Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8188/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və məhkəmə qərardadı maraqlarına toxunan X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18 iyun 2021-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 258.300 manat borcun və əldən çıxmış faydaya görə 122.742 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunaraq İddiaçı 48.275 manat pulun alınıb ona ödənilməsi və siyahıda göstərilmiş 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) basqı stolu və qəlib ayaqları-komplekt 12 ədəd; 5) basqı qəlibləri 163 ədəd; 6) Tərəzi (150 kq) 1 ədəd; 7) 15 başlı naxış maşınları “Damei”, 8) Transfer basqı aparatı 1 ədəd 9) Knopka vuran aparat 1 ədəd; 10) Düymə tikən Eoden” markalı maşın 1 ədəd; 11) Petlə açan “Yamata” markalı maşın 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” 3 ədəd; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” 4ədəd; 18) Overlok “Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş “Brother” markalı maşın 1 ədəd; 21) “Renovn” markalı bəzək maşını 1 ədəd, 22) “Rimoli” markalı rezin vuran maşın 1 ədəd, 23) kroşata 1 ədəd, 24) “Brother” markalı qoşa tikiş maşın 1 ədəd; 25) “Şurubu” markalı qoşa tikiş maşını 1 ədəd; 26) ‘Yamata” markalı qoşa tikiş maşın 1 ədəd; 27) “FY33016” markalı qoşa tikiş maşını 1 ədəd; 28) “Yamata” markalı qoşa tikiş maşını 1 ədəd, 29) soyuducu 1 ədəd, 30) su aparatı 1 ədəd, 31) ehtiyat hissələri üçün siyirmə qablar 40 ədəd, 32) sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd, 33) ofis mebel dəsti və kreslo 1 ədəd, 34) Kompyuter, stol və kreslo dəsti 1 ədəd avadanlıqların alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. H.S. Şahverənov iddia həcminin azadılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 204.403 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus Sədərək ticarət mərkəzində zona 1, sıra 1, korpus 7-də yerləşən 160 saylı uşaq mağazasının və həmin mağazada olar 107.162-manat dəyərində uşaq geyimlərinin və digər malların siyahıya alınaraq üzərdə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(005)-2010/2021 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, Cavabdeh istifadəsində olan Sədərək ticarət mərkəzində zona 1, sıra 1, korpus 7-də yerləşən uşaq mağazasındakı 107.162 manat dəyərində geyimlərin və digər malların siyahıya alınaraq üzərinə həbsin qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qərardadı maraqlarına toxunan X4 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 03.03.2021-ci ildən vergi ödəyicisi kimi uçota alınmışdır. Hazırda göstərilən mağazada sahibkar kimi istehsal etdiyi uşaq geyimləri satılır. Məhkəmə onun hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında məhkəmə qərardadı maraqlarına toxunan M.Cavabdehanın nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(005)-2010/2021 saylı qərardadının ləğv edilməsini xahiş etdi, Cavabdeh şikayət ilə razı olduğunu bildirdi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İş materiallarından görünür ki, İddiaçı 03.05.2021-ci il tarixdə iddia təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 mülkiyyətində olan **-ZO-*** dövlət qeydiyyat nişanlı “VAZ” markalı və **-EN-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin və Sədərək ticarət mərkəzində zona 1, sıra 1, korpus 7-də yerləşən 160 saylı uşaq geyimlərinin topdan və pərakəndə satış mağazasında cavabdehə məxsus olan 107.162 manat dəyərində uşaq geyimlərinin və digər malların siyahıya alınaraq üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)-2010/2021 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə 04 may 2021-ci il tarixli qərardadında qeyd edir: “Məhkəmə üzərinə həbs qoyulması tələb olunan əmlaklara münasibətdə qeyd etmyi zəruri hesab edir ki, prosessual qanunvericliyin müddaəlarının mənasına görə iddiaçı onun tələbinin təmin ediləcəyi halda qətnamənin icrasını təmin etmək məqsədilə məhz cavabdehin mülkiyyətində olan müəyyən əmlakların üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını müvəqqəti məhdudlaşdıran tədbirlərin tətbiq olunmasını məhkəmədən xahiş edir. Nəzərə alınmalıdır ki, belə bir xahiş cavabdehə məxsus olan əmlaka yönəlməli olduğundan, məhz həmin əmlakın cavabdehə məxsus olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki halda iddiaçı tərəfindən təmin tədbirinin görülməsinə dair ərizə ilə müraciət edilərkən belə sübutlar məhkəməyə təqdim edilməmişdir” Bundan sonra İddiaçı 17.06.2021-ci il tarixdə yenidən iddia təmin tədbiri barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş MİM 117-160-1477 saylı, 07.11.2012-ci il tarixli müqavilədən görünür ki, Sədərək ticarət mərkəzində zona 1, sıra 1, korpus 7-də yerləşən 160 saylı mağaza mülkiyyətçisi olan “Sədərək” firması tərəfindən Cavabdeh sahibkarlıq fəaliyyətinin davam etdirilməsi üçün istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mülki işə mahiyyəti üzrə baxılana kimi Sədərək ticarət mərkəzində zona 1, sıra 1, korpus 7-də yerləşən 160 saylı uşaq geyimlərinin topdan və pərakəndə satış mağazasında cavabdehə məxsus olan 107.162 manat dəyərində uşaq geyimlərinin və digər malların siyahıya alınaraq üzərinə həbsin qoyulması barədə iddianın təmini tədbirini seçmişdir. Məhkəmə qərardadı maraqlarına toxunan X4 tərəfindən verilmiş şikayətə gəldikdə isə, kollegiya hesab edir ki, şikayətdə göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş MİM 117-160-4338 saylı, 10.06.2021-ci il tarixli müqavilədən görünür ki, Sədərək ticarət mərkəzində zona 1, sıra 1, korpus 7-də yerləşən 160 saylı mağaza mülkiyyətçisi olan “Sədərək” firması tərəfindən X1 fəaliyyətinin davam etdirilməsi üçün istifadəsinə verilmişdir. Müqavilə İddiaçı iddia təmin tədbiri barədə ərizəsindən daha sonra bağlanmışdır. Bu da Sədərək ticarət mərkəzində zona 1, sıra 1, korpus 7-də yerləşən 160 saylı mağazadakı geyimlərinin bir hissəsinin Cavabdeh məxsus olmasını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-8188/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8188/2021
23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver