Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8308/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin və sair pul tələblərinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-44/2015 saylı, 15 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2014 saylı, 16.01.2014-cu il tarixli qərardadına əsasən ünvan 1 ünvan üzrə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş 0.03837 hektar (təxminən 4 sot) torpaq sahəsinin 2 sot boş (tikinti altında olmayan) həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 10.08.2015-ci il tarixli qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin olunmuş, ilkin iddia tələbi üzrə Cavabdeh2 ilkin iddia tələbi üzrə İddiaçı1 xeyrinə 28 oktyabr 2009-cu il tarixli borc müqaviləsi üzrə 10.000 manat əsas borc məbləği, 2400 manat faiz borcu məbləği, 1990 manat dəbbə pulu, 37,190 manat vurulmuş maddi zərərin-əldən çıxmış faydanın əvəzi, 18 dekabr 2009-cu il tarixli borc müqaviləsi üzrə 5.000 manat əsas borc məbləği, 1.400 manat faiz borcu məbləği, 22.295 manat vurulmuş maddi zərərin -əldən çıxmış faydanın əvəzi 25 mart 2010-cu il tarixli borc müqaviləsi üzrə 25 may 2010-cu il tarixdən 25 sentyabr 2010-cu il tarixə kimi müddət üçün qismən ödənilməli olan 3.240 manat faiz borcu məbləği-ümumi məbləğ kimi 83.515 manat pul məbləği tutulması, İlkin iddia tələbi üzrə Cavabdeh3 müqavilədən irəli gələn 15.000 manat əsas borc, 550 manat faiz borcu və 3.655.25 manat qanundan irəli gələn faiz borcu, cəmi 19.205.25 manat məbləğində pul tutularaq ilkin iddia tələbi üzrə İddiaçı1 ödənilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6370/2018 saylı, 03.08.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2(004)-44/15 qətnaməsi qismən, yəni “ilkin iddia tələbi üzrə Cavabdeh2 ilkin iddia tələbi üzrə İddiaçı1 xeyrinə 28 oktyabr 2009-cu il tarixli borc müqaviləsi üzrə 10.000 manat əsas borc məbləği, 2400 manat faiz borcu məbləği, 1990 manat dəbbə pulu, 37,190 manat vurulmuş maddi zərərin-əldən çıxmış faydanın əvəzi, 18 dekabr 2009-cu il tarixli borc müqaviləsi üzrə 5.000 manat əsas borc məbləği, 1.400 manat faiz borcu məbləği, 22.295 manat vurulmuş maddi zərərin -əldən çıxmış faydanın əvəzinin tutulması” hissələrdə ləğv olunmuş, ilk iddia həmin hissələrdə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019cu il tarixli 2(102)-141/2019 saylı qərarı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrıayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 saylı, 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Rzayev X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2014 saylı, 16 yanvar 2014-cü il tarixli iddianın təmini tədbirinin ləğv edilməsi və ünvan 2 ünvan üzrə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş 0,03837 ha (təxminən 4 sot) torpaq sahəsinin 2 sot boş (tikinti altında olmayan) həyətyanı torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-44/2015 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan İddiaçı1 verdiyi şikayət məhkəmənin 17 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış iddiaçı və digər cavabdeh səbələri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarlna görə, tərəflər arasındakı mübahisəyə mahiyyəti üzrə baxılarkən iddianı təmin tədbiri qismində ünvan 3 ünvan üzrə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş 0.03837 hektar (təxminən 4 sot) torpaq sahəsinin 2 sot boş (tikinti altında olmayan) həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6370/2018 saylı, 03.08.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh1 3241 manat tutularaq İddiaçı1 ödənilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, icra sənədi üzrə borc məbləğindən 2592,80 manat Cavabdeh1 əmək pensiyasından tutularaq bilavasitə tələbkar İddiaçı1 ödənilmiş, 648,20 manat isə tələbkara ödənilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 17/72- 46913/17 nömrəli 24.05.2021-ci il tarixli Cavabdeh1 ünvanlanmış məkubunun surətindən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6370/2018 saylı, 03.08.2018-ci il tarixli icra sənədi üzrə Cavabdeh2 borcu yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30.03.2021-ci il tarixli **********0 nömrəli məktubundan məlum olur ki, Bakı Apelyasiya Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2-(103)- 6370/2018 nömrəli icra sənədinə əsasən 01.06.2020-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində Cavabdeh1 əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində İddiaçı1 hesabına ümumilikdə 3241,00 manat, Yasamal rayon İcra və Probasiya şöbəsinin depozit hesabına isə 226,87 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Hal hazırda Cavabdeh1 icra sənədi üzrə borcu yoxdur və müvafiq icra sənədinin icrası başa çatdırılmışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin **********6 nömrəli 18.02.2021-ci il tarixli arayışından məlum olur ki, müvafiq icra sənədinə əsasən Cavabdeh2 pensiyasından 3241,00 manat məbləğində pul tutulub İddiaçı1 xeyrinə ödənilmişdir. Yuxarıda şərh olunanların işin hallarına tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin tədbirinin tətbiqinə dair ərizə iddianı təmin tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi baxımından əhəmiyyətini itirdiyindən birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-44/2015 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8308/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8308/2021
11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver