Məhkəmə qərarları › İş №2(103)-8238/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8238/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8238/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-1504/2021 saylı işi üzrə 18 fevral 2021 -ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83323 olan Samsung Galaxy A50 markalı telefon üçün 780 manat ödənilməmiş hissə, 78 manat cərimə, ümumilikdə 858 manat borc, 30 manat dövlət rüsumu, cəmi 888 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, qiyməti 780 manat olan Samsung Galaxy A50 DS (SM-A505) markalı məhsul, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh 00846548 saylı müqaviləyə əsasən Samsung Galaxy A50 DS (SM-A505) markalı məhsulu, telefon quraşdırma xidməti ilə birlikdə tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Cavabdeh 14 avqust 2018-ci il tarixli müqavilə üzrə əsas borcu 780 manat, cərimə borcu 78 manat olmaqla, cəmi 858 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 858 manat məbləğində borcu vardır (iş.səh.3, 5 8,9, 11) . Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1504/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 14 avqust 2019-cu il tarixli, 00846548 saylı müqavilə üzrə Cavabdeh 780 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə olmaqla, cəmi 810 manat manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 manatı Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 445.2, 448.1, 462.1, 467, 600.1, 600.4, 601.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli, iddia tələbinin dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-1504/2021 saylı işi üzrə, 18 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 357, 384.0.2, 385.1.1, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, inanaraq mobil telefonu əvvəllər tanıdığı Mikayıl adlı şəxsə verməyə razılaşıb. Ödəmə vaxtı gələrkən ödəmənin olmadığı aydın oldu. Müxtəlif bəhanələrlə yayınmağa başlamış və bu barədə Nərimanov Rayon Polis İdarəsinə şikayət edib, lakin tədbir görülməmişdir. Sonda məlum olmuşdur ki, mobil telefon onun tərəfindən Neftçilər metrosu yaxınlığındakı mağazalardan birində başqa şəxsə satılmışdır. Bu barədə iddiaçı tərəfədə bildirərək gözləmələrini , həmin şəxs barədə tədbir görüldüyü təqdirdə ödəmələrin yerinə yetiriləcəyini bildirmiş, lakin nəzərə alınmamışdır. O, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan prokurorluğa şikayət vermişdir , araşdırma gedir və bu işin nəticəsi gözlənilməlidir. Lakin bu amil də nəzərə alınmamışdır . 66 yaşı var , ailəsinin gəliri yalnız aldığı 233 manat pensiyadan ibarətdir və onun da yarı hissəsi banka ödənilir, özü və həyat yoldaşı xəstədir, maddi durumu həddindən artıq ağırdır. Cavabdeh məhkəmə iclası zamanı etiraz ərizəsi yazaraq, məhkəmə heyətinə etiraz etdiyini qeyd etmiş, etiraz baxılmamış saxlanıldıqdan sonra məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirərək iclas zalını tərk etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, tərəfə kifayət qədər güzəşt edildiyini, cavabdehlə əlaqə saxlanıldığını, lakin cavabdehin telefon məbləğini ödəməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385, 386, 404, 420, 421.3, 425, 458.1, 527.1, 560, 567-589, 595-601, 614,615, ***-**** Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Mülki Məcəllənin 595.1-ci maddəsinə görə: Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəyə görə: Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3-cü maddəyə görə: Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. Qeyd edilən mülki qanunvericilik şərtlərinə əməl edilməməsi, cavabdeh tərəfindən şikayətində istinad etdiyi halların müqavilə öhdəliklərinə aidiyyətinin olmamamasını və hazırki tələbə münasibətdə əsassız olduğunu şərtləndirir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1504/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar