Məhkəmə qərarları › İş №2(103)-8245/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8245/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8245/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndələri Ələmdar Baxşəliyevin və Emin Babaşovun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abasovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abasov Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair 2(010)-5638/2018 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh Abasov Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Abasov Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı” MMC-nin sabiq ticarət nümayəndəsi Cavabdeh1 və zaminləri Abasov Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ümumi olaraq 15994,89 (on beş min doqquz yüz doxsan dörd manat 89 qəpik) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı MMC ilə bağladığı xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinə əsasən "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Eyni zamanda, onunla İddiaçı MMC arasında xx xxxxxx 2011-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə də bağlanmışdır. O, əmək müqaviləsi və "Tam maddi məsuliyyətə dair" müqavilə ilə müvafiq qaydada öhdəlik götürməsi və Cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığıb Cəmiyyətə ödənilməsi ilə əlaqədar öhdəlik götürmüşdür. Eyni zamanda, İddiaçı MMC ilə Cavabdeh1 zaminləri qismində cavabdehlər Abasov Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2011-ci il tarixli Öhdəlik müqavilələri bağlanmışdır ki, həmin müqavilə ilə onlar Cavabdeh1 İddiaçı MMC qarşısında öhdəliyinə zamin durmuşlar. Cavabdeh1 Bakı şəhərinin Suraxanı, Sabunçu, Xəzər və Abşeron rayonları ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan Cavabdeh1 müştərilərdən istədikləri sifarişi qəbul edib İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, Ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarının Cavabdeh1 sifariş etdiyi ünvanlara göndərir və sonuncu 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb Cəmiyyətin xəzinəsinə ödəyirdi. Mal və pul planlarını yüksək həcmdə icra etdiyi təqdirdə ticarət nümayəndəsi böyük məbləğdə məvacib alırdı. Lakin son vaxtlar əmək funksiyalarını lazımi qaydada yerinə yetirə bilməyən Cavabdeh1 həmin fəaliyyəti öz ərizəsinə əsasən dayandırılmış və o, xx xxxx 2016-cı ildə işdən azad olunmuşdur. Cavabdeh1 xidmət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün bir az müddət verilmişdir. Lakin, Cavabdeh1 müqavilə şərtlərinə əməl etməmiş və satış nöqtələrinə verilmiş məhsulların pulunu sonadək təhvil verməmişdir. Yəni Cavabdeh1 İddiaçı MMC-yə məxsus 14300,66 manat dəyərində məhsulların pulunu Cəmiyyətə ödəməmişdir. Bundan əlavə, Cavabdeh1 vurduğu 14300,66 manat zərəri vaxtında ödəmədiyi üçün illik 5% olmaqla, cəmi 1694,23 manat məbləində də faiz pulu hesablanaraq, əsas vurduğu zərərin üzərinə əlavə edilmiş və ona cəmi 15994,89 manat borc hesablanmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)- 5638/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Abasov Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14100,66 (on dörd min yüz manat 66 qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 14130,66 (on dörd min yüz otuz manat 66 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Abasov Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və İddiaçı MMC-nin iddia tələbini ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2011-ci il əmək müqaviləsinə əsasən İddiaçı MMC-yə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. Bununla əlaqədar, Cavabdeh1 zaminləri kimi onunla və Cavabdeh3 ilə İddiaçı MMC arasında xx xxxxxx 2011-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə işdən azad edilmişdir. Cavabdeh1 İddiaçı MMC-yə 14100,66 manat borcu qalmışdır. Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən həmin məbləğ onlardan tutulmalıdır. Lakin onlarla zaminlik müqaviləsi bağlanarkən mülki qanunvericiliyin zaminliklə əlaqədar qaydaları pozulmuşdur. xx.xx.2011-ci il tarixli öhdəlik sənədində icra müddəti nəzərdə tutulmamışdır. İddiaçı MMC tərəfindən iki il müddətində zaminlik müqaviləsi ilə əlaqədar iddia irəli sürülməmişdir. Məhkəmə əsassız olaraq belə hesab etmişdir ki, İddiaçı MMC-nin iddiası ona aid hissədə də təmin edilməlidir. Lakin hesab edir ki, məhkəmə belə bir nəticəyə gəlməklə səhvə yol vermişdir. Məhkəmə əsassız olaraq belə hesab etmişdir ki, İddiaçı MMC-nin iddiası ona aid hissədə də təmin edilməlidir. Lakin hesab edir ki, məhkəmə belə bir nəticəyə gəlməklə səhvə yol vermişdir. Apelyasiya baxışı zamanı Cavabdeh2 Abasov apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndələri Ələmdar Baxşəliyev və Emin Babaşov apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın cavabdeh Abasov Cavabdeh2 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ilə müqavilə bağlayaraq, ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozarsa və dəymiş zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. xx xxxxxx 2011-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən, Cavabdeh1 maddi və mənəvi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə İddiaçı ilə müqavilə bağlayaraq, Şirkətə mənsub olan maddi və natural vəsaitlərin (pul) qorunub saxlanılmasını təmin etməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1-ci bəndinə görə ticarət nümayəndəsi vəzifəsində işləyən işçi ona həvalə edilmiş maddi (malların) və natural vəsaitlərin (pul) qeydiyyata alınmasını, qorunmasını, saxlanmasını təmin etmək üçün ticarət obyektlərinə satılmış malların satışından toplanması ona həvalə edilmiş şirkətin maddi vəsaitinə (pul) cavabdeh olmaq, maddi vəsaitlərə ciddi yanaşmaq və maddi zərərin vurulmasının qarşısını almaq üzrə tam maddi-məsuliyyət öz öhdəsinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən Şirkət işçinin günahı üzündən müəssisəyə maddi zərər vurularsa, zərərin miqdarını müəyyənləşdirir və dəyərin ödənilməsini mövcud qanunvericiliyi uyğun surətdə həll edilir. İş materiallarından görünür ki, Cavabdeh1 ərizəsinə əsasən xx xxxx 2016-cı il tarixdə işdən azad edilmişdir. İddiaçı tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 178 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı MMC-də ticarət nümayəndəsi vəzifəsində işləmiş Cavabdeh1 işlədiyi müddət ərzində ticarət obyektlərinə satmaq üçün MMC-nin anbarından cəmi 1103892,03 (bir milyon yüz üç min səkkiz yüz doxsan iki manat 03 qəpik) manat dəyərində şirniyyat və qənnadı məhsulları buraxılmışdır. Həmin buraxılmış malların ümumi məbləğindən ticarət nümayəndəsi Cavabdeh1 1050166,87 (bir milyon əlli min yüz altmış altı manat 87 qəpik) manat məbləğində pulu xəzinədarlığa ödəmiş, 35485,36 (otuz beş min dörd yüz səksən beş manat 36 qəpik) manat dəyərində (zay) malları anbara qaytarmışdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Cavabdeh1 anbardan qəbul etdiyi malların ümumi cəmindən İddiaçı MMC-nə 14300,66 (on dörd min üç yüz manat 66 qəpik) manat məbləğində borcu qalmışdır. Bundan əlavə olaraq, iddia məbləğində göstərilən 14300,66 manat qalıq borcu vaxtında ödənilməyərək gecikdirildiyi üçün illik 5% olmaqla, cəmi 1694,23 manat məbləğində faiz pulu da hesablanaraq, həmin borcun üzərinə əlavə edilmiş və ümumi olaraq ona 15994,89 manat borc hesablanmışdır. Lakin, həmin məbləğdə zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra müxtəlif tarixlərdə, yəni xx xxxxxxxx 2018-ci il tarixdə 100 manat və xx xxxxxxxx 2018-ci il tarixdə isə 100 manat olmaqla, cəmi 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına ödənilmişdir. Həmin ödənilmiş 200 manat iddia məbləğindən çıxılmış və xx xxxxxx 2018-ci il tarixinə əsas borc 14100,66 (on dörd min yüz manat 66 qəpik) manat miqdarında olmuşdur. Beləliklə də, xx xxxxxx 2018-ci il tarixinə Cavabdeh1 İddiaçı MMC-yə faizlə birlikdə 15794,89 manat, yəni 14100,66 manat əsas borc və 1694.23 manat faiz borcu vardır. xx xxxxxx 2011-ci il tarixli İddiaçı MMC-də əmək müqaviləsi ilə işə yeni qəbul olan ticarət nümayəndəsinin valideynin və ya qohumunun “Öhdəliyi” barədə müvafiq qaydada təsdiq olunmuş sənədin surətindən görünür ki, zamin Abasov Cavabdeh2 İddiaçındə işə götürülən ticarət nümayəndəsi Cavabdeh1 qohumu olaraq ona maddi-məsul vəzifəni həvalə edilməsinə və onun düzgün, təmiz işləyəcəyinə, heç bir mənimsəmə, israf etmə, yəni etibar edilmiş özgə əmlakın talama hallarına yol verməyəcəyinə zamin durmuş və eyni zamanda, İddiaçı MMC-də Cavabdeh1 ticarət nümayəndəsi vəzifəsində işlədiyi müddətdə yaranma mənbəyindən asılı olmayaraq hər hansı bir maddi çatışmamazlığı, borcu olduğu, mənimsəmə, israf etmə, yəni etibar edilmiş özgə əmlakını talama halları olduğu halda çıxışı dayandırıldığı gündən bir ay ərzində çatışmayan məbləğin ödənilməsini öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdeh Abasov Cavabdeh2 qarşı təmin olunmuş hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanıla bilər (470.2). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamə ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0, 477.0.1, 477.0.4). İş materiallarından göründüyü kimi, xx.xx.2011-ci il tarixli “öhdəlik” sənədində (məzmunca zaminlik müqaviləsi kimi qəbul olunur) və onun təmin etdiyi əsas öhdəliyin icrası vaxtı müəyyən edilməmişdir. Belə olan halda kreditor zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində, yəni xx.xx.2013-cü ilə qədər zaminə qarşı iddia irəli sürmədiyindən cavabdeh Abasov Cavabdeh2 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının həmin cavabdehə münasibətdə tələbi əsassızdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırki mübahisədə Cavabdeh2 Abasovun iddiaçı qarşısında hər hansı öhdəliyi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin Abasov Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5638/2018 saylı mülki iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddia tələbinin cavabdeh Abasov Cavabdeh2 qarşı təmin olunmuş hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar