Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8252/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3219/2021 saylı mülki iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 27.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 579 manat əsas borc, 104,29 manat faiz borcu və 32,77 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 716,06 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 27.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank olmayan kredit təşkilatından illik 39 faizlə, 12 ay müddətinə 579 manat kredit götürmüşdür. "xxxx" BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 1079 nömrəli 10.05.2018-ci il tarixli 004 nömrəli müqaviləyə 07.09.2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(011)-3219/2021 saylı qətnaməsi ilə iddia qismən edilmiş, 27.08.2020-ci il tarixli 220-0***-******* nömrəli kredit müqaviləsi üzrə 516,06 (beş yüz on altı manat, altı qəpik) manat məbləğində əsas borc, 62,94 (altmış iki manat, doxsan dörd qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 579 (beş yüz yetmiş doqquz) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC həmin qətnamənin təmin olunmayan hissəsindən apellyasiya şikayəti verərək, həmin hissədə qətnamənin ləğv edilməsini və iddinın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın iddia ərizəsi üzrə işə məhkəmədə baxılarkən Cavabdeh fsət oğlu müxtəlif tarixlərdə banka cəmi 230 manat məbləğində ödəniş etmişdir. Banka ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə münasibətlər davam etdiyindən və üzrə yekun məhkəmə qətnaməsi qəbul edilmədiyindən bank tərəfindən məhkəməyə müraciət olunandan sonrada da, yəni işə məhkəmə tərəfindən baxılarkəndə kredit müqaviləsinə uyğun olaraq faiz və cərimə hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi müqavilə öhdəliklərin davam etməsini və bankın cavabdeh tərəfindən aparılmış ödənişin necə silinməsini müəyyən etməyərək, öz mülahizəsi əsasında hesablamalar apararaq Cavabdeh 27 avqust 2020-ci il tarixli, kredit müqaviləsi üzrə 516,06 manat əsas borc, 62,94 manat faiz borcu, ümumilikdə 579 manat məbləğində kredit borcunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Cavabdeh 27 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə qətnamə qəbul edilən tarixə yəni 05 may 2021-ci il tarixə manat 579 manat əsas, 38.7 manat faiz və 35.47 manat cərimə borcu olmaqla cəmi 653.17 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(011)-3219/2021 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin şikayətinin dəlillərindən görünür ki, qətnamə iddianın qismən təmin olunmayan hissəsində mübahisələndirilir. Göstərilənləri və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 27.08.2020-ci il tarixdə bağlanmış 220-0***-******* nömrəli Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən kreditor borcluya 12 ay müddətinə, illik 39 % olmaqla 579 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 1079 nömrəli 10.05.2018-ci il tarixli 004 nömrəli müqaviləyə 07.09.2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli çıxarışına əsasən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarında olan İddiaçı ASC-nin 15.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 579 manat əsas borcu, 104,29 manat faiz borcu və 32,77 manat məbləğində cərimə borcu vardır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan 26.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 40 manat, 05.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 70 manat, 07.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 90 manat, ümumilikdə 200 manat Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən müxtəlif vaxtlarda kredit müqaviləsi üzrə yaranmış borca görə ödənişlər olunmuşdur. Birinci instansiya məhkəməsi isə əsaslı olaraq həmin ödənişləri nəzərə alaraq 15.02.2021-ci il tarixli maliyyə arayışında qeyd olunan borcun məbləğinə silmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3292/2021 saylı mülki iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-8252/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8252/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver