Məhkəmə qərarları › İş №2(103)-8192/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8192/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8192/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsiK.X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh «xxxxxxxxxxxx» MMC-yə və Cavabdeh2 qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh «xxxxxxxxxxxx» MMC-yə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-43/2019 saylı saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının iddiası tam təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən «xxxxxxxxxxxx» MMCnin direktoru kimi Cavabdeh2 apellyasiya şikayəti vermiş, həmçinin əlavə ərizə ilə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-43/2019 saylı qərardadı ilə buraxılmış prosessual müddətin «xxxxxxxxxxxx» MMC-yə münasibətdə bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçılar ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Mərkəzi Bankı həmin qərardadından ayrı-ayrılıqda şikayətlər verərək ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 43/2019 saylı qərardadından iddiaçılar ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş şikayətlərin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-43/2019 saylı qərardadının ləğv edilməsi, prosessual müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün (ərizəyə yenidən baxılması üçün) işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 43/2019 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-43/2019 saylı saylı qətnaməsindən cavabdeh “xxxxxxxxxxxx” MMC-nin direktoru kimi Cavabdeh2 tərəfindən verilmiş müddətin bərpasına dair ərizənin rədd edilməsi qərara alınmışdır. Cavabdeh X5 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-43/2019 saylı saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh X3 prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, cavabdeh X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilərək, bərpa edilmiş və apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qeyd edilən qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş üzrə cavabdeh X1 Rayon Məhkəməsinin qətnaməsini xx.xx.2019-cu il tarixində şəxsən qəbul etmişdir. 38 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan da görünür ki, Cavabdeh2 hipertenziya və şəkərli diabet diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə qədər ambulator şəraitdə müalicə almışdır. Nəzərə alınsa ki, X5 poliklinikada müalicəyə xx.xx.2019-cu il tarixindən başlamışdır və bu müalicə stansionar deyil, ambulator formada həyata keçirilmişdir. Bu da onu göstərir ki, X3 şikayəti yazmaq və yaxud şikayətin yazılması üçün vəkilə və ya nümayəndəyə müraciət etmək üçün kifayət qədər müddəti olmuşdur. Bundan başqa Cavabdeh2 “xxxxxxxxxxxx” MMC-nin direktoru kimi müddət bərpa ərizəsi ilə müalicəsi bitdikdən sonra, 2019-cu ilin iyul ayında məhkəməyə müraciət etmişdir. Əgər zamin kimi onu qətnamədə narahat edən və yaxud da məraqlarına toxunan məsələlər olsaydı, o, “xxxxxxxxxxxx” MMC-nin direktoru kimi, həm də zamin kimi eyni zamanda müddət bərpa ərizəsi ilə məhkəməyə müraciət edərdi. X2 yalnız “xxxxxxxxxxxx” MMC-nin direktoru kimi məhkəməyə müraciət edərək, zamin kimi qətnamədən şikayət vermək hüququnu istifadə etməmişdir. Bu da onu göstərir ki, zamin kimi qeyd olunan qətnamə onun maraqlarına toxunmamışdır. Bundan başqa Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qəbul olunmasından artıq 20 aydan artıq müddət keçmişdir. Bu müddət ərzində onun şikayət etmək üçün kifayət qədər müddəti və şəraiti olmuşdur. Həmçinin o da qeyd edilməlidir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-43/2019 saylı qətnaməsi X3 iştirakı ilə elan olunmuşdu və qətnamənin nəticəsi barədə o, məlumatlı olmuşdur. Cavabdeh tərəf xx.xx.2019-cu il tarixdən qətnamənin onun maraqlarına toxunduğunu bilmişdir, həmçinin də şikayətini hazırlanması üçün kifayət qədər müddətə malik olmağına baxmayaraq bu hüququndan istifadə etməmişdir. Göründüyü kimi, ərizəçinin istinad etdiyi və iş üçün əhəmiyyətli olan fakt qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, bu fakt ərizəçi tərəfindən sübut edilməmiş və qərardadda göstərilən dəlillər işin faktiki hallarına uyğun deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsiK.X6 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsi rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Vidadi Ələskərovun ilkin olaraq ambulator müalicədə olması, daha sonra verdiyi ilk ərizə məhkəmənin qərardadı ilə təmin edilsə də, lakin sonradan həmin qərardadın ləğv olunması və sonunda yekun qərarın çıxarılması məsələsinin iş üzrə verilmiş şikayətlər üzündən uzanması səbəbindən, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti buraxması üzrlü hesab olunaraq, apelyasiya şikayəti baxılması üçün mülki işlə birgə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qanunvericiliyin tələblərini nəzərə alaraq, şikayətin dəlillərini də əsas götürərək qeyd etməyi zəruri hesab edir ki, işdə olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Cavabdeh2 10 ildən artıqdır ki, şəkərli diabet xəstəliyi vardır və o, xx xxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək ambulator şəraitdə müalicə almışdır. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Yəni, cavabdehin ambulator şəraitdə müalicə alması faktı özü-özlüyündə onun keçən bütün müddət ərzində ümumiyyətlə şikayət vermək imkanının olmaması kimi qiymətləndirilə bilməz. Eləcə də kollegiya qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 43/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qəbul olunmasından artıq 20 aydan artıq müddət keçmişdir. Bu müddət ərzində Cavabdeh2 şikayət etmək üçün kifayət qədər müddəti və şəraiti olmuşdur. Həmçinin o da qeyd edilməlidir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-43/2019 saylı qətnaməsi X3 iştirakı ilə elan olunmuş və qətnamənin nəticəsi barədə o, məlumatlı olmuşdur. Cavabdeh2 xx.xx.2019-cu il tarixdən qətnamənin onun maraqlarına toxunduğunu bilmiş, həmçinin də şikayətini hazırlanması üçün kifayət qədər müddətə malik olmağına baxmayaraq bu hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsi rədd edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar