Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8241/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1457/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1457/2020 nömrəli qətnaməsi ilə, Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 3495.22 ABŞ dolları əsas borc, 585.96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4081.18 ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması qət edilmişdir. Hazırda Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci tarixli, 2(007)- 1457/2020 saylı qətnaməsindən şikayət verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1457/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə 2(007)-1457/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130, 133, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh öz ərizəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci tarixli qətnaməsinin surətinin ona deyil, yalnız qonşusuna təqdim edilməsini, qonşusunun həmin qətnamənin surətini ona təqdim etmədiyinə görə onun həmin qətnamədən apellyasiya şikayəti verə bilmədiyini bildirsə də, həmin fikirlərini əsaslandıracaq heç bir mötəbər sübut növünü ərizəsinə əlavə etməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1457/2020 nömrəli qətnaməsi, apellyasiya şikayətini xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəblər olmadan ötürüldüyündən, cavabdehin bununla bağlı ərizəsi təmin edilməməlidir. Cavabdeh şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 1457/20 saylı qərardadı ləğv edilərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci tarixli, 2(007)-1457/2020 saylı qətnaməsindən şikayət verilməsi müddəti bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitutsiyanın 25, 60-ci maddəsinə; MPM-nin 267-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası ərazisində xx xxxx 2020-ci il tarixdən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin ilə əlaqədar həmdə maddi imkansızlıqdan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1457/2020 saylı qətnaməsindən vaxtında apellyasiya şikayəti vermək imkanı olmamışdır. Həmin səbəb məhkəmə iclasında araşdırılmadan qarərdad qəbul edilmişdir, dünyada baş verən pandemiya səbəbindən bir çox vətəndaşlar həm maddi, həm maddi əziyyət çəkir. O, elan olunmuş xususi karantin rejimi ilə bağlı bir neçə müddətdir ki, işsizdir, ərindən boşanmışdır və övladlarına təkbaşına baxır. Lakin məhkəmə onun fikrini soruşmadan qanunsuz qərar qəbul etmişdir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Hazırkı işdə birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq onun vəsatətini təmin etməməklə, onu məhkəmənin hərəkətlərindən narazı qaldığı halda yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1457/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-1457/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edəniddiaçının nümayəndəsi X2 şikayəti qəbul etməyərək, şikatin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, MPM-nin 128-133, 357, 360, 363.1.3, 385.2, 387.1, 395-397ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. İzah edilməlidir ki, prosessual müddətin səbəblərin müzakirəyə çıxarılması üçün tərəf onun bərpasına və üzürlü hesab edilməsinə dair sübuta yetirilən dəlillər təqdim etməlidir. Qeyd edilməlidir ki, cavabdehin qətnaməni xx.xx.2020-ci il tarixdə alması rəsmi poçt qəbzi ilə təsdiq edilir (iş səh.63), prosessual müddət ötürülmüş, onun bərpasına dair üzürlü əsaslar (sübuta yetirilən dəlillər) təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1457/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-8241/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8241/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver