Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8273/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2529/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2529/2015 saylı işi üzrəxx.xx.2015-ci il tarixli qətnaməsi iddia təmin edilmişdir. Cavabdeh X4 qətnamədən şikayət vermişdir (iş səh.98). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2529/2015 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2529/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa olunmuş və apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı tərəflərə rəsmi qaydada göndərilmiş (səh.104-105). Eyni tarixdə göndərilməsi barədə məktubun olmasına baxmayaraq (iş səh.281-282), qərardadın aidiyyəti üzrə göndərilməsinə (çatmasına) dair heç bir sənəd iş materiallarına əlavə olunmamış və göndərildiyi tarix nəzərə alınmaqla, birinci instansiya məhkəməsi apellyasiya şikayətini (işlə birlikdə) şikayətin verilmə müddəti bitdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, işdə iştirak edən şəxslərin qərardaddan şikayət vermək hüququnu nəzərə almayaraq şikayət vermə (hüquqlarını təmin etməmiş) müddətini gözləməmiş, işi xx.xx.2020-ci tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərmiş (xx.xx.2020-ci il tarixdə daxil olmuşdur). Məhkəmə məhkəmə sənədlərinin çatdırılması üzrə vəzifələrə aid prosessual hərəkətləri və müvafiq gözləntiləri səlahiyyəti həddində həyata keçirməli və işdə iştirak edən bütün şəxslərin məhkəmə aktlarından şikayət vermə hüquqlarını təmin etməlidir. Əks halda, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual qeyri-müəyyənlik sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amil kimi şikayətin icraata qəbul edilməsini mümkünsüz edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 269, 357, 360-366, 384, 385, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2529/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindənverilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8273/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8273/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver