Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8255/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3 QSC BOKT və qeyrilərinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) “İpoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamədən Cavabdeh3 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(006)-516/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi Cavabdeh3 QSC BOKT-a münasibətdə təmin edilərək, “xxxx” ASC-nin İddiaçı və “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə dair ipotekaya xitam verilməsi qət edilmişdir. İddia cavabdehlər “xxxx” ASC-yə və “xxxx” MMC-yə münasibətdə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək,Nəsimi Rayon Məhkəməsinin 2(006)-32/2012 saylı, xx xxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2019 və xx xxxx 2019-cu il tarixlərdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinə dair keçirilmiş hərracların qanunsuz hesab edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinin 2019-cu ildə “xxxx” ASC-yə təklif edilməsinin qanunsuz hesab edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinin “xxxx” ASC qarşısında ipotekasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 32/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən «xxxx» ASC-nin xeyrinə xx xxxxxx 2008-ci il tarixli, 100/108 saylı kredit sazişi üzrə yaranmış 2.455.138,44 Avro məbləğində əsas borc, 222.169,91 Avro məbləğində faiz borcu, 50000 Avro məbləğində cərimə borcu, cəmi borcu isə 2.727.305,35 (iki milyon yeddi yüz iyirmi yeddi min üç yüz beş Avro otuz beş sent) Avro məbləğində pul ödənildiyi gün Avronun Azərbaycan manatına məzənnə nisbətində manat hesabı ilə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinə yönəldilməsi və həmin sahənin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pulun “xxxx” MMCnin «xxxx» ASC-yə olan borcuna ödənilməsi qət edilmişir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bundan sonra Sabunçu rayon İcra Şöbəsi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinin hərrac vasitəsi ilə satılması üçün 2014-cü ildə xxxx MMC-yə sifariş vermişlər. Torpaq sahəsi xx xxxxxx 2014-cü il tarixdə hərraca çıxarılmış, lakin nə birinci, nə də ikinci hərrac baş tutmamışdır. Bundan sonra ipoteka predmeti olan torpaq sahəsi banka təklif edilmiş, lakin bank da öz nöbəsində həmin torpaq sahəsini əldə etməmişdir. Qanunvericiliyin tələblərinə baxmayaraq, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsi xx xxxx 2019-cu il tarixdə yenidən hərraca çıxarılmış, hərrac baş tutmadığından növbəti hərrac xx xxxx 2019- cu il tarixə təyin edilmişdir. Bu hərrac da baş tutmadığından torpaq sahəsi yenidən banka təklif edilmişdir. Beləliklə hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aşkar şəkildə göründüyü kimi 2014-cü ildən bu günə qədər olan müddət ərzində İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsi 4 dəfə hərraca çıxarılmış və 2 dəfə ipoteka saxlayan “xxxx” ASC-nə təklif edilmişdir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh3 BOKT QSC-nin əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 QSC BOKT-nın səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsin xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh “xxxx” ASC-nin və “xxxx” MMCnümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh3 QSC BOKT-nın səlahiyyətli nümayəndəsini, şikayətin təmin olunmamasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan İddiaçı verilmiş MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 79 saylı reyestr kitabının 7551 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-32/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh «xxxx» MMC-dən «xxxx» ASC-nin xeyrinə xx xxxxxx 2008-ci tarixli, 100/108 saylı kredit sazişi üzrə yaranmış 2.455.138,44 (iki milyon dörd yüz əlli beş min yüz otuz səkkiz,44) Avro məbləğində əsas borc, 222.166,91 (iki yüz iyirmi iki min yüz altmış altı,91) Avro məbləğində faiz borcu, 50.000 (əlli min) Avro məbləğində cərimə üzrə borcu, cəmi borcu isə 2.727.305,35 (iki milyon yeddi yüz iyirmi yeddi min üç yüz beş, 35) Avro məbləğində pulun ödənildiyi gün Avronun Azərbaycan manatına məzənnə nisbətində manat hesabı ilə tutulması, tutma Bank qaışısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə yönəldilməsi və həmin sahə ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pulun «xxxx» MMC-nin «xxxx» ASC-yə olan borcuna ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə, Sabunçu rayon icra şöbəsinə, “xxxx” ASC-yə ünvanlanmış Açıq hərracın keçirilməsinə dair xx.xx.2014-cü il tarixli, 01/2 nömrəli bildirişdən görünür ki, Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi üzrə hərracın keçirilməsi xx.xx.2014-cü il tarixə, saat 10:00-13:00 və 14:00- 17:00-a təyin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar xxxx ASC tərəfindən “problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh3 QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə qarşı olan tələb hüququnun Cavabdeh3 QSC-yə güzəşt edilməsini xx.xx.2017-ci il tarixli, S-49 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh3 QSC tərəfindən “xxxx” ASC-də saxlanılan “xxxx” MMC-yə (İddiaçı) məxsus problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlər təhvil alınmışdır. Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli “Üzərinə həbs qoyulmuş əmlak satılmadıqda icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Qərara əsasən icra sənədi üzrə tələbin yönəldiyi fərdi torpaq sahəsi hərrac vasitəsilə satılmadığı üçün işin icrasının təmin olunmaması müəyyən edilmiş, 2(006)-32/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinin Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən İddiaçı, “xxxx” MMC-yə, Sabunçu rayon icra və probasiya şöbəsinə, “xxxx” ASC-yə ünvanlanmış Açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli, 01/2 nömrəli bildirişdən görünür ki, Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi üzrə hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən İddiaçı, “xxxx” MMC-yə, Sabunçu rayon icra və probasiya şöbəsinə, “xxxx” ASC-yə ünvanlanmış Açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli, 02 nömrəli bildirişdən görünür ki, Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi üzrə hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4667/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi barəsində keçirilmiş hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli, 50/07 nömrəli protokolun ləğv edilməsi və hərracın nəticələrinin etibarsız sayılması qət edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “xxxx” ASC-nin Abşeron filialı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 5 il müddətinə illik 15% dərəcəsi ilə 2.470.000,00 Avro məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı və “xxxx” MMC ilə Bank arasında xx xxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 32/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin “borcun tutulması və s.” tələblərinə dair iddiası qismən təmin edilmiş, cavabdeh «xxxx» MMC-dən «xxxx» ASC-nin xeyrinə xx xxxxxx 2008-ci tarixli, 100/108 saylı kredit sazişi üzrə yaranmış cəmi 2.727.305,35 (iki milyon yeddi yüz iyirmi yeddi min üç yüz beş, 35) Avro məbləğində borcun (ödənildiyi gün Avronun Azərbaycan manatına məzənnə nisbətində manat hesabı ilə) tutulması, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə yönəldilməsi və həmin sahə ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pulun «xxxx» MMC-nin «xxxx» ASC-yə olan borcuna ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-32/2012 saylı, xx.xx.2012-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi Sabunçu rayon İcra Şöbəsinə icraya yönəldilmiş, həmin icra sənədi üzrə icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən xx.xx.20014-cü və xx.xx.2014-cü il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi üzrə keçirilmiş hərraclar baş tutmamış elan edilmiş, fərdi torpaq sahəsi hərrac vasitəsilə satılmadığı üçün 2(006)- 32/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinin Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İpoteka predmeti olan əmlak barəsində xx.xx.20014-cü və xx.xx.2014-cü il tarixli hərracların baş tutmamış elan edilməsinə və icra sənədinin qaytarılmasına baxmayaraq Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən xx xxx 2019cu və xx xxx 2019-cu il tarixlərində yenidən hərraclar keçirilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsi, hərraclar baş tutmadığı üçün, təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 47.812,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İddiaçıya məxsus ipoteka predmeti tələbkar, yəni Cavabdeh3 QSC BOKT tərəfindən Hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli, 50/07 nömrəli protokola əsasən əldə edilmiş, lakin həmin protokol Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4667/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş, hərracın nəticələrinin etibarsız sayılması qət edilmişdir. Mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1-48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” qərarında əks olunan mövqeyinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.... “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla xitam verilməsinin prosedura ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Göründüyü kimi, hərracın keçirilməsini həyata keçirən Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən edilən qaydalarına riayət olunmuş, ipoteka saxlayan “xxxx” ASC-yə ipoteka predmetinin əldə edilməsi təklif olunmuş, lakin Bank təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmə imkanına malik olduğu halda, ipoteka predmetini almamaqla onun əldə edilməsi müddətini ötürmüşdür. Hərrac təşkilatı tərəfindən keçirilən hərraclar zamanı əmlakın satılmadığına görə geri qaytarılmasına baxmayaraq cavabdeh “xxxx” ASC-dən sonra “xxxx” MMC-nin problemli borcu üzrə tələb hüququna malik olan Cavabdeh3 QSC Bank olmayan Kredit Təşkilatı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə dair hərracın keçirilməsinə yenidən nail olur və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması ilə mübahisəli əmlakı əldə edir. İşə baxan birinci instansiya məhkəməsi iddianı “xxxx” ASC-yə münasibətdə rədd edilməsi qənaətinə gələrək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə Cavabdeh3 QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh3 QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin “xxxx” MMC-nin problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında Cavabdeh3 QSC-yə güzəşt edilmişdir. Mülki Məcəllənin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. “xxxx” ASC-nin İddiaçı və “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən yaranmış öhdəlik hüquq münasibətlərindən irəli gələn hüquqlar və tələblər yeni kreditor qismində çıxış edən Cavabdeh3 QSC BOKT-a keçdiyindən, borclu bu müqavilə əsasında malik olduğu etirazları ilkin kreditora qarşı irəli sürə bilməz. Məhkəmə kollegiya həmçinin iddianın “xxxx” MMC-yə münasibətdə olan hissəsi ilə əlaqədar qeyd edir ki, həmin hüquqi şəxsin bu iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, iddia bu hissədə də haqlı olaraq rədd edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh3 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8255/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8255/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver