Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8238/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, Cavabdeh, onun vəkili X1 qızının iştirakı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)- 3062/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 000 manat məbləğində pulun maddi zərər kimi tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində iddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti ev 113, mənzil 1 ünvanında yerləşən mənzildən və ona əlavə edilmiş tikililərdən istifadə edilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)- 3062/2020 nömrəli qərardadı ilə, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti ev 113, mənzil 1 ünvanında yerləşən mənzildən və ona əlavə edilmiş tikililərdən istifadə edilməsi Cavabdeh və üçüncü şəxslərə qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-3062/2020 saylı qərardadın ləğv edilməsi, Bakı şəhəri, Fətəli Xoyski pr-ti 113 saylı evin, 1 saylı ünvanda yerləşən ümümi sahəsi 280 kv.m olan ərzaq marketi kimi istifadə olunan qeyri-yaşayış sahəsinin üzərindən istifadəyə qadağanın dərhal götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı əlavə edilmiş tikililərdən istifadə edilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi hissəində ləğv edilməli, iddiaçının iddianın təmini tədbiri barədə ərizəsi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bundan başqa, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə alır. Hazırki halda, iddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsində üzərinə həbs qoyulması xahiş olunduğu Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti ev 113, mənzil 1 ünvanında yerləşən mənzilinə əlavə edilmiş tikililərin hazırda həqiqətəndə iddiaçının mülkiyətində olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki işə əlavə edilmiş məhkəmə qərarlarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-831/2019 saylı qərarı ilə İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə qarşı qaldırdığı “daşınmaz əmlaka hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımasına” dair iddiası təmin edilmiş, Bakı şəhəri, Fətəli Xoyski prtı 113 saylı evin, 1 saylı ünvanda yerləşən ümumi sahəsi 280 kv.m olan qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış, həmin qərar əsasında da Bakı şəhəri, Fətəli Xoyski pr-ti 113 saylı evin, 1 saylı ünvanda yerləşən ümümi sahəsi 280 kv.m elan qeyri-yaşayış sehəsinə İddiaçı adına xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Sonradan hazırkı iş üzrə cavıabdeh Cavabdeh şikayəti əsasında 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3-1(82)- 831/2019 saylı qərarı ilə istinad edilmiş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-831/2019 saylı qərarı maraqlarına toxunması faktı müəyyən edilməsi əsas götürülməklə ləğv edilmiş, həmin qərarla o, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Onun iştrakı ilə yenidən işə baxan məhkəmə 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-831/2019 saylı qərarı ilə İddiaçı cavabdeh DƏDRXnin 1 saylı Bakı ərazi İdarəsinə qarşı qaldırdığı Bakı şəhəri, Fətəli Xoyski pr-ti 113 saylı evin, 1 saylı ünvanda yerləşən ümümi sahəsi 280 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinin üzərinə qoyulmasına dair tələbi qanunsuz və əsassız hesab edilməklə rədd edilmişdir. İstinad edilmiş qərardan iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 763/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarı təmin edilməmiş, iş üzrə qəbul edilmiş 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-831/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.Qeyd edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-763/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Qeyd edilmiş məhkəmə qərarlarından göründüyü kimi iddiaçının adına Bakı şəhəri,Fətəli Xoyski pr-ti 113 saylı evin, 1 saylı ünvanda yerləşən ümümi sahəsi 280 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ tanınmasına əsas olmuş məhkəmə qərarı ləğv olunması və həmin qərarın qanuni qüvvəsini alması o faktı təstiq edir ki, iddiaçının Bakı şəhəri, Fətəli Xoyski pr-ti 113 saylı evin, 1 saylı ünvanda yerləşən ümümi sahəsi 280 kv.m olan qeyri-yaşayış sahəsinə dair ona qarşı iddia qaldırmaq üçün subyektiv hüququ olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 000 manat məbləğində pulun maddi zərər kimi tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. Eyni zamanda Kollegiya qeyd edir ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti ev 113, mənzil 1 ünvanında yerləşən mənzildən və ona əlavə edilmiş tikililərdən istifadə edilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağa qoyulması qətnamənin gələcəkdə icrasının təmin edilməsinə qulluq etmir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 157-159-cu maddələrinə əsasən məhkəmə iddianı təmin etmə barədə tədbirlərə baxıla bilər. Lakin həmin tədbirlər əsaslandırılmalıdır. Göründüyü kimi, hazırkı iddia üzrə iddiaçı cavabdehdən 30 000 manat məbləğində pulun maddi zərər kimi tutularaq ona ödənilməsini xahiş etdiyi halda, iddianın təmin tədbiri kimi nə onun, nə də ki, cavabdehin mülkiyətində olmayan mənzilə əlavə edilmiş tikililərdən istifadə edilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi iddianın təmin tədbiri kimi hesab edilə bilməz. Bundan başqa işin hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi ərzaq marketi kimi istifadə edilir və həmin market təz xarab olan ərzaq, yeyinti və meyvə-tərəvəz məhsulların satışı ilə fəaliyət göstərir. Həmin market kimi fəaliyyət göstərən tikilinin isifadə edilməsinə qadağa qoymaqla orada yerləşən məhsulların saxlanc müddəti keçməklə, onları yararsız vəziyətə gətirib çıxarılmasına səbəb ola bilər. Bu isə öz növbəsində cavabdehin hüquqlarının pozulması və ona maddi ziyanın vurulması ilə nəticələnə bilər. Belə olan halda Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan ərizəni təmin etməklə, iddianın təmini tədbiri kimi olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti ev 113, mənzil 1 ünvanında yerləşən mənzilə əlavə edilmiş tikililərdən istifadə edilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağa qoymaqla səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti ev 113, mənzil 1 ünvanında yerləşən mənzilinə əlavə edilmiş tikililərdən istifadə edilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi hissəində ləğv edilsin. İddiaçının iddianın təmini tədbiri barədə ərizəsi həmin hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdiridlmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8238/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8238/2020
12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver