Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8271/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, Cavabdeh və onun vəkili X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin və ondan istifadəyə gorə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2009 saylı 25 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin və ondan istifadəyə gorə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müracit etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyul 2009-cu ıl tarixli 2(006)-2268/2009 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətı ilə Cavabdeh arasında 15 may 2008-ci ıl tarixdə baglanmış 1377 A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 5373.58 manat əsas borc 496.65 manat faiz borcu, 1456 manat məbləğində hesablanmış peniya və iddianın baxılması uçun ödənilmiş 20 manat məbləğində dövlət rusumu, cəmi 7346,23 manat pulun tutulması tutma cavabdehin mülkiyyətində olan “Mercedes Berz 250D” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin cavabdehdən alınaraq hərracda satılması və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ərızəylə məhkəməyə muraciət edərək, apellyasıya şikayəti vermə müddətinin bərpa edilməsi və baxılması üçun Bakı Apellyasıya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2009 saylı 25 iyun 2021-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli 2(006)-2268/2009 saylı qətnaməsindən Cavabdeh apellyasıya şikayəti vermə muddətinin buraxılmamış hesab edilməsi və apellyasıya şikayəti baxılması uçun mülki işlə birlidə Bakı Apeilyasıya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı olan iddiaçı şikayətlə məhkəməyə müraicət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə də 1 aylıq müddət ötürülməklə verilmiş, cavabdeh müddətin bərpası barədə vəsatətə prosessual müddətin üzürlü səbəbdən ötürüldüyünü təsdiq edən subutlar əlavə etməmişdir. Lakin məhkəmə işin yuxarıda sadalanan hallarını nəzərə almamış və müddətin bərpa olunması barədə cavabdehin vəsatətinin əsaslı olduğu prosessual müddətin üzrlü səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2009 saylı 15 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X5 şikayətin dəlillərinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya şikayətə gəlməyən digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci tarixli qərarından istifadə oluna bilər. Konstitusiya Məhkəməsi prosessual müddətin bərpa edilməsinin üzrlü səbəbləri barədə hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, «qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın». Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər. Bundan əlavə, MPM-nin məhkəmə aktlarından şikayət vermək yolu ilə mülki-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Doğrudan da, məhkəmə qərarlarından şikayət vermək hüququnun təmin edilmədiyi şəraitdə məhkəmə müdafiəsinin tamlığından və səmərəliliyindən danışmaq yersizdir. Çünki bu hüquqi mexanizm vasitəsi ilə apellyasiya və kassasiya instansiyası məhkəmələrinə verilmiş səlahiyyətlər çərçivəsində aşağı instansiya məhkəmələrində buraxılmış səhvlərin düzəldilməsi təmin olunur, məhkəmələrə müraciət etmiş şəxslərin hüquqları və qanuni mənafeləri qorunur. Bundan başqa şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, aşağı instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Həmin məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 20.07.2009-cu il tarixdə qəbul edilmiş və icra edilməsi üçün Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Hərracın yekunları barədə 30.08.2013-cü il tarixdə borcluya məxsus “Mercedes Benz 250D” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracda satılmışdır. Buna baxnayaraq, qətnamənin cavabdehə nə vaxt təqdim edilməsi və cavabdehin qətnamədən məlumatlı olması iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları müəyyənləşdirməmiş, icra işini tələb etməmişdir. Belə ki, həmin icra işi tələb olunaraq, cavabdehin mübahisəli qətnamədən məlumatlı olub-olmaması müəyyən edilməlidir. Qeyd olunan hallar araşdırıldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin ötürülüb-ötürülməməsinə hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2009 saylı 25 iyun 2021-ci il tarixli qərardadı ləğv olunmalı, göstərilən hallar nəzərə alınmaqla Cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2009 saylı 25 iyun 2021-ci il tarixli qərardadı ləğv olunsun. Cavabdeh tərəfindən verilmiş ərizəyə qeyd olunan hallar nəzərə alınmaqla yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8271/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8271/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver