Məhkəmə qərarları › İş №2(103)-822/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-822/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-822/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)-2477/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə tərtib olunmuş akt üzrə 2469.4 manat, 49.1 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 2918.5 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)- 2477/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərtib olunmuş aktlar üzrə 1713,40 manat, 49.10 manat dövlət rüsumunun əvəzi və 100 manat vəkil xərci olmaqla, cəmi 1862,50 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayəti verdiyini bildirərək, mülki işin apelyasiya baxışından çıxaralaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh qətnamədən məlumatı olmadığını və bu günədək qətnamənin ona təqdim edilmədiyini bildirmiş və tərəfindən də apelyasiya şikayəti veriləcəyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə isə məhkəmənin qətnaməsini əldə etmişdir. Hazırda isə Elektron Məhkəmə sistemindən müəyyən edilir ki, cavabdeh tərəfindən elektron qaydada birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364.1-ci maddəsinə görə, Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)- 2477/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olan zaman mülki iş artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)- 2477/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-8132/2022 saylı qərardadı ləğv olunsun, qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar