Məhkəmə qərarları › İş №2(103)-825/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-825/2025

07.04.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-825/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008) 2374/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə Cavabdeh arasında Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmaqla nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1178/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş və Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində 1671 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X12 anaları İddiaçı yanında saxlanılmış, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Tərəflər birgə nikahda olduğları dövründə yəni 28 iyun 2018-ci il tarixdə “Ford Transit” yük markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili və 28 sentyabr 2020-ci il tarixdə isə “Ford Transit” yük markalı **-TY-*** dövlət nömrə nişanlı avtomobili alqısatqı müqaviləsi əsasında əldə etmişlər. Nikah pozulduqdan sonra maşınlar cavabdeh tərəfindən satılmışdır. Kooperativ Binada Mənzil Tikinti Haqqında xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzili Cavabdeh 339000 manata satılmışdır. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin sorğusuna ünvanladığı cavab məktubundan qeyd edilmişdir ki, "xxxx" MTK-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən 1 bloklu, 20 mərtəbəli yaşayış binasında "xxxx" MTK-nın təsisçilərindən biri X8 atası X18 "xxxx" MTK-ya müraciət edərək oğlu X16 ilə Cavabdeh arasında borc mübahisəsi olduğundan onun binada götürdüyü işlər və təchiz etdiyi materiallar qarşılığında ona çatacaq 15-ci mərtəbədə 63 və 64 saylı mənzillər Cavabdeh adına rəsmiləşdirməyi xahiş etmişdir. xx.xx.2015-ci il tarixdə 016- ER 013 saylı müqavilə ilə mənzillər Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu günədək həmin mənzillər Cavabdeh adınadır. "xxxx" MTK-nin cavabdehin vəkilinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 047 ER nömrəli məlumatından görünür ki, "xxxx" MTK-nə məxsus Bakı şəhəri Xətai rayonu Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən 1 bloklu 20 mərtəbəli yaşayış binasında "xxxx" MTK-nın təsisçilərindən biri X8 atası X18 "xxxx" MTK-nə müraciət edərək oğlu X16 ilə Cavabdeh arasında borc mübahisəsi olduğundan onun binada götürdüyü işlər və təchiz etdiyi materiallar qarşılığında ona çatacaq 15-ci mərtəbədə 63 və 64 saylı mənzillər Cavabdeh adına rəsmiləşdirməyi xahiş etmişdir. xx.xx.2015-ci il tarixdə 0**-ER-*** saylı müqavilə ilə mənzillər Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu günədək həmin mənzillər Cavabdeh adınadır. 20 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin tərtib edilmiş zərərin ödənilməsi ilə razılıq protokolunu nəzərə alaraq X9 adından X2 Adil Sərvər oğluna xx.xx.2016-cı il tarixdə 300000 manat vəsait ödəmişdir. Tərəflər öz aralarında vəsaitin alınması barədə akt tərtib etmişlər. Mənzillərin dəyərindən 45000 manat Cavabdeh ödənildikdən sonra həmin mənzillər X13 qaytarılmalıdır. 26 sentyabr 2016-cı il tarixli Tərəflərin qarşılıqlı razılaşma Prtokolundan görünür ki, "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən 1 bloklu 20 mərtəbəli yaşayış binasında Cavabdeh adına rəsmiləşdirilmiş 63 və 64 saylı mənzillərdən Cavabdeh notarial qaydada imtina ərizəsi yazaraq imtina edəndən və mənzillər tam azad olandan sonra X19 və atası X9 qalıq borcu olan 45000 manat Cavabdeh ödəyəcəkdir. "xxxx" MTK-nın direktoru X5 öz öhdəsinə götürür ki, Cavabdeh adından notarial qaydada imtina ərizəsi daxil olana qədər 63 və 64 saylı mənzillər digər ada rəsmiləşdirilməyəcəkdir. Cavabdeh Səməd oğlu və X19 tərəfindən imzalanmış xx.xx.2016-ci il tarixli aktdan görünür ki, "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən binadan iki ədə mənzilin tikintisi gecikdiyindən 345.000 manat puldan 300000 manat pulu X9 oğlu X6 qəbul etmişdir. Borc məbləğinin yerdə qalan 45000 manat ödənildiyi gün X7 qəbul etdiyi borcun təminatı kimi qəbul etdiyi mənzilə aid müqavilələri Ə.Əliyevə geri qaytarmağı öhdəsinə götürmüşdir. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklara payın müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin artırılması və iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli maliyyə arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzillər üzərində uşaqların iddiaçının yanında qalmasını nəzərə alaraq mənafelərinə uyğun 2/3 hissəsinə; birgə nikah dövründə əldə etdikləri “Ford Transit” yük avtomobili **-XA-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın və “Ford Transit” yük avtomobili **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobiliin satışından əldə olunmuş 6000 manatın 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmaqla nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1178/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş və Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində 1671 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X12 anaları İddiaçı yanında saxlanılmış, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun kimi qətnamə qəbul edilmişdir. Belə ki, birgə nikah dövründə keçmiş həyat yoldaşı Cavabdeh külli miqdarda pulunu X20 ələ keçirmişdir. İşin araşdırılması Azərbaycan Respublikasının DİN-in Müətəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ararşdırılmış və X8 vurduğu ziyan qarşlığında onun atası X18 ilə Cavabdeh arasında razılaşma əldə edilmişdir. Həmin razılığa əsasən 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli maliyyə arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzili Cavabdeh vermişdir. Hal-hazırda bina tam olaraq tiklimiş və yaşayış üçün təhvil verilmişdir. Bundan başqa birgə nikah dövründə əldə etdikləri “Ford Transit” yük avtomobili **-XA-*** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili **-HG-*** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobilləri hazırda Cavabdeh mülkiyyətindədir. Nikah pozulduqdan sonra isə cavadbehin adına olan avtomobillər iddiaçıdan xəbərsiz satılmış və onların satışından əldə olunmuş pulun 1/2 hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Belə ki, “Ford Transit” yük avtomobili **- FF-*** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili **-BF-*** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili **-RC-*** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili **-BT-*** dövlət qeydiyyat nömrəli, birgə nikah dövründə əmlak əldə edilib. Həmin əmlak birgə nikah dövründə əldə edildiyidən paylara ayrılmalı və payları qanunvericiliklə nəzərdə tutulan qaydada müəyyən edilməlidir. Bundan başqa, kiçik qızı X17 uşaqlıqdan dil qüsuru xəstəliyi ilə anadan olmuşdur. Hazıra kimi danışmaqda çətinliklər çəkir. "xxxx" MMC-də psixoloq, Refleksoloq, Duyubütünləmə, Sensor xidmətləri mütəmadi olaraq alır. Bu səbəbdən hesab edir ki, birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak üzərində paylar müəyyən edilərkən uşaqların mənafeyi üstün tutulmaqla iddiaçıya 2/3 hissədə pay ayrılmalıdır. Hazırda iddia tələbinin, daşınmaz əmlak hissəsində uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissə pay hüququnun tanınmasını istədiyindən iddia tələbinin həcmini azaldaraq iddianın daşınar əşyalar hissəsində beş avtomobildən imtina edərək yalnız “Ford Transit” yük avtomobili **-XA- *** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın və “Ford Transit” yük avtomobili **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobiliin satışından əldə olunmuş 6000 manatın 1/2 hissəsinə pay hüququnun tanınmasını iddiaçı tələb edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008) 2374/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəflərin birgə nikah dövründə əldə etdikləri “X30” markalı **-XA-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manat pul vəsaitinin 2500 manat olan hissəsi və “Ford Transit” yük markalı **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobilin satışından əldə olunmuş 6000 manat pul vəsaitinin 3000 manat olan hissəsi tutularaq İddiaçı ödənilməsi, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etmiş olduqları Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı mənzillərin 1/2 hissəsində İddiaçı pay hüququnun tanınması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk öncə iddia tələbinin “Ford Transit” yük markalı **- XA-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın və “Ford Transit” yük markalı **-TY-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 6000 manatın 1/2 hissəsinə pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarından da məlum olur ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar, onlar birgə nikahda olduğları dövürdə yəni 28 iyun 2018-ci il tarixdə “Ford Transit” yük markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili və 28 sentyabr 2020-ci il tarixdə isə “Ford Transit” yük markalı **-TY-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Lakin tərəflər arasında bağlanmış nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1178/2023 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Məhz tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş avtomobilləri alqı-satqı müqaviləsi əsasında üçüncü bir şəxslərə satmış və satışdan əldə edilmiş pul vəsaitindən iddiaçıya hər hansı bir məbləğ verilməsinə dair sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi avtomobillərin satışından əldə olunmuş vəsaitin bölünməsi hissəsində təmin edilməli, Cavabdeh “Ford Transit” yük markalı **-XA-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın 2500 manat olan hissəsi və “Ford Transit” yük markalı **-TY-*** dövlət qeydiyyat nömrəli yük avtomobilin satışından əldə olunmuş 6000 manatın 3000 manat olan hissəsi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli maliyyə arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzillər üzərində uşaqların iddiaçının yanında qalmasını nəzərə alaraq mənafelərinə uyğun 2/3 hissəsinə pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, "xxxx" MTKnın xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, sözügedən mənzillər tərəflərin birgə nikah dövüründə yəni xx.xx.2015-ci il tarixdə cavabdehin sözügedən MTK-da göstərmiş olduğu xidmətin qarşılığında ona ödənilməli olan pul məbləği qarşılığında verilmiş olduğu müəyyən edildiyindən iddiaçının sözügedən əmlaka pay hüququ tanınmalıdır. Lakin iddiaçı məhkəməyə müraciət edərək sözügedən məzillərə tərəflərin birgə nikahından doğulmuş uşağların iddiaçının himayəsində saxlanılmasını və uşaqlardan birinin nitqində hər hansı bir qüsurlu olmasını əsas gətirərək pay hüququnun 2/3 hissədə tanınmasını xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, sözügedən halların yetkinlik yaşına çatmayan uşaqların diqqətəlayiq mənafeyinə əsas olmadığından iddia tələbi bu hissədə qismən 1/2 hissədə təmin edilməlidir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdirlər. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı ilə cavabdehin birgə nikahlarından 2 azyaşlı övladları var, uşaqlar iddiaçının himayəsindədir və iddiaçı üzürlü səbəbdən gəlir əldə etmir. Həmçinin, mülki iş materiallarında da iddiaçı və cavabdehin birgə nikahlarından anadan olmuş azyaşlı övladları xx.xx.2019-cu il təvəllüdlü X4 dil qüsuru xəstəliyi ilə anadan olmasını və halhazıradək daimi müalicə olunduğunu təsdiq edən sübutlar mövcuddur. Hamıya məlum olduğu kimi, X4 müalicəsi isə xeyli məbləğdə xərc və zaman sərfi tələb edən xəstəlikdir. İddiaçı isə buna görə daima övladlarının səhhəti, sağlamlığı, inkşafı, təhsili və sair ehtiyaclarının ödənilməsi ilə məşğuldur. Bu hallar işin təkzibedilməz hallarıdır və bunu təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Halbuki qanunvericiliyin tələblərindən də görünür ki, İddiaçı qanunun tələb etdiyi qaydaya uyğun olaraq valideyn kimi uşaqların tərbiyəsi, inkşafı və sağlamlığı ilə məşğul olduğu üçün gəlir əldə etmək imkanında deyil. Azyaşlı övladlarını sağlam yetişdirib cəmiyyətə yararlı fərdə çevirmək üçün onların inkşafı ilə məşğuldur. Lakin, məhkəmə iddiaçının bu öhdəliklərini, çətin vəziyyətini diqqətəlayiq qiymətləndirməyib və diqqətəlayiq olmamasını hər hansı bir meyarla əsaslandırmayıb. Ona görə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ailə məcəlləsinin 37.2-ci maddəsinin mübahisəyə tətbiq etməməklə “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarındakı göstərişlərini, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinin tələblərini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbini pozmuşdur. Həmçinin cavabdeh tərəfindən təsdiq edən subutlarını təkzib edən başqa sübutlar məhkəməyə təqdim edə bilməyib, həmçinin iddiaçının diqqətəlayiq vəziyyətinin qiymətləndirilməsinə etiraz edilməmişdir. Məhkəmə isə iddiaçının Ailə Məcəlləsində nəzərdə tutulmuş diqqətəlayiq vəziyyətinin olmamasını tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. Yalnız bir cümlə qeyd etməklə kifayətlənmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh maddi imkanı və aylıq qazancı yüksəkdir. Halhazırda onun adına və onun yaxınlarının adına rəsmiləşdirdiyi lakin, onun özünə məxsus çox sayda daşınar və daşınmaz əmlaklar var. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli “Kooperativ Binada Mənzil Tikinti Haqqında” Müqavilədən görünür ki, cavabdehın mülkiyyətində hal-hazırda xx.xx.2015-ci il tarixdə 339.000 (üç yüz otuz doqquz min) manat dəyərində alınmış mənzil var və bundan başqa ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi, həmçinin, X11 küçəsi, ev 14 ünvanda yerləşən 39 nömrəli mənzil də cavabdehin mülkiyyətindədir. Bundan əlavə, “Range Rover” markalı yeni buraxılışlı avtomobili var. Eyni zamanda Cavabdeh atasına məxsus Bakıxanov Çörək Zavodunda və "xxxx" MMC və ona bağlı 2 mərtəbəli supermarketdə İcraçı direktor vəzifəsində çalışaraq aylıq qazancı 7.000-10.000 manat təşkil edir. Məhkəmə tərəflərin maddi vəziyyətini qiymətləndirərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Göstərilənlərə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 2374/2024 nömrəli qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı da məlum olmuşdur ki, cavabdehin nümayəndəsi mübahisəli avtomobillərin formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. İş materiallarından da göründüyü kimi reallıqda avtomobillərin çörək zavoduna məxsus olmuşdur və həmin daşınar əmlaklar bölünə bilməz. Bundan başqa işin faktiki hallarından da göründüyü kimi, mübahisəli mənzillər heç zaman cavabdehin mülkiyyətində olmamış yalnız borcun təminatı qismində təqdim edilmişdir. Cavabdeh isə protokolda göstərilən dövrdə borcludan alınmalı olan vəsaiti qəbul etmiş, yalnız 45.000 manatlıq az bir hissə qalmışdır. Qanunvericiliyin tələbi baxımından da həmin mənzillərin cavabdehin mülkiyyəti hesab edilməsi üçün müvafiq maliyyə arayışı və pay haqqının tam şəkildə ödənilməsini təsdiq edən müvafiq sənədlərin olması nəzərdə tutulur. Cavabdeh isə həmin mənzillərin pay haqqını MTK-ya ödəmədiyindən, əksinə ERA-2014 MTK-dan 300.000 manat pul vəsaitini qəbul etdiyi üçün həmin mənzillər Cavabdeh mülkiyyəti hesab edilə bilməz. İddia həmin hissələrdə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə isə "xxxx" MTK tərəfindən sorğuya əsasən təqdim edilmiş məktuba və məktuba əlavə edilmiş digər sübutlara heç bir hüquqi qiymət verməyərək maddi normaların tələblərini pozmuşdur. İddiaçının tələbinin qismən təmin olunması zamanı məhkəmə iddiaçının qeyd etdiyi mənzillərin cavabdehin adına borcun təminatı olaraq müvəqqəti verildiyini, mənzillərin təminat olaraq göstərildiyi pul məbləğinin cavabdeh tərəfindən nikah dövründə qaytarıldığını tam araşdırmamışdır. Həmçinin nəqliyyat vasitələrinin siyahısından da göründüyü kimi həmin əmlaklar hamısı kiçik qabaritli yük maşınları olmaqla formal olaraq Cavabdeh adında olmuş əslində isə müəssisəyə məxsus olmaqla yükdaşımada istifadə edildiyini aydınlaşdırmamışdır. Məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə iddianın tam olaraq rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı X18 və "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" MTK-nın qanuni təmsilçisi R.İsmayılov apellyasiya şikayətlərinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin azyaşlı övladlarını sağlam yetişdirib cəmiyyətə yararlı fərdə çevirmək üçün onların inkşafı ilə məşğul olmaq kimi öhdəliklərini, çətin vəziyyətini diqqətəlayiq qiymətləndirməməsi və diqqətəlayiq olmamasının hər hansı bir meyarla əsaslandırmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, o, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı da həmin halların mövcudluğu aşkar edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin nəzərə alınması o demək deyil ki, bu mənafe qanunun imperativ tələbi olub avtomatik, himayəçi valideynin payının artırılmasına əsas verir. Belə ki, uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq hazırda ananın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində tərəflərin payının bərabər bölünməsi də uşaqların mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Kollegiya hesab edir ki, uşaqlardan biri hazırki iş üzrə fikirləri nəzərə alınmalı olan bəlli bir yaşa çatmış, digərinin isə yaşının artıb fikirlərinin mütləq nəzərə alınmalı bir həddə çatdıqdan sonra valideynlərindən bu və ya digərinin yanında qalmaları ilə bağlı istənilən vaxt fikirlərini dəyişib digər valideynin yanına qayıda bilərlər. Belə çıxır ki, hazırki vəziyyətdə yetkinlik yaşına çatmamış uşağın ananın yanında olmasına görə əmlak bölgüsü zamanı sonuncunun payının həcmi mütləq artıq müəyyən edilmiş olsa idi, uşağın atanın yanına qayıdacağı təqdirdə istər-istəməz digər tərəfin də üstün mənafeyini nəzərə almaq məsələsi ortaya çıxa bilər ki, bu da artıq mümkünsüz və hüquqi mexanizmi olmayan bir hal deməkdir. Məhz bu hallar da nəzərə alınmaqla hazırki iş üzrə uşaqların valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birgə nikah dövrundə əldə edilmiş əmlakın bərabər paylarla bölünməməsi, son nəticədə iddiaçıda həmin əmlakın böyük bir hissəsinin (payının) əlində cəmlənməsinə gətirib çıxarar ki, bu həm cavabdehin qanunla tanınan və qorunan mülkiyyət hüquqlarına xələl gətirməklə mənafeyinə ziddir, həm də sosial ədalət prinsinə uyğun gəlmir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən əmlaklarda tərəflərin 1/2 payları müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmiş və bu halda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.2-ci maddəsinin mübahisəyə tətbiq etməməklə “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarındakı göstərişlərini, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinin tələblərini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbini pozmasına yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən şikayətin dəlilləri qeyd edilən hissələrdə göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə də razılaşmır və qeyd edir ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahda olduqları dövrdə yəni 28 iyun 2018-ci il tarixdə “Ford Transit” yük markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili və 28 sentyabr 2020-ci il tarixdə isə “Ford Transit” yük markalı **-TY-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Məhkəmə kollegiyası cavabdehin həmin əmlaklar hamısı kiçik qabaritli yük maşınları olmaqla formal olaraq adında olmasına baxmayaraq əslində isə müəssisəyə məxsus olmaqla yükdaşımada istifadə edilməsinə dair dəlilləri ilə əlaqədar qeyd edir ki, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. Başqa sözlə, ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ailə qanunvericiliyinə əsasən hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyəti sayılması üçün iki şərti olması zəruridir: əmlak nikah dövründə ər-arvadın gəlirləri hesabına əldə olunmalıdır və bu əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İşin faktiki hallarından da göründüyü kimi həmin avtomobillər cavabdehin mülkiyyətində olmuş və avtomobillərin başqa bir müəssisənin istifadəsində olmasına dair yalnız cavabdehin izahatları olmuşdur ki, bu hal da başqa iş materialları ilə təsdiqini tapmamışdır. Bununla yanaşı iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1178/2023 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulduğdan sonra isə cavabdeh birgə nikah dövründə əldə edilmiş avtomobilləri alqı-satqı müqaviləsi əsasında üçüncü bir şəxslərə satmış və satışdan əldə edilmiş pul vəsaitindən iddiaçıya hər hansı bir məbləğ verilməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin avtomobillərin satışından əldə olunmuş vəsaitin bölünməsi hissəsində təmin edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli məktubuna əsasən məktubda qeyd edilən mənzillər tərəflərin birgə nikah dövüründə, yəni xx.xx.2015-ci il tarixdə cavabdehin sözügedən MTK-da göstərmiş olduğu xidmətin qarşılığında ona ödənilməli olan pul məbləği əvəzində verilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən mənzillərin onun adına borcun təminatı olaraq müvəqqəti verildiyini, mənzillərin təminat olaraq göstərildiyi pul məbləğinin onun tərəfindən nikah dövründə qaytarılmasının tam araşdırmamasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, bu halların mövcuduğuna dair iş materiallarındakı sübutlar həmin mənzilin 1/2 hissəsinə iddiaçının mülkiyyətinə tanınması üçün əsasdır. Belə ki, əvvəla evin borc əvəzinə verilməsi işin mübahisəsiz hallarındandır. Həmçinin qeyd edilən borc məbləğinin nikah dövründə verilməsi də mübahisəsizdir və belə olan halda həmin məbləğin 1/2 hissəsində iddiaçının payı olmuşdur. İş materiallarından görünür ki, verilən borcun qaytarılmayan hissəsi 45000 manatdır. Başqa sözlə borcun tam qaytarılmaması da işin mübahisəsiz hallarındadır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd etməyi də zəruri sayır ki, borc məbləği verilərkən artıq iddiaçının mübahisəli evə 1/2 hissədə hüququ yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən əmlaka pay hüququnun tanınması barədə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008) 2374/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar