Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8202/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Hafis Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3309/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 00-xx-xx-103937 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, bankla xx xxxx 2015-ci il tarixdə bağlanmış 00-xx-xx-024972 nömrəli kredit müqaviləsi üzrə iddiaçı şəxsin borcu üzrə hesablanmış faizlər və dəbbə pulları (831,51 (səkkiz yüz otuz bir dollar əlli bir sent) ABŞ dolları) silindikdən, xx xxxxxx 2020-ci il tarixdə və xx xxx 2020-ci il tarixdə ödədikləri nəzərə alındıqdan sonra yeni kredit müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 3309/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi, iddiaçıya hazırkı məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3309/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi kompensasiyanın hesablanması ilə deyil, iddiaçı ilə Bank arasında xx.xx.2019-cu ildə bağlanılmış kredit müqaviləsinin (restrukzasiya olunmuş borc) ləğvi, yeni kredit müqaviləsinin bağlanmasıdır. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi üzrə borcun restrukzasiya olunması məqsədilə fiziki şəxslə (iddiaçı) kredit təşkilatı (cavabdeh) arasında yeni güzəştli kredit müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 3309/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3cü maddəsinə müvafiq olaraq hakim ərizəni qəbul etməkdən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 00- xx-xx-024972 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçı şəxsə 48 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2.550 (iki min beş yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra edə bilmədiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(008)-6876/2016 nömrəli məhkəmə əmri ilə ondan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2.366,84 (iki min üç yüz altmış altı dollar səksən dörd sent) ABŞ dolları əsas, 831,51 (səkkiz yüz otuz bir dollar əlli bir sent) ABŞ dolları faiz olmaqla, cəmi 3.198,25 (üç min bir yüz doxsan səkkiz dollar iyirmi beş sent) ABŞ dolları məbləğində borc vəsaitinin tutulması qərara alınmışdır. Həmin kredit üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya 1.443,19 (bir min dörd yüz qırx üç manat on doqquz qəpik) manat məbləğində kompensasiya hesablanmışdır. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanına və Azərbaycan Respublikasının Maliyyə X1 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiyası nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, xx xxxxxx 2019-cu il tarixdə kredit borcunun qalığı, yəni 2.473,08 (iki min dörd yüz yetmiş üç manat səkkiz qəpik) manat məbləği restrukturizasiya edilərək illik 1% olmaqla, 60 ay müddətinə kredit verilməsi barədə 00-xxxx-103937 nömrəli kredit müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi həmin iddia ərizəsi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Mərkəzi Bankı qoyulmaqla inzibati icraat qaydasında baxılmalı olduğuna əsaslanmaqla mülki iş üzrə icraata xitam verilməli olmasına dair qənaətə gəlmişdir. Halbuki, iddiaçının tələbi onunla Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğvi və yeni kredit müqaviləsinin bağlanmasıdır. Beləliklə, iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq görülmüş tədbirlər çərçivəsində hesablanmış kompensasiyanı mübahisələndirməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən əsasla icraata xitam verilməsi üzrə mövqe qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 3309/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8202/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8202/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver