Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-83/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6929/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” (Azərbaycan) ASC cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh3 Şirkəti” MMC-nin 109822-1-10188/2 saylı, xx.xx.2014-cü tarixli kommersiya krediti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə banka borclu olduğu 1.574.770 manat məbləğində əsas borcun, 146.563.16 manat məbləğində faiz borcunun və 13.521.50 manat cərimənin, cəmi 1.734.854.66 (bir milyon yeddi yüz otuz dörd min səkkiz yüz əlli dörd manat altmış altı qəpik) manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun cavabdehlər "Cavabdeh3 Şirkəti" MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin aşağıda göstərilən ipoteka predmetlərinə yönəldilməsi: tam xüsusi mülkiyyət hüququ ilə “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (ferma) ilkin satış qiyməti 100.000 (yüz min) AZN məbləğində müəyyən edilməklə; tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilə ilkin satış qiyməti 78.000 (yetmiş səkkiz min) manat məbləğində müəyyən edilməklə; xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 284.000 (iki yüz səksən dörd min) manat məbləğində müəyyən edilməklə; xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına ilkin satış qiyməti 493000 (dörd yüz doxsan üç min) manat məbləğində müəyyən edilməklə; xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 343800 (üç yüz qırx üç min səkkiz yüz) manat məbləğində müəyyən edilməklə; tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə - ilkin satış qiyməti 41.000 (qırx bir min) manat məbləğində müəyyən edilməklə; tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə; tam mülkiyyət hüququ ilə "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (Avtomobillərin servis mərkəzi) - ilkin satış qiyməti 410000 (dörd yüz on min) manat məbləğində müəyyən edilməklə; əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi; ipoteka predmetləri olan göstərilən əmlakların məcburi qaydada boşaldılması; 109822-1-10188 saylı, xx.xx.2013-cü il tarixli "Baş kredit razılaşması"nın və 109822-1-10188/2 saylı, xx.xx.2014-cü tarixli kommersiya krediti müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)- 6929/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli, 109822- 1-10188 saylı "Baş kredit razılaşması" və xx.xx.2014-cü tarixli, 109822-1-10188/2 saylı kommersiya krediti müqaviləsinin ləğv olunması, cavabdehlər "Cavabdeh3 Şirkəti" MMCdən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.574.770 manat məbləğində əsas borc, 146.563.16 manat məbləğində faiz borcu və 5.000 manat məbləğində cərimə, cəmi 1.726.333,16 (bir milyon yeddi yüz iyirmi altı min altı üç yüz otuz üç manat on altı qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə (ferma) ilkin satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilməklə; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilə ilkin satış qiyməti 78.000 yetmiş səkkiz min) manat müəyyən edilməklə; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 284.000 (iki yüz səksən dörd min) manat müəyyən edilməklə; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 493.000 (dörd yüz doxsan üç min) manat müəyyən edilməklə; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına ilkin satış qiyməti 343.800 (üç yüz qırx üç min səkkiz yüz) manat müəyyən edilməklə; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 41.000 (qırx bir min) manat müəyyən edilməklə; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilməklə; "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetləri olan əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçilərinə qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ipoteka predmetindən çıxmazsa, onların məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsini, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin xx xxxxxx 2017-ci il tarixli ekspert rəyi ilə təsdiq edilmiş qiymətlərlə müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklar öz real qiymətlərindən aşağı qiymətlərlə ipoteka predmetləri kimi qəbul edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin təqdim edilmiş rəydə göstərilən qiymətlər də reallıqdan uzaq olduğu üçün məhkəmə qətnamədə həmin rəyə istinad etməmişdir. Buna baxmayaraq, məhkəmə ipoteka predmetlərinin ilkin satış qiyməti kimi iddiaçının təqdim etdiyi qiymətləri əsas götürmüşdür. Halbuki məhkəmə baxışı yekunlaşandan sonra cavabdehin təşəbbüsü ilə ipoteka predmetləri müstəqil qiymətlədirici tərəfindən yenidən qiymətləndirilmiş və həmin qiymətlər, iddiaçının tələb göstərdiyi eləcə də məhkəmə tərəfindən qəbul edilən qiymətlərdən daha obyektiv və realdır. Bundan başqa hazırki vəziyyətdə ipoteka predmetlərinin dəyəri artmışdır ki, həmin əmlakların dəyərinin azalmasına səbəb olan hər hansı bir şərtlər ortaya çıxmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-1369/18 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6929/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ipoteka predmetlərindən: 1.Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin; 2. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin; 3. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və 1. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin ilkin satış qiyməti 90.000 (doxsan min) manat; 2. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 (əlli min) manat;3. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni digər ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC, Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(102)-4305/18 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-1369/17 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X7 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC arasında xx.xx.2013-cü il tarixli 109822-1-10188 saylı Baş kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən bank tərəfindən “Cavabdeh3 Şirkəti” MMC-yə xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 10000000.00 (on milyon) dollar və ya onun AZN ekvivalenti məbləğində kredit xətti açmışdır. Həmin razılaşma çərçivəsində eyni tərəflər arasında kommersiya krediti müqavilələri, o cümlədən xx.xx.2014-cü tarixli 109822-1-10188/2 saylı kommersiya krediti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “Cavabdeh3 Şirkəti” MMC-yə 60 ay müddətinə, illik 12,5% olmaqla 1500000.00 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Sonradan, xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü tarixli 109822-1-10188/2 saylı kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma bağlanaraq müqavilə üzrə xx.xx.2015-ci il tarixə olan borcu kapitallaşdırılaraq 1574770.00 (bir milyon beş yüz yetmiş dörd min yeddi yüz yetmiş) manat məbləğində müəyyənləşdirilmiş və borcun illik 12,5 faizlə 46 ay müddətində (xx.xx.2019-cu il tarixədək), imzalanmış ödəniş cədvəlinə uyğun olaraq qaytarılması razılaşdırılmışdır. Kommersiya krediti müqaviləsinin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır: - “xxxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC arasında xx.xx.2013-cü il tarixli 109822-NEDVİJ-2213 saylı daşınmaz əmlak ipoteka müqaviləsi. Həmin müqaviləyə əsasən tam xüsusi mülkiyyət hüququ ilə “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Ferma) bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 187800.00 manat məbləğində qiymətləndirilmişdir. - “xxxx (Azərbaycan)”xxxxCavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 242746 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi. Həmin müqaviləyə əsasən tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 78000.00 manat məbləğində qiymətləndirilmişdir. - “xxxx (Azərbaycan)”xxxxCavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 242743 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 458000.00 manat məbləğində qiymətləndirilmişdir. - “xxxx (Azərbaycan)”xxxxCavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 242745 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 493000.00 manat məbləğində qiymətləndirilmişdir. - “xxxx (Azərbaycan)”xxxxCavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 242748 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 343200.00 manat məbləğində qiymətləndirilmişdir. - “xxxx (Azərbaycan)”xxxxCavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 242751 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 41000.00 manat məbləğində qiymətləndirilmişdir. - “xxxx (Azərbaycan)”xxxxCavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 242752 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 96000.00 manat məbləğində qiymətləndirilmişdir. - “xxxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC arasında xx.xx.2014-cü il tarixli 242754 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi. Həmin müqaviləyə əsasən tam xüsusi mülkiyyət hüququ ilə “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (Avtomobillərin servis mərkəzi) bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 660400.00 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda, kommersiya krediti müqaviləsinin təminatı kimi “xxxx (Azərbaycan)”xxxxCavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 120850-7- 6667 saylı və xx.xx.2014-cü il tarixli 1-7-7687 saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2borclu “Cavabdeh3 Şirkəti” MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı hesab edir ki, ipoteka predmətlərinin ilkin satış qiymətləri X1 və Monitorinqi Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəyə əsasən müəyyən edilməlidir. Cavabdehlərin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı əsasında ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və “X5” İctimai Birliyinin xx.xx.2016-cı il tarixli ekspert rəyinə əsasən "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (fermanın) likvid qiyməti 70.000 manat; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlı küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin likvid qiyməti 80.000 manat; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid qiyməti 200.000 manat; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid qiyməti 280.000 manat; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid qiyməti 95.000 manat; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin likvid qiyməti 40.000 manat; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin likvid qiyməti 95.000 manat; "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (avtomobillərin servis mərkəzinin) likvid qiyməti 350.000 manat məbləğində qiymətləndirilmişdir. X1 və Monitorinqi Şöbəsi ipoteka predmetlərini yenidən qiymətləndirmiş və xx.xx.2016-cı il tarixli rəy verilərək aşağıdakı kimi dəyərləndirilmişdir: "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olar 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Ferma) 100.000 (yüz min) manat məbləğində; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzil 78.000 (yetmiş səkkiz min) manat məbləğində; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 284.000 (iki yüz səksən dörd min) manat məbləğində; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 493.000 (dörd yüz doxsan üç min) manat məbləğində; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 343.800 (üç yüz qırx üç min səkkiz yüz) manat məbləğində; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi 41.000 (qırx bir min) manat məbləğində; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi 65.000 (altmış beş min) manat məbləğində; “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.n köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (avtomobillərin servis mərkəzi) 410.000 (dörd yüz on min) manat məbləğində. Apellyasiya şikayətinə əlavə edilmiş rəydəki qiymətlərlə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş qiymətlər arasında kəskin fərq olduğundan əvvəlki apellyasiya baxışı zamanı ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin MB 10/496 saylı, xx xxxx 2017-ci il tarixli rəyinə əsasən:
1. “Cavabdeh3 Şirkəti” MMC-nin mülkiyyətində olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin (ferma) bazar qiyməti 250.000 manatdır;
2. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin bazar qiyməti 140000 manatdır;
3. Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 405000 manatdır; 4.Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 535000 manatdır; 5.Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 430000 manatdır; 6.Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 120000 manatdır; 7.Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 200000 manatdır; 8."Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 720.000 manatdır. Qiymətləndiricinin xidmət haqqı 400 manat təşkil edir. Həmin rəydə qeyd olunan qiymətlərlə həm ipoteka bağlanan zaman razılaşdırılmış, həm də birinci instansiya məhkəməsində müəyyən edilmiş qiymətlər arasında kəskin fərq olduğundan ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmişdir. “xxxx”xxxx“Cavabdeh3 Şirkəti” MMC-nin mülkiyyətində olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin (ferma) bazar qiyməti 100000 manat;
2. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin bazar qiyməti 90000 manat; 3.Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 270000 manat; 4.Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 420.000 manat; 5.Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 250000 manat; 6.Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 50000 manat; 7.Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 80000 manat; 8."Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 400000 manatolması müəyyən edilmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(102)-4305/18 saylı qərarında göstərilmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması məqsədilə bir neçə dəfə ekspertiza təyin olunmuş, ekspertizaların aparılması müstəqil qiymətləndiricilərə həvalə edilmiş və müvafiq mütəxəssis rəyləri (qiymətləndirmə nesabatları) alınmışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərindən "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.C. kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin (fermanın) ilkin satış qiyməti 100.000 manat; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin ilkin satış qiyməti 78.000 manat; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 284.000 manat; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 493.000 manat; Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 343.800 manat; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 41.000 manat; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 manat; "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 410.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən əmlaklardan yalnız Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin, Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin, Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirmiş və həmin əmlakların qiymətlərini müvafiq surətdə 90.000 manat, 50.000 manat, 80.000 manat müəyyən etmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni digər ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini apellyasiya baxışı zamanı keçirilmiş təkrar ekspertiza rəylərində üç əmlakla bağlı ziddiyyətin olmaması və “xxxx” MMC tərəfindən aparılmış ekspertiza rəyindəki qiymətlərin kifayət qədər fərqli dərəcədə yüksək olması, reallığa uyğun olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu cür əsaslandırmaqla aparmaqla əslində ekspert rəyləri arasında ziddiyyət olduğunu etiraf etmiş, lakin bu ziddiyyətin aradan qaldırılması üçün tədbir görməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq müstəqil qiymətləndirici tərəfindən "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (fermanın) ilkin satış qiymətinin 100.000 manat, Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsındə yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 284.000 manat müəyyən edilməsini, eləcə də digər əmlakların qiymətləndirilməsini inandırıcı, real və həqiqətəuyğun saymır və hesab edir ki, mülkiyyətçilərin qanunla qorunan əmlak hüquqlarının müdafiəsi baxımından ipoteka predmeti olan bu əmlakların həqiqi dəyərinin yenidən müəyyən edilməsi zəruridir. Digər tərəfdən, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəylərində ekspertizanın hansı məlumatlar əsasında aparılması, müəyyən edilmiş qiymətin nəyə əsasən formalaşması öz əksini tapmamış, ekspert mülki işdə olan materiallara istinad etmədən ipoteka predmetlərinin dəyəri barədə rəy vermişdir. Həmin rəylərin kifayət qədər natamam olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi rəylərdəki natamamlıqlara münasibət bildirməmiş, onları mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası həm qeyd edilən halları, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilmiş hesabatda (rəydə) müəyyənləşdirilmiş qiymətlərin çox aşağı olmaqla cavabdehlərin istinad etdikləri digər ekspert rəyində göstərilən qiymətlərdən kəskin surətdə fərqləndiyini nəzərə alaraq həmin rəyin mötəbərliyinin şübhəli olduğuna diqqəti cəlb edir və hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə əsl həqiqətin müəyyən edilməsi və sübutların mötəbərliyinin təmin olunması məqsədilə iş üzrə qarşıya qoyulan məqsədə müvafiq olaraq məhkəmə əmtəəşünaslıq və ya məhkəmə tikinti-texniki ekspertizasının, yaxud hər ikisinin eyni vaxtda təyin olunması məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən yenidən ekspertiza keçirilməli olduğu qənaətinə gəldiyi təqdirdə həmin ekspertizanın ilk növbədə qanunvericiliklə bu növ fəaliyyətlə məşğul olmaq və daşınmaz əmlakların qiymətləndirməsini həyata keçirmək səlahiyyətinə malik olan dövlət ekspert müəssisələrinin (Əmlak Məsələləri Dövlət Komitəsi və Məhkəmə Ekspertiza Mərkəzi) ekspertlərinə həvalə olunması məsələsini müzakirə etməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardadın icrası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Həmin qərardad xx xxxxxx 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilsə də, keçən müddət ərzində icra olunmamış və bununla bağlı cavab məktublarında qiymətləndirmə işi üçün müəyyən edilmiş xidmət haqqının əvvəlcədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesablaşma hesabına ödənilməsinin təmin edilməsi bildirilmişdir. Bununla bağlı iş üzrə tərəflərə 10 gün müddətində qiymətləndirmə işi üçün müəyyən edilmiş xidmət haqqının əvvəlcədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hesablaşma hesabına ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilmişdir. X8 Dövlət Komitəsi qərardadı yenə icra etməmiş və təkrarən dəfələrlə eyni məzmunlu məktublarla xidmət haqqının əvvəlcədən ödənilməsinin təmin edilməsini bildirmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə əsasən ekspertiza xərclərinə dair məsələ məhkəmənin qəbul edəcəyi yekun qərarda öz həllini tapmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi məhkəmə hər bir halda sözügedən qərardadın icrası ilə bağlı ƏMDK tərəfindən müəyyənləşdiriləcək ekspertiza xərclərinin məhkəmənin yekun qərarına əsasən tərəflərdən (iddiaçıdan və ya cavabdehdən) tutularaq ödənilməsini müəyyən edəcəkdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı icra olunması üçün xx xxxxxx 2018-ci il tarixli məktubla təkrarən Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmiş, eyni zamanda iş üzrə tərəflərə 10 gün müddətində qiymətləndirmə işi üçün müəyyən edilmiş xidmət haqqının əvvəlcədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hesablaşma hesabına ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilmişdir. Lakin bu dəfə də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzində bu növ ekspertizalar keçirilmədiyinə görə hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardadın icrası «xxxx» MMC-yə həvalə edilmişdir. «xxxx» MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatlarına əsasən
1. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin bazar qiyməti 106500 manat, likvid qiyməti 95850 manat təşkil edir;
2. “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591.9 kv.m ümumi, 518.3 kv.m əsas, 1073.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin (ferma) bazar qiyməti 173400 manat, likvid qiyməti 147400 manat təşkil edir;
3. "Cavabdeh3 Şirkəti" MMC-yə məxsus olan Salyan rayonu, Qarabağlı kəndində icarəsində olan 0.45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852.2 kv.m əsas, 1884.8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 805000 manat, likvid qiyməti 684300 manat təşkil edir; 4.Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 1306.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 511700 manat, likvid qiyməti 435000 manat təşkil edir;
5. Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.125 ha torpaq sahəsində yerləşən, 1005.5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 397700 manat, likvid qiyməti 338000 manat təşkil edir;
6. Cavabdeh2 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində, 0.096 ha torpaq sahəsində yerləşən, 690.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 143400 manat, likvid qiyməti 121900 manat təşkil edir;
7. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 60000 manat, likvid qiyməti 51000 manat təşkil edir;
8. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 204700 manat, likvid qiyməti 163800 manat təşkil edir. Qeyd olunan bütün ekspert rəylərini araşdıraraq və müqayisəli şəkildə tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin əmlakların ilkin satış qiyməti, əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş “xxxx” MMC-nin rəyində əks olunmuş qiymətlərlə müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi, təqdim edilmiş “X5” İctimai Birliyinin xx.xx.2016-cı il tarixli ekspert rəyinin kifayət qədər əsaslandırılmamasını qeyd etsə də, təkrar ekspertiza təyin etməyərək, iddiaçı tərəfindən təqdim edilmiş rəyi əsas götürmüşdür. Halbuki, ipoteka predmetinin ilkin satış qiyməti barəsində tərəflər arasında razılıq olmamış, belə olan halda isə ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhz məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməli idi. Bu baxımdan əvvəlki apellyasiya baxışı zamanı təkrar ekspertizalar təyin edilmiş və təqdim edilmiş rəylərə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətləri arasında - 1. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin; 2. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin; 3. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evindən başqa digər ipoteka predmetlərinin ilkin satış qiymətləri arasında ziddiyyətin olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunur ki, həmin rəylər arasında “xxxx” MMC tərəfindən müəyyən olunan qiymətlər digər rəylərdəki qiymətlərdən əhəmiyyətli dərəcədə (2 və 3 dəfə çox) fərqlənir. Həmin rəydə qeyd olunan qiymətlərlə həm ipoteka bağlanan zaman razılaşdırılmış, həm də birinci instansiya məhkəməsində müəyyən edilmiş qiymətlər arasında kəskin fərq olduğundan əvvəlki apellyasiya baxışı zamanı ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və “xxxx” MMC tərəfindən yuxarıda qeyd olunan rəylər verilmişdir. Həmin rəydə müəyyən olunan qiymətlərlə digər rəylər (“xxxx” MMC tərəfindən verilmiş rəy istisna olmaqla) arasında isə cüzi fərq vardır və bu qiymətlər reallığa daha uyğundur. Bundan başqa “xxxx” MMC-nin qiymətləndirmə hesabatları ilə müəyyən olunan qiymətlər ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətlərə daha yaxındır. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardadın icrası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş, lakin sonuncu tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Hazırki apellyasiya baxışı zamanı «xxxx» MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatlarında müəyyən olunmuş qiymətlər də işdə olan digər rəylərlə müəyyən olunan qiymətlərdən, o cümlədən tərəflərin razılığa gəldikləri qiymətlərdən kəskin fərqlənir. Belə ki, həmin hesabatlara əsasən bəzi əmlakların qiyməti kəskin artmış, bəzilərinin qiyməti isə kəskin azalmışdır. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, qətnamə mübahisələndirilən hissədə qismən dəyişdirilməklə, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin; Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti əvvəlki apellyasiya baxışı zamanı verilmiş “xxxx” MMC-nin qiymətləndirmə rəyində əks olunmuş bazar qiymət həddində müəyyən edilməli, qətnamə ilkin satış qiymətləri ilə bağlı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6929/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qismən dəyişdirilsin.
1. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin ilkin satış qiyməti 90.000 (doxsan min) manat;
2. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86.8 kv.m yaşayış, 34.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 (əlli min) manat;
3. Cavabdeh1 məxsus olan Salyan rayonu, Qarabağlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91.9 kv.m yaşayış, 75.2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilsin. Qətnamə digər ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakim: Raqib Qurbanov