Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-818/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “pul və ziyan” tələbinədair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-94/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 806 manat məbləğində ödənilməyən məzuniyyət pulu, 256 manat əlavə iş saatlarına görə, 1690 manat məbləğində əlavə bayram günləri üçün, 5000 manat məbləğində mənəvi təzminat olmaqla cəmi 7752 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək “X1” MMC-nin “28 Mall” Ticarət Mərkəzində yerləşən “OYSHO” satış mağazasında satıcı vəzifəsində çalışmışdır. İşdən öz təşəbbüsü ilə azad olunmuşdur. Qarabağ məcburi köçkünüdür. Ona görə də işlədiyi yerdə ona məcburi köçkünlük statusuna görə əlavə müavinət verilməlidir. Bu qaydaya cavabdeh tərəfindən son 6 ay ərzində əməl olunmuşdur. Buna görə ona əlavə olaraq hər 15 manat məbləğində pul ödənməli idi. İddiaçının sözügedən müəssisədə 36 ay çalışdığını və bunun yalnız 6 ayının ödənildiyini nəzərə alaraq, cavabdeh ona 15 manatdan olmaqla 30 ay üçün əlavə pul ödənişi etməlidir. Müəssisədə çalışdığı müddət ərzində bayram günləri də olmaqla, demək olar ki, qanuni iş saatından artıq işləmişdir, lakin buna görə heç bir əlavə haqq almamışdır. İşlədiyi 3 il ərzində bir dəfə də olsun əmək məzuniyyətinə çıxmamışdır. İşdən azad olunduqdan sonra isə ona son haqq-hesab pulunu verməmişdirlər. O, sözügedən dükanda çalışdığı müddət ərzində 80 saat əlavə çalışmışdır və həmin müddətə görə ödənilməli pulun məbləği 256 manatdır. Bundan başqa cavabdeh ona çalışdığı bayram günlərinə görə hər saat üçün əlavə iki qat əmək haqqı ödəməlidir ki, həmin pulun da məbləği 1690 manat təşkil edir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-94/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin faktiki hallarını tam araşdırmadığını və sübutlara düzgün hüquqi qiymət vermədiyni, maddi hüquq normalarının tələblərini pozduğunu, hüququn tətbiq edilməsində səhv buraxdığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məzuniyyət ərizələrində olan imzalar ona məxsus deyil. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Yuliya Sadıkova apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: ərizələrin və xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli əmrdən çıxarışların surətlərindən görünür ki, iddiaçı öz ərizəsi ilə əmək məzuniyyətlərinə buraxılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli ərizələrin surətlərindən görünür ki, iddiaçı müvafiq olaraq 2016-cı və 2017-ci illər üzrə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işlədiyi günlərə görə növbəti aylarda əvəzgününün verilməsini etiraz etmədiyini yazılı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli əmrlərin surətlərindən görünür ki, İddiaçı bayramlarda işlədiyi günlərə görə əvəzgününün verilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 44.3-cü maddəsinə görə əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 48.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir; 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 87.2-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 110.1-ci maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər; 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, İddiaçı ilə “X2” MMC arasında mövcud olmuş əmək münasibətlərinə xitam verildiyi xx.xx.2017-ci il tarixə İddiaçı “X2” MMC tərəfindən ödənilməmiş əmək haqqının, əmək haqqına əlavələrin, əlavə iş saatı və məzuniyyət pulunun ödənilməmiş məbləğinin qalması müəyyən edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatına əsasən Azərbaycan Respublikası Ədliyyı Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən – xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdə - xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən – xx.xx.2016-cı il tərixədək, xx.xx.2017-ci il tarixdən - xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən – xx.xx.2017-ci il tarixədək məzuniyyətə buraxılmasının xahiş edildiyi ərizələrdəki imzalar, xx.xx.2016-cı il və xx.xx.2015-ci il tarixli avəzgün verilməsi barədə ərizələrdəki İddiaçı adından olan imzalar – İddiaçı tərəfindən icra edilmişdir. Göründüyü kimi, iddiaçıya işlədiyi döv ərzində əlavə iş saatlarına görə əmək haqqını və məzuniyyət pulu cavabdeh tərəfindən ödənilmiş iş üzrə verilmiş ekspert rəyləri ilə qeyd olunanlar öz təsdiqini tapmışdır.İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni maddi zərər hissəsindən törəmə tələb olduğundan və maddi zərər tələbi təmin edilmədiyindən birinci instansiya məhkəmsi iddia tələbinin mənəvi zərər hissəsi də təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya baxışı zamanı keçirilmiş eskpertiza tədqiqatının dəyəri olan 127 manat iddiaçıdan tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-94/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat İddiaçı tutularaq Dövlət Büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-818/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-818/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver