Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8272/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İKB ASC Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə verərək, Cavabdeh məxsus olan avtomobilin üzərinə həbs qoyularaq, müvəqqəti saxlama meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından şikayət verməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə isə həmin ərizəyə baxmadan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından verilmiş şikayəti təmin etməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından şikayət verməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından şikayət verməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8272/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8272/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver