Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8200/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh-iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Şəfəq Məmmədovanın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 21 saylı notariat ofisinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, həmin kredit müqaviləsi üzrə 170.000 manat pul borc alandan tutularaq borc verənə qaytarılsın və tutma ipoteka predmeti olan, borc alana məxsus mənzilə - Nərimanov rayonu, Ələsgər Hüseynov küçəsi, ev 44, M15-də yerləşən 2 nömrəli mənzilə yönəldilsin, mənzil açıq hərracda satılsın və satışdan əldə edilən pul hesabına borc ödənilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia rədd edilsin, qarşılıqlı iddia təmin edilsin, kredit müqaviləsi üzrə 170.000 manat pul borc alandan tutularaq borc verənə verilsin, tutma ipoteka predmeti olan mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 230.000 manat müəyyən edilsin, satışdan əldə edilən pul hesabına borc ödənilsin. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ilk iddia təmin olunsun. Qətnamə qarşılıqlı iddiada irəli sürülən kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbə aid hissədə ləğv edilməli və qarşılıqlı iddia ərizəsi həmin tələbə aid hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, borc verən (ipoteka saxlayan) “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə əməl etməmiş, yəni borc alana (ipoteka qoyana) ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərməmiş və bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmamışdır. Bu vəziyyət belə qiymətləndirilir ki, mübahisənin məhkəməyə qədər nizama salınmasına dair qaydaya riayət edilməmiş, həmin qaydanı tətbiq etmək imkanı isə itirilməmişdir. Mülki- Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə belə halda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddiada irəli sürülmüş “kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbin təmin edilməsinə aid hissədə ləğv edilsin və qarşılıqlı iddia ərizəsi həmin tələbə aid hissədə baxılmamış saxlanılsın. Qətnamənin qalan hissəsi üzrə apelyasiya qaydasında qətnamə qəbul olunub. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8200/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8200/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver