Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8256/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)-2319/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər xx xxxxxxx 2013-cü ildə nikaha daxil olmuş, birgə nikahlarından xx xxxx 2014-cü il tarixdə X3 doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və Cavabdeh hər ay 85 manat məbləğində alimentin alınıb X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Tutulan alimentin miqdarı uşağın normal saxlanması üçün yetərli olmadığına görə alimentin miqdarının artırılması barədə iddia qaldırmağa məcbur olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 2319/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq 130 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normaları pozulmuş, alimentin miqdarı artırılarkən onun maddi vəziyyəti, sağlamlıq durumu, ikinci qrup əlil olması, yaşlı, xəstə və işləməyən ata-anasına da baxması nəzərə alınmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəmə iclasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyi və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmiş və məhkəmənin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)-2319/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 304297 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxx 2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(078)-129/2017 saylı qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxx 2014-cü il təvəllüdlü X2 anasının yanında qalması, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay 85 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Cavabdeh qulaq eşitməzliyi xəstəliyi vardır və o, ikinci qrup əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ilə yaxın vaxt keçməsini, ötən dövrdə respublikamızda yaşayış minimumunun artmasını nəzərə alaraq, 85 manat miqdarında aliment hazırda uşağın maddi təminatı üçün yetərli deyil. Cavabdehin daimi iş yerinin olmaması, İİ qrup əlil olması, yaşlı ata və anasının onun himayəsində olması halları onu hazırkı iş üzrə iddiaçı ilə birgə nikahlarından doğulmuş uşağın saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 2020-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edilməsi əsas götürülərək əsas diqqət yetkinlik yaşına çatmayan uşağın mənafeyinə, onun maddi cəhətdən yüksək təmin olunmasına yönəlməli olduğundan, həmçinin cavabdehin İİ qrup əlil olması nəzərə alınmaqla, xx xxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 2319/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8256/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8256/2020
08.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver