Məhkəmə qərarları › İş №2(103)-8189/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8189/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8189/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(001)- 7380/2022 saylı qərardadı ilə həmin mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı eyni iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 08 sentyabr 2022-ci il tarixli 2(001)-5813/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddia ərizəsinin geri qaytarılmasının səbəblərindən biri mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmaması ilə əlaqədar olmuşdur. Daha sonra İddiaçı Cavabdeh qarşı eyni iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 26 sentyabr 2022-ci il tarixli 2(012)- 5374/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsi iddia ərizəsini geri qaytararkən mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Cavabdeh bu dəfə yenidən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, cavabdeh Həsənov X1 rayonu Saray qəsəbəsi Azadliq küçəsi ev 32 ünvanında pasport qeydiyyatındadır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar