Məhkəmə qərarları › İş №2(103)-8187/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8187/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8187/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsiX1nun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 19.254,08 (on doqquz min iki yüz əlli dörd manat səkkiz qəpik) manat məbləğində əsas borc, 2105 (iki min yüz beş) manat faiz borcu, 500 (beş yüz) manat cərimə (dəbbə), cəmi 21.859,08 (iyirmi bir min səkkiz yüz əlli doqquz manat səkkiz qəpik) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş “MAN TGA” 18.410 YÜK (tip - yəhər dartıcı, buraxılış ili – 2003, ban – WMAH05ZZZ3M370484, rəngi – dəniz dalğası) markalı ** MR *** qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın, avtomobilin ilkin satış qiymətinin 40.000 (qırx min) manat müəyyən edilməsi, əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi və borc ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmçinin İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat ekspertiza xərci müştərək qaydada Cavabdeh1 və Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən üzrlü səbəblərdən buraxılmış apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qəraradad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 178/2020 saylı qərardadına əsasən, iddiaçı LPO İddiaçı ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. İddiaçı LPO İddiaçı ASC tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin xx xxx 2020-ci il saat 00:00-dək uzadılması ilə bağlı xx xxx 2020-ci il tarixli 163 nömrəli qərarına əsasən Yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan höküməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində “Əmanətlərin Sığortalanması Fondu”-nun əməkdaşları məzuniyyətə göndərilmişlər. Bu səbəbdən də xx xxxxx 2020-ci il tarixdə daxil olmuş qətnamədən şikayətin verilməsi müddətinin axımı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı LPO İddiaçı ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı ASC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı qətnaməsini xx.xx.2020-ci ildə rəsmi qəbul etmiş, lakin uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Kollegiya şikayətin dəlillərini də əsas götürərək qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı LPO İddiaçı ASC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı qətnaməsini xx.xx.2020-ci ildə rəsmi qəbul etmiş, xx xxxx 2020-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayətini və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpası barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli qərarına əsasən Yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti xx xxx 2020-ci il saat 00:00-dək uzadıldığından, iddiaçının ünvanına xx xxxxx 2020-ci il tarixdə daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin axımı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı LPO İddiaçı ASCnin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar