Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8209/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-652/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" KB ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “Unibank tərəfindən apardığı yanlış pulkredit əməliyyatların ləğv edilməsi və ziyan tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-nin şəxsi ilə bağlı kredit əməliyyatların ləğv edilməsi, ASC-yə 900 manat məbləğinə qarşı ondan məcburi alınmış 4100 manat məbləğinin qalan hissəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin avqust ayında "xxxx" KB ASCnin dəvəti ilə 900 manat məbləğində kredit götürmüşdür. Bu müddət ərzində 900 manatı kreditə qarşı 4100 manatdan artıq kredit tərəfindən ödənilmişdir. Bu dövrlər ərzində faiz borclarının ödənişində gecikmə halları olmamış və əlavə ödənişlər etmişdir. Bununla yanaşı 900 manatı kreditə qarşı 4100 manat kredit şəxsinə qarşı həyata keçirilən zülüm və işgəncə ilə məcbur ödənilmişdir. Belə ki, hər ay "xxxx" KB ASC tərəfindən ona məxsus olan pin koda daxil edilən rəqəmlərlə ailəsi və doğmaları təhdid edilmiş və həmin rəqəmlər əsasında kiber terrora məruz qalmışdır. Bu səbəbdən də məcburi ödənişlər etmişdir. Lakin, Unibankın rəhbərliyinə dəfələrlə müxtəlif vaxtlarda etdiyi müraciətlərə baxılmamış və bu gündə yenədə şəxsi hesabına kredit ödənilməsi üçün müxtəlif şişirdilmiş rəqəmlər daxil edir. Həmin müraciətlərdə Unibankın apardığı yanlış pul kredit siyasətinə etiraz etmiş və bankda ona məxsus olan hesabın ləğv edilməsini tələb etmişdir. Bu müraciətlərə Unibank cavab verməmiş, həmin müraciətləri Nəsimi rayonunda yerləşən Azərpoçt MMC vasitəsi ilə ünvanlamış və bu müraciətlərə dair sənədlərin surətləri və qəbz tərəfindən sxlanılmamışdır. Lakin, feodal dövrünə xas olan vətəndaşın istismarına zamin yaradan Unibankın fəaliyyətinə dair Azərbaycan Respublikasının Prezidentinə, Baş Nazirinə, Hesablama Palatasına etdiyi müraciətlərin surətini iddia ərizəsinə əlavə etmişdir.Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-652/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, cavabdeh "xxxx" KB ASC-dən 1665 (bir min altı yüz altmış beş) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı, cavabdeh "xxxx" KB ASCdən tutulması və Dövlət büdcəsinə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" KB ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı vəsatətinə əsasən məhkəmə tərəfindən 16.11.2020-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.Sonuncu məhkəmə iclasında (10.03.2021) ekspert rəyi ilə razı olmadıqlarını və ekspert tərəfindən borcun və dövri olaraq ödənişlərin düzgün hesablanmadığını, ekspertin öz rəyində kobud pozuntulara yol verdiyini məhkəmənin nəzərinə çatdırsalar da və təkrar ekspertizanın keçirilməsinin vacibliyini məhkəmədən xahiş etsələr də, lakin vəsatətləri məhkəmə tərəfindən əsassız olaraq təmin olunmamışdur.Qeyd edilən Ekspert öz rəyinin nəticə hissəsində 05.08.2019-cu il tarixinə -36.9 ( manat artıq ödəməni və faiz borcu üzrə 0.00 manat, 05.08.2019-cu il tarixdən 21.09.2020-ci il tarixinədək 735,0 manat məbləğində artıq ödənişi müəyyən etməsi ekspert tədqiqatının kifayət qədər absurd və əsassız olduğunu müəyyən edir.Halbuki, məhkəmə ekspert qarşısında konkret olaraq 05.08.2019cu il tarixinə borcun müəyyən edilməsi sualını qoymamışdır.X3 tərəfindən verilmiş rəydə ekspert öz səlahiyyətlərini aşmış, onun qarşısında cavab verilməsi tələb kimi qoyulmuş məsələlərə cavab verməmiş, əksinə suallardan- tələblərdən kənar çıxmaqla rəy vermişdir. Ekspert nəzərə almamışdır ki, İddiaçı ilə cavabdeh “Unibank" KB ASC arasında bağlanmış 04.12.2014-cü tarixli, 13849tkBANK/14 saylı kredit xətti (Albalı+) müqaviləsinin qüvvədə olma müddəti 84 aydır. Ekspert isə öz rəyində müqavilə müddətinin 60 av olmasını qeyd etmişdir.Belə ki, müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən Bank Müştəriyə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) 04.09.2021-ci il tarixnədək 900 AZN məbləğdə kredit limiti ayırır. Nəticə etibarilə, məhkəmə də öz qətnaməsində kredit müqaviləsinin qüvvədə olma müddətini qanunsuz olaraq 60 ay müəyyən etməklə, müqavilə müddəti (guya 04.12.2019) bitdikdən sonra, İddiaçı tərəfindən ödənilmiş pul vəsaitlərini əsassız və qanunsuz olaraq bütünlüklə əsas borcdan silmişdir.Ekspert nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi kredit kart məhsulu (Albalı+) olduğundan müqavilə üzrə ilkin olaraq müəyyən edilmiş 900 manat kredit limiti sonradan 1950 manata artırılmışdır.Müqavilənin 4.2.17-ci bəndinə əsasən bu müqavilə üzrə kredit limitinin heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Eyni zamanda, iddiaçı da birinci instansiya məhkəməsində kredit limitinin 1950 manata artırıldığını etiraf etmişdir. Limitin artırılması barədə sənəd apellyasiya şikayətinə əlavə edilir.Lakin ekspert öz rəyində dövri olaraq istifadə olunmuş pul vəsaitin «ödənilmiş məbləğlərin hesablanmasını əsassız olaraq 500 manat kredit limiti üzərində aparmışdır. Bu da nəticə etibarilə ekspert rəyinin təsviri (qrafik) və nəticə hissəsinin əsassız və qeyri-obyektiv olduğunu şərtləndirmişdir.Ekspert nəzərə almamışdır ki, müqavilə bağlandığı tarixdən etibarən dövri olaraq ödənişlərdə gecikmələrə yol verdiyi üçün müqavilənin şərtlərinə uyğun olaraq ona əlavə olaraq faiz və cərimə hesablanmışdır.Ekspert nəzərə almamışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" KB ASC arasında bağlanmış 04.12.2014-cü tarixli, 13849tkBANK/14 saylı kredit xətti (Albalı+) müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış-veriş üzrə cari ayın taksit borcu və kredit xəttindən nağlaşdırılan məbləğin 5% komissiya nəzərdə tutulmuşdur. Lakin ekspert öz rəyində dövri olaraq ödənişləri komissiya borcuna silmədən, iddiaçının mədaxil etdiyi bütün ödənişləri qanunsuz olaraq yalnız əsas və faiz borcuna silmişdir,halbuki tərəflərindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarış və izahlı maliyyə arayışında dövri olaraq ödənişlərin cəmi 128,33 manatı iddiaçının komissiya borcuna silinmişdir.Ekspert eyni zamanda kartdan məxaric olunan ümumi məbləği də düzgün müəyyən etməmişdir.Belə ki, İddiaçı kredit kartından məxaric etdiyi cəmi məbləğ 2977.30 AZN olduğu halda, ekspert tərəfindən rəydə bu məbləğ 2485.99 AZN göstərilmişdir.Halbuki, İddiaçı kredit kartından məxaric etdiyi cəmi məbləğ 2977.30 AZN və əsas borcdan silinən məbləğ (etdiyi ödənişin) isə 2977.33 AZN təşkil edir.Belə olan halda iddiaçının Bank qarşısında heç bir artıq borcu qalmır.Bu səbəbdən də hesab edirlər ki, iddiaçının ödədiyi artıq vəsait ekspertin hər hansı maddi hüquq normasına əsaslanmadan öz mülahizəsi əsasında hesablaması əsassızdır.Göründüyü kimi, ekspertin kobud səhvi ilə qəbul edilmiş ekspertizamiihasibatlıq rəyi qanunsuz və ədalətsiz olduğundan hazırkı iş üzrə sübut kimi istifadə oluna bilməz. Məhkəmə isə bu nüansı nəzərə almamış, formal olaraq ekspert rəyini mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etmişdir, (hesabdan çıxarış məhkəməyə təqdim edilib). Kollegiyanın nəzərinə çatdırır ki, mülki iş ekspertizada olduğu müddət ərzində İddiaçı tərəfindən mübahisəli kredit üzrə müxtəlif vaxtlarda ödənişlər edilərək, kredit borcu iddiaçı tərəfindən tam olaraq bağlanmışdır. Mülki iş ekspertizadan qayıtdıqdan sonra məhkəmə icraatı təzələndikdə, tərəflərindən məhkəməyə borcun tam bağlanması ilə bağlı arayış təqdim edilmişdir. Lakin məhkəmə qanunsuz olaraq, İddiaçı tərəfindən ekspertizanın tədqiqat müddətində ödənilmiş 910 manatla ekspert rəyinin nəticə hissə qeyd olımmıış artıq ödənilmiş 735 manatı toplayaraq (1665 manatı sonda qanunsuz, əsassız və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından və iddia ərizəsindən görünür ki, İddiaçı "xxxx" KB ASC-nə “bank hesablarının açılması və kredit sifarişi üçün” ərizə ilə müraciət edərək, 84 ay müddətinə ilk 60 ayı kredit xətti olmaqla 900 manat məbləğində istehlak məqsədləri üçün albalı plus kredit məhsulu üzrə kredit ayırmağını xahiş etmişdir.Bu səbəbdən "xxxx" KB ASC ilə İddiaçı arasında 04 sentyabr 2014-cü il tarixli 13849tkBANK/14 saylı kredit xətti və bank hesabı müqaviləsi bağlanmışdır. Hazırda İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “Unibank tərəfindən apardığı yanlış pul-kredit əməliyyatların dayandırılması və maddi mənəvi təzminatla bağlı” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-nin şəxsi ilə bağlı kredit əməliyyatların ləğv edilməsi, ASC-yə 900 manat məbləğinə qarşı ondan məcburi alınmış 4100 manat məbləğinin qalan hissəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" KB ASC-dən 1665 (bir min altı yüz altmış beş) manat artıq ödənilmiş pul vəsaitinin alınması qət olunmuşdur. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən özünün 16.11.2020-ci il tarixli qərardadına əsasən təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etmişdir. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilən Ekspert rəyində müqavilə bağlandığı tarixdən etibarən dövri olaraq ödənişlərdə gecikmələrə yol verdiyi üçün müqavilənin şərtlərinə uyğun olaraq ona əlavə olaraq faiz və cərimə hesablanması, İddiaçı ilə cavabdeh "xxxx" KB ASC arasında bağlanmış 04.12.2014-cü tarixli, 13849tkBANK/14 saylı kredit xətti (Albalı+) müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış-veriş üzrə cari ayın taksit borcu və kredit xəttindən nağlaşdırılan məbləğin 5% komissiya nəzərdə tutulması kimi məqamlara aydınlıq gətirilmədiyindən, həmçinin apellyasiya şikayətinin dəlilləri baxımından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 02 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 12 noyabr 2021-ci il tarixli 9/7548 saylı Ekspertiza Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" KB ASC-nin 02.03.2021-ci il tarixli izahlı maliyyə arayışından, cari və ssuda hesabdan çıxarışlardan, ödəniş qəbzləri məlumatlarından göründüyü kimi, "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış Kredit Xətti və X4 əsasən 21,09.2020-ci il tarixinə qədər olan borcu aşagıdakı kimi müəyyən edilir. əsas borc üzrə — 909,81 manat faiz borcu üzrə — 86,26 manat Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış Kredit Xətti və X5 əsasən iş materiallarında olan 02.03.2021-ci il tarixli izahlı maliyyə arayışından (c.i.v.179), cari və ssuda hesabdan çıxarışlardan, ödəniş qəbzləri məlumatlarından göründüyü kimi, 21,09.2020-ci il tarixdən sonra borclu tərəfindən ödənişlər etməsi müəyyən edilir. Həmin ödənişləri nəzərə aldıqda İddiaçı "xxxx" KB ASCnə olan borcu aşağıdakı kimi müəyyən əsas borc üzrə — 80,47 manat; faiz borcu üzrə — 87,13 manat: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" KB ASC-nin 02 mart 2021-ci il tarixli UB-BANK/PİKMD/940203 nömrəli və 06 oktyabr 2021-ci il tarixli maliyyə arayışlarında İddiaçı "xxxx" KB ASC-nə borcu olmaması kimi, göstərilməsi müəyyən edilir. əsas borc üzrə — 0,00 manat; faiz borcu üzrə — 0,00 manat; cərimə borcu üzrə — 0.00 manat: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" KB ASC-nin 02.03.2021-ci il tarixli izahlı maliyyə arayışından, cari və ssuda hesabdan çıxarışlarda- 02 mart 2021-ci il tarixli UB-BANK/PİKMD/940203 nömrəli və 06 oktyabr 2021-cl İİ tarixli maliyyə arayışlarından, ödəniş qəbzləri məlumatlarından göründüyü kimi, İddiaçı "xxxx" KB ASCnə artıq ödəməsi müəyyən edilimir. Qeyd edilir ki, "xxxx" KB ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 13849tkBANK/14 saylı Kredit Xətti və X4 əsasən bank tərəfindən kart limitinin artırılması ilə bağlı sms bildirişi formasında təklif göstərilmişdir (c.i.v.246). Həmin kredit kartının artırılması ilə bağlı iş materiallarında tərəflər arasında hər hansı bir əlavə müqavilə olmaması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının MM-nin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Eyni Məcəllənin 1092.1-ci maddəsi isə tələb edir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin MM-nin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd olunanlarla yanaşı MM-ni 386.1-ci madəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya işin yuxarıda sadalanan hallarına, o cümlədən, Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 02 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 12 noyabr 2021-ci il tarixli 9/7548 saylı Ekspertiza Rəyinə, qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddiaçının "xxxx" KB ASC-yə 04 dekabr 2014-cü il tarixli 13849tkBANK/14 saylı Kredit Xətti və X4 əsasən artıq ödəməsi, o cümlədən borcu da mövcud deyildir. Belə ki, qeyd edilən Ekspert Rəyinin mötəbərliyinin qəbul edilməməsi üçün hər hansı hallar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərdən əlavə olaraq müəyyən olunur ki, mülki iş ekspertizada olduğu müddət ərzində İddiaçı tərəfindən mübahisəli kredit üzrə müxtəlif vaxtlarda ödənişlər edilərək, kredit borcu iddiaçı tərəfindən tam olaraq bağlanmışdır. Mülki iş ekspertizadan qayıtdıqdan sonra məhkəmə icraatı təzələndikdə, cavabdeh "xxxx" KB ASC tərəflərindən məhkəməyə borcun tam bağlanması ilə bağlı arayış təqdim edilmişdir. Beləliklə, Məhkəmə Kollegiyası nəticəyə gəlir ki, İddiaçı artıq ödənilmiş pulun qaytarılması tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə borcu olmadığı təqdirdə "xxxx" KB ASC tərəfindən aparılan pul-kredit əməliyyatları da ləğv edildiyindən iddia bu hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" KB ASC-nin apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-652/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8209/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8209/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver