Məhkəmə qərarları › İş №2(103)-8252/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8252/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8252/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatı”nın xeyrinə, Cavabdeh 12.387 ABŞ dolları məbləğində əsas borc, 5396,78 ABŞ dolları məbləğində faiz borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 17.783,78 (on yeddi min yeddi yüz səksən üç dollar yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borc və hazırkıiddianın qaldırılması iləəlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus və ipoteka predmeti olan «SEAT İBİZA» minik markalı, buraxılış ili 2011-ci il, ban VSSZZZ6JZCR057473, qara rəngli, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracdan satılaraq iddiaçıya qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 17.783,78 (on yeddi min yeddi yüz səksən üç dollar yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi, ekspertiza tədqiqatlarının dəyəri qismində cəmi 326 (üç yüz iyirmi altı) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rəddedilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 51/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi iddiaçıya xx.xx.2020-ci il tarixində göndərilmiş, xx.xx.2020-ci il tarixində isə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. İddiaçı da prosessual qanunvericiliyin tələblərini pozmadan xx.xx.2020-ci il tarixdə qətnamədən apellyasiya şikayətini Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 267, 396, 269-cu maddələrinə istinad etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının şikayəti rədd edilmiş və şikayət baxılması üşün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Əskərov şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında məhkəmə aktının xx.xx.2020-ci il tarixində alınması ilə bağlı poçt xəbərnaməsi (i.v.155) vardır. İddiaçı apellyasiya icraatı zamanı kollegiya iclasında verdiyi izahatında həmin xəbərnamənin apellyasiya şikayəti verilən qətnamənin deyil, xx.xx.2019-cu il tarixli qərardadın alınmasını təsdiq etdiyini bildirmişdir. Kollegiya işin hallarını, iddiaçının izahatını nəzərər alaraq hesab edir ki, qeyd edilən poçt xəbərnaməsində qətnamənin və ya qərardadın alınmasını təsdiq etməsi barədə qeyd mövcud olmadığından, və xx.xx.2020-ci il tarixli qətnamənin poçt xəbərnaməsində qeyd edilən tarixdə xx.xx.2020-ci il tarixində alınması inandırıcı olmadığından şikayət təmin edilməlidir. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı “xxxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar