Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8237/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin (bank) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh cəmi 5715,57 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun alınaraq banka ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən 11 mart 2021-ci il tarixdə apellyasiya şikayəti, həmçinin şikayət verilməsi üçün müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, qətnamə ona rəsmi qaydada təqdim olunmadığından ondan vaxtında şikayət verə bilməmişdir və buna görə də müddətin bərpasını xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, həmin qərardaddan Cavabdeh verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə onun qətnaməni 23.01.2018-ci il tarixdə aldığını vurğulasa da, 23.04.2018-ci il tarixli qətnamənin həmin vaxt ona verilməsinin mümkün olmadığını nəzərə almamış, icra məmurunun ona təqdim etdiyi bildirişin sonradan ləğv olunmuş əmr olmasına əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, şikayət mövzusu olan qərardad ləğv edilərək Cavabdeh qətnamədən şikayət vermə müddətinin bərpasına dair ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, 23.04.2018-ci il tarixli qətnamə Cavabdeh ünvanına həmin tarixdə göndərilmiş, icra məmuru tərəfindən tələbin könüllü icrası haqqında bildiriş ona 23.01.2018-ci il tarixdə təqdim edilmişdir; bu isə o deməkdir onun qətnamədən xəbəri olmuş, lakin üzrsüz səbəbdən şikayət vermə müddətini ötürmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ərizəsini hərtərəfli araşdırmamış, 23.04.2018-ci il tarixli qətnamədən 23.01.2018-ci il tarixdə xəbər tutmuş olması nəticəsinə gəlməklə səhvə yol vermişdir. Belə ki, iş materiallarından məhkəmənin bankın ərizəsi əsasında 08.11.2017-ci il tarixdə əmr çıxardığı, sonradan həmin əmrin ləğv olunduğu və iddia icraatına keçildiyi, cavabdehin işə baxılmasında iştirak etmədiyi, 23.04.2018-ci il tarixdə çıxarılan qətnamənin ona həmin tarixdə göndərildiyinə dair məktub olsa da, çatdırılması barədə sübut olmadığı, müraciəti əsasında qətnamənin Cavabdeh 11.03.2021-ci il tarixdə göndərildiyi aydın olur; belə olan halda isə onun qətnamədən 23.01.2018-ci il tarixdə xəbər tutması mümkün deyildir. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə ərizəçinin irəli sürdüyü halı araşdıraraq ərizəyə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2204/2018 saylı iş üzrə 28 aprel 2021-ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla Cavabdeh qətnamədən apellyasiya şikayəti verməsi üçün müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8237/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8237/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver