Məhkəmə qərarları › İş №2(103)-8227/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8227/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8227/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Maksumov Səbuhi Nadir oğluna qarşı pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1817/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxx” MMC cavabdeh Maksumov Səbuhi Nadir oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maksumov Səbuhi Nadir oğlundan “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 1950 manat əsas borcun, 452.33 manat cərimə borcunun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Səbuhi Maksumovdan 1950 manat əsas borcu, 20 manat cərimə pulu olmaqla, ümumilikdə 1970 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Maksumov Səbuhi Nadir oğlu xx.xx.2020-ci ildə apelyasiya şikayəti vermiş, həmin şikayət məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Maksumov Səbuhi Nadir oğlunun həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu zaman da ona əsaslanmışdır ki, cavabdeh qətnaməni xx.xx.2020-cu il tarixdə almış, lakin apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və bununlu da o qanunvericilikdə nəzərədə tutulmuş şikayet vermə müddətini ötürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1817/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsini cavabdeh rəsmi qaydada xx.xx.2020-cu il tarixdə almış, lakin apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Maksumov Səbuhi Nadir oğlu qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçünbirinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1817/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar