıla verməmişdən əvvəl ünvan 7 ünvanında yerləşən 2 otaqlı mənzili İsmayılın adından çıxarıb Kamalın adına yüklü ipoteka etdirmişdir. Kamal ona Vatsap mobil proqram vasitəsi ilə götürdüyü kreditlərin qrafikini göndərmişdir. O da həmin qrafiklərə uyğun olaraq Kamalın kreditlərini ödəyirdi. Bundan sonra ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzili satmış və Kamalın götürdüyü kredit borcuna ödəmişdir. Ümumilikdə Kamalın borcuna təxminən 276.000 manat pul ödəmişdir. Qalan kredit borcu isə ödəyə bilməmişdir. Kamala olan borcunun məbləğini dəqiqləşdirməli, sonra isə Qəbələ rayonunda özünə məxsus quşçuluq fermasını banka girov qoyub Kamalın ona görə bankdan götürdüyü borcu tam şəkildə bağlamalıdır. 35.Beləliklə, müəyyən olunur ki, cavabdehlərin iddiaçıya borcu qalmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək nə quşçuluq fermasını iddiaçının adına keçirmişlər, nə satmamışlar, nə də ki, borcu qaytarırlar. Cavabdehlərin İsmayıl Şirinova olan borclarını ödəmək üçün şəxsi vəsaitindən həm şəxsən tanıdığı adamlardan faizə pul götürmüşdür. Vəsait çatmadığı üçün əlavə olaraq ailəsinin yaşadığı əmlakı "xxxx" ASC-yə xx.xx.2017- ci il tarixli müqaviləyə əsasən banka girov qoyaraq pul götürmüşdür. Hazırda da ailəsinə məxsus əmlak cavabdehlərin təqsirindən bank tərəfindən yüklüdür. Qeyd edilənlər kredit müqaviləsi və əmlakın yüklü olması barədə sənədlərlə təsdiq olunur. Cavbdehlər bunu bildikləri halda qərəzli olaraq qalan borcu verməkdən yayınır. Cavabdehlərin borcuna görə həmin dövrdə cəmi 242000 ABŞ dolları pul verə biləcəyinə dair razılığa gəlmişlər, (həmin dövrün kursuna görə 242000*1.7 = 411400 manat edir) Bu borcdan 176538,30 və 44461.70 manatı ödənilmişdir. Qalan borc məbləği 411400 - 1765xx.xx- 44461.70=190400 manat edir. Bundan başqa iş materiallarına əlavə edilən "xxxx" ASC ilə bağlanılmış 2S.09.2017- il tarixli müqaviləyə əsasən bankdan götürülən 200.000 manat kredit borcuna görə əlavə 78.700,0 manat faiz borcu hesablanmışdır ki, həmin borc da iddiaçı olaraq İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin 23 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış X9 göstərmişdir ki, ümumilikdə İsmayıldan 225.000 ABŞ dolları pul alsa da, sonuncuya 1 il 8 ay ərzində 30.000 ABŞ dolları əsas borcdan, 81.000 ABŞ dolları isə faiz borcundan ödəmişdir. Sonra isə maddi çətinlik çəkdiyinə görə ödəyə bilməmiş və İsmayılla aralarında narazılıq yaranmışdır. Bu zaman Kamal təklif etmişdir ki, İsmayıla verdiyi girovları ona versin, Kamal da onun borcunu İsmayıla ödəsin. O da sonradan Kamalın bankdan götürdüyü krediti bağlasın. Kamal da öz dediyinə görə bankdan cəmi 425.000 manat pul göturüb 241.000 ABŞ dolları pul İsmayıla vermişdir. Pulu İsmayıla verməmişdən əvvəl ünvan 7 ünvanında yerləşən 2 otaqlı mənzili İsmayılın adından çıxarıb Kamalın adına yüklü ipoteka etdirmişdir. Kamal ona whatsapp mobil proqram vasitəsi ilə götürdüyü kreditlərin qrafikini göndərmişdir. O da həmin qrafiklərə uyğun olaraq Kamalın kreditlərini ödəyirdi. Bundan sonra ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzili satmış və Kamalın götürdüyü kredit borcuna ödəmişdir. Ümumilikdə Kamalın borcuna təxminən 276.000 manat pul ödəmişdir. Qalan kredit borcu isə ödəyə bilməmişdir. Kamala olan borcunun məbləğini dəqiqləşdirməli, sonra isə Qəbələ rayonunda özünə məxsus quşçuluq fermasını banka girov qoyub Kamalın ona görə bankdan götürdüyü borcu tam şəkildə bağlamalıdır. 36.Məhkəmə kollegiyası qeyd etmişdir ki, Kamalın Şahinə whatsapp mobil proqram vasitəsi ilə götürdüyü kreditlərin qrafikini göndərməsini, o da həmin qrafiklərə uyğun olaraq banka faizi ilə birgə kreditləri ödəmək öhdəliyini qəbul etməsi Şahin İsgəndərovun öz etirafı ilə təsdiq olunsa da, Kamalın kreditlərini (faizi ilə birgə) Şahinin özü ödəməsi, həmçinin, ümumilikdə Kamalın borcundan təxminən 276.000 manat pul ödəməsi barədə sübutlar iş materiallarında müəyyən olunmamışdır. 37.Beləliklə, cavabdehlərin borcunun olması faktı həm istintaqa təqdim edilən sənədlərdə, həm araşdırma zamanı verilən ifadələrdə, öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, 269100 (iki yüz altmış doqquz min yüz manat) manat pulun cavabdelər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə iddia təmin olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 38.Cavabdeh2 apellyasiya məhkəməsinə apellyasiya şikayətinə “Elektron kabinet” vasitəsilə yazılı etirazla müraciət edərək və həmçinin bir sıra müqavilə və sənədlər əlavə edərək, onlara istinad edərək İsmayıl Şirinova borcunun İddiaçı tərəfindən deyil, Cavabdeh2 ödədiyini bildirmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 39.Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 40.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(102)-5036/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2022-ci il tarixli, 2(103)-3610/2022 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 41.Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının Cavabdeh1 qarşı iddia tələbi üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 5068/2019 saylı qətnaməsində göstərilən halların indi baxılan işə preyudisial əlaqəsinin olmadığı barədə mövqeyi əsaslıdır. 42.İddiaçının 411000 manat pulu İsmayıl Şirinova verməsi barədə yazılı müqavilə tərtib olunmamışdır. 43.Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin 23 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda iddiaçının, cavabdeh Şahin İsgəndərov və İsmayıl Şirinovun ifadələrinə istinad etmişdir. 44.Lakin polis araşdırmasının qeyd olunan qərarında iddiaçı bildirmişdir ki, “2017-ci ilin sentyabr ayında İsmayıla zəng edib pulu vermək istədiyini demişdir. İsmayıl da öz oğlu Tapdığı yanına göndərmiş və o, 411.000 manat təşkil edən 242.000 ABŞ dolları pulu iki dəfəyə Tapdığa vermişdir” (1-ci cild, səh. 110). 45.Ancaq həmin qərardan görünür ki, X12 izahatında 2017-ci ilin sentyabr ayında Kamalla görüşüb 170000 manat aldığını bildirmişdir (1-ci cild, səh. 111). 46.Göründüyü kimi Tapdıq Şirinovun izahatı ilə iddiaçıdan 411.000 manat təşkil edən 242.000 ABŞ dolları pulun iki dəfəyə alınması təsdiq olunmur. İddiaçı cavabdehlərə yazılı müqavilələr əsasında verdiyi pulları da həmin borca aid olduğunu bildirmir. 47.Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırkı iddiada tələb olunan borcun ilkin olaraq X1 borcu olduğunu bildirmiş və borcun mövcudluğu və məbləğinin X15 Şirinov arasında bağlanmış kredit və ipoteka müqavilələri, Şahin İsgəndərovun, İsmayıl Şirinovun və İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsində özlərinin verdikləri etirafedici ifadələri, Şahin İsgəndərov və İddiaçı arasında bağlanan kredit və ipoteka müqavilələri ilə təsdiqini tapdığnı bildirmişdir.
48. X19 cinayət işi başlanmasının rədd olunması barədə qərarda olan izahatında borcun məbləği ilə bağlı dəqiq məlumat əksini tapmamışdır (18.4-cü paraqraf). Ş.İsgəndərov həmin izahatında bildirmişdir ki, Kamal da öz dediyinə görə bankdan cəmi 425.000 manat pul göturüb 241.000 ABŞ dolları pul İsmayıla vermişdir. Ümumilikdə Kamalın borcuna təxminən 276.000 manat pul ödəmişdir. Qalan kredit borcuisə ödəyə bilməmişdir. Kamala olan borcunun məbləğini dəqiqləşdirməli, sonra isə Qəbələ rayonunda özünə məxsus quşçuluq fermasını banka girov qoyub Kamalın ona görə bankdan götürdüyü borcu tam şəkildə bağlamalıdır. 49.Ümumiyyətlə iddiaçının borc kimi tələb etdiyi məbləğlə bağlı mövqeyi özlüyündə ziddiyyətli olmuşdur. Belə ki, iddiaçının borcla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsində verdiyi izahatla, iddia ərizəsində göstərdiyi hallar fərqlidir. Məhkəmə iş üzrə olan ziddiyyətləri araşdırmamışdır. 50.Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
d)Məhkəmə icraatı iştirakçılarının izahatları
51.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Xəyal oğlu apellyasiya şikayətini qəbul etməyərək, izahatlarında onun təmin edilməməsini xahiş etdilər. 52.Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, izahatlarında onun təmin edilməməsini xahiş etdi. 53.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı, onun vəkili X16 izahatlarında iddianı müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. 54.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və onun vəkili X16 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 55.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 56.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 57.Maddə 448.1.Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 58.Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 59.Maddə 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 60.Maddə 431.1.Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 61.Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 62.Maddə 431.3.Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 63.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 64.Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 65.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 66.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 67.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
68.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 69.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(102)- 5036/2022 saylı qərarını nəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın 269100 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasının təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
70.Kollegiya ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5068/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Həmin qətnamə ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 727/2019 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 44461,70 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı tərəf 203810 manat vəsaitin cavabdeh tərəfindən ödənilməmiş olaraq qaldığını iddia etsə də, həmin məbləğin 2(005)- 727/2019 saylı mülki iş üzrə tələb olunmamasının səbəbini izah edə bilməmişdir. Digər tərəfdən, tərəflər arasında borc münasibətinə və qalıq borcun məbləğinə qanuni qüvvəsini almış məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. 71.Məhkəmə bildirmişdir ki, hazırkı mülki iş üzrə mübahisələndirilən hallara əvvəlki məhkəmə çəkişmələri zamanı baxılıb qiymət verildiyindən və qanuni qüvvəsini almış məhkəmə aktları həll edildiyindən İddiaçı iddiası əsassızdır. 72.Kollegiya kassasiya instansiyasının mövqeyini də nəzərə almaqla qeyd edir ki, məhkəmə tərəfindən tələb olunan pul məbləği düzgün müəyyən edilmədiyindən, hansı pul məbləğindən nə qədərin necə qaytarıldığı, nə qədər borc qaldığını müəyyən edə bilməmişdir. Məhkəmənin istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir ki, iddiaçı yalnız xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 221000 manat məbləğində borcu məhkəmə qaydasında tələb edir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(103)-5068/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Həmin qətnamə ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-727/2019 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 44461,70 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. 73.Müəyyən olunduğu kimi, iddiaçının tələb etdiyi pul məbləği həmin iddia tələbində olmamışdır, belə olan halda hazırkı işə baxan məhkəmə əsassız olaraq hesab etmişdir ki, tərəflər arasında bütün borc münasibətlərinə hüquqi qiymət verilmişdir. Həmçinin kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçının Cavabdeh1 qarşı iddia tələbi üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 5068/2019 saylı qətnaməsində göstərilən halların indi baxılan işə preyudisial əlaqəsinin olmadığı barədə mövqeyi əsaslıdır. 74.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 75.İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh X14 Şirinova borcu olmuş, həmin borc İddiaçı tərəfindən ödənilmişdir. 76.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 77.Hazırkı halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21 və 431-ci maddələri təşkil edir. Yəni, İddiaçı Cavabdeh2 borcuna görə İsmayıl Şirinovu təmin etdiyi həcmdə tələb hüququ ona keçmiş olur. Bundan əlavə Cavabdeh2 borcunu bağlamaq üçün Bankdan götürdüyü kreditə görə ödəməli olduğu faizlər nəticəsində ona maddi zərər dəymişdir. 78.Hazırkı iddiada tələb olunan pul məbləği ilkin olaraq X1 borcudur. Borcun mövcudluğu və məbləği Cavabdeh2la İsmayıl Şirinov arasında bağlanmış kredit və ipoteka müqavilələri, Şahin İsgəndərovun, İsmayıl Şirinovun və İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsində özlərinin verdikləri etirafedici ifadələri, Cavabdeh2 və İddiaçı arasında bağlanan kredit və ipoteka müqavilələri ilə təsdiqin tapır. 79.Qeyd olunan izahatlarda Cavabdeh2 İsmayıl Şirinova 225000 ABŞ dolları borcunun olduğunu, 30000 ABŞ dollarını əsas borcdan, 81000 ABŞ dollarını faizdən qaytardığını bildirir. İsmayıl Şirinov isə Cavabdeh2 ona 225000 ABŞ dolları borcunun olduğunu, 30000 ABŞ dolları borcdan qaytarıldığını bildirir. 80.Göründüyü kimi, borc verən və borc alanın izahatları ilə müəyyən olunur ki, Cavabdeh2 İsmayıl Şirinova 225000 ABŞ dolları olmuş, həmin borcdan 30000 ABŞ dolları qaytarılmış, qalan borc 195000 ABŞ dolları (225000-30000=195000) təşkil etmişdir. Cavabdeh Şahin İskəngərovun borcunu İsmayıl Şirinova İddiaçı ödəməklə, tələb hüququ ona keçmişdir. 81.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin yuxarıda adı çəkilən qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, ümumlikdə İsmayıldan 225.000 ABŞ dolları pul alsa da, sonuncuya 1 il 8 ay ərzində 30.000 ABŞ dolları əsas borcdan, 81.000 ABŞ dolları isə faiz borcundan ödəmişdir. Sonra isə maddi çətinlik çəkdiyinə görə ödəyə bilməmiş və İsmayılla aralarında narazılıq yaranmışdır. Bu zaman Kamal təklif etmişdir ki, İsmayıla verdiyi girovları ona versin, Kamal da onun borcunu İsmayıla ödəsin. O da sonradan Kamalın bankdan götürdüyü krediti bağlasın. Kamal da öz dediyinə görə bankdan cəmi 425.000 manat pul göturüb 241.000 ABŞ dolları pul İsmayıla vermişdir. Pulu İsmayıla verməmişdən əvvəl ünvan 7 ünvanında yerləşən 2 otaqlı mənzili İsmayılın adından çıxarıb Kamalın adına yüklü ipoteka etdirmişdir. Kamal ona Vatsap mobil proqram vasitəsi ilə götürdüyü kreditlərin qrafikini göndərmişdir. O da həmin qrafiklərə uyğun olaraq Kamalın kreditlərini ödəyirdi. Bundan sonra ünvan 8 ünvanında yerləşən 2 otaqlı mənzili satmış və Kamalın götürdüyü kredit borcuna ödəmişdir. Ümumilikdə Kamalın borcuna təxminən 276.000 manat pul ödəmişdir. Qalan kredit borcu isə ödəyə bilməmişdir. Kamala olan borcunun məbləğini dəqiqləşdirməli, sonra isə Qəbələ rayonunda özünə məxsus quşçuluq fermasını banka girov qoyub Kamalın ona görə bankdan götürdüyü borcu tam şəkildə bağlamalıdır. 82.Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh2 İddiaçı ödənilməmiş borcu qalmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək nə quşçuluq fermasını iddiaçının adına keçirmiş, nə satmamış, nə də ki, pulu qaytarır. İddiaçı cavabdeh Şahin X4 borclarını ödəmək üçün şəxsi vəsaitindən, həm şəxsən tanıdığı adamlardan faizə pul götürmüşdür. Vəsait çatmadığı üçün əlavə olaraq ailəsinin yaşadığı əmlakı "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən banka girov qoyaraq pul götürmüşdür. Qeyd edilənlər kredit müqaviləsi və əmlakın yüklü olması barədə sənədlərlə təsdiq olunur. Cavabdeh2 bunu bildiyi halda qərəzli olaraq qalan borcu verməkdən yayınır. 83.Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən mənzili satılaraq İddiaçı 176538,30 manat və məhkəmə qətnaməsi ilə ödənilən 44461,70 manat məbləğində ödənişlər olmuşdur. İddiaçı həmin ödənişləri qəbul edərək, cavabdehin ona olan borcundan silinməsi ilə razılaşır. 84.Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilən "xxxx" KB ASC ilə bağlanılmış xx.xx.2017ci il tarixli müqaviləyə əsasən bankdan götürülən 200.000 manat kredit borcuna görə iddiaçıya əlavə 78.700,0 manat faiz borcu hesablanmışdır ki, həmin borc da İddiaçı tərəfindən ödənilməli olmaqla, İddiaçı cavabdeh Şahin X2 borcunu ödədiyi məbləğə tələb hüququ əldə etməklə, əlavə olaraq Banka faiz ödəməlidir ki, bu ona zərər vurmaqla nəticələnmişdir. 85.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin 23 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, Kamal ona whatsapp mobil proqram vasitəsi ilə götürdüyü kreditlərin qrafikini göndərmişdir. O da həmin qrafiklərə uyğun olaraq Kamalın kreditlərini ödəyirdi. 86.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh2 whatsapp mobil proqram vasitəsi ilə götürdüyü kreditlərin qrafikini göndərməsi, o da həmin qrafiklərə uyğun olaraq banka faizi ilə birgə kreditləri ödəmək öhdəliyini qəbul etməsi Cavabdeh2 öz etirafı ilə təsdiq olunur. 87.Cavabdeh2 ümumilikdə Kamalın borcundan təxminən 276.000 manat pul ödəməsi barədə sübutlar iş materiallarında müəyyən olunmamışdır. Belə ki, Cavabdeh2 221000 manat (176538,30+44461,70=221000) ödəməsi halı müəyyən olunur. 88.Kollegiya iddianı Cavabdeh1 qarşı olan hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. 89.Belə ki, İddiaçı İsmayıl Şirinova ödədiyi məbləğ Cavabdeh2 borcuna görə olmuş, həmin borcun Cavabdeh1 hər hansı aidiyyatının olması, bundan əlavə İddiaçı tərəfindən Cavabdeh1 təhsili ilə bağlı 5000 manat məbləğində pul verməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. 90.Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh2 əvvəlki apellyasiya məhkəməsinə apellyasiya şikayətinə “Elektron kabinet” vasitəsilə yazılı etirazla müraciət edərək və həmçinin bir sıra müqavilə və sənədlər əlavə edərək, onlara istinad edərək İsmayıl Şirinova borcunun İddiaçı tərəfindən deyil, Cavabdeh2 ödədiyini bildirmişdir. 91.Məhkəmə kollegiyası təqdim olunan həmin sənədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab etmədiyindən (belə ki, Cavabdeh2 həqiqətən borcu özü qaytardığını hesab edirdisə bunu təsdiq edəcək sübutları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etmək imkanı olmuş, peşəkar hüquqi yardım alaraq vəkillə təmsil olunmuş, odur ki, sübutları birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmamışdır, beləliklə, sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu əsaslandırılmamışdır) araşdırmaqdan imtina etmişdir. 92.Kollegiya qeyd edir ki, X8 izahatında 2017-ci ilin sentyabr ayında Kamalla görüşüb 170000 manat aldığını bildirməsi halı, iddiaçı tərəfindən cavabdehin borcuna görə İsmayıl Şirinova 195000 ABŞ dolları (225000-30000=195000) ödəniş etməsini təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həm Cavabdeh2, həm də İsmayıl Şirinov izahatlarında qeyd etmişlər ki, borc 225000 ABŞ dolları olmuş, həmin borcdan 30000 ABŞ dolları qaytarılmışdır. İsmayıl Şirinov İddiaçı tərəfindən Cavabdeh2 borcunun ona ödənildiyini bildirmişdir. Belə olan halda qalan 195000 ABŞ dolları İddiaçı tərəfindən İsmayıl Şirinova ödənilməklə, tələb hüququ İddiaçı keçmişdir. 93.Beləliklə kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddia qismən təmin edilməli, Cavabdeh2 189200 manat (195000$ x 1,7=331500 manat + 78700 manat kredit müqaviləsi üzrə faiz=410200-176538,30-44461,70=189200) İddiaçı xeyrinə tutulmalıdır. İddia mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. 94.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(005)- 209/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 189.200 (yüz səksən doqquz min iki yüz) manat məbləğində pul tutulsun. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov