Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-831/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil və maddi-mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Məmməd oğlundan “VAZ2106” markalı, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona qaytarılması və bunun nəticəsində digər Cavabdeh1 tərəfindən vurulmuş maddi ziyana görə 3.000 manat və mənəvi zərərə görə 5.000 manat pulun, həmçinin cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili 3000 manata satmaq qərarına gəlmiş və qohumu Fuaddan bu məsələdə ona köməklik göstərməsini xahiş etmişdir. Bir müddətdən sonra Fuad ona bildirmişdir ki, yaxından tanıdığı şəxs avtomobili almaq istəyir, lakin 3000 manat pulu hissə-hissə 3 ay müddətinə verəcəkdir. O, avtomobili almaq istəyən şəxslə, yəni Cavabdeh1 ilə görüşmüşdür, onlar həmin şərtlər əsasında razılğa gəlmişlər və xx.xx.2016-cı il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunda Cavabdeh1 baş etibarnamə vermişdir. Bundan 1 (bir) ay sonra cavabdehlə telefon əlaqəsi saxlamış və ona bildirmişdir ki, müəyyən çətinlikləri var, lakin bir neçə günə pulu verəcək. Beləliklə bir neçə gün deyil, 3 ay vaxt keçmiş lakin cavabdeh pulu verməmişdir. Cavabdehlə 3 ay müddətinə hər ay 1000 manat ödəmək şərti ilə razılığa gəlsələr də o, bu müddətdən 2 (iki) ay, yəni ümumilikdə 5 (beş) ay keçsə də pulu ödəməmişdir. Cavabdehin bu hərəkətindən sonra 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontoruna müraciət edərək xx.xx.2016-cı il tarixdə verdiyi 7E-24727 reystr nömrəsi ilə təsdiq olunmuş baş etibarnaməni ləğv etdirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus avtomobilə dair xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adlı şəxsə baş etibarnamə vermişdir. Hazırda həmin avtomobil onun istifadəsindədir və bu məsələ ilə bağlı Cavabdeh2la da əlaqə saxlayaraq, pulunu və ya avtomobilini geri qaytarmasını bildirmişdir. Lakin o, həmin avtomobili Cavabdeh1 aldığını və buna görə də avtomobili qaytarmayacağını bildirmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də cavabdehlər qanunsuz hərəkətlər etməklə ona sarsıntı yaşatmış və nəticədə mənəvi zərər vurmuşdur. Hesab edir ki, Cavabdeh1 verdiyi baş etibarnamə ləğv edildiyindən, Cavabdeh2 həmin avtomobildən qeyri-qanuni istifadə etdiyindən, cavabdehlərin həmin avtomobilə münasibətdə hər hansı bir hüquqları olmadığından, Cavabdeh2 qanunsuz sahibliyində olan ona məxsus «VAZ 2106» markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil ondan alınaraq qaytarılmalı, Cavabdeh1 vurduğu maddi ziyana görə 3000 manat və mənəvi zərərə görə isə 5000 manat pul alınıb ona verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1343/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il olan “VAZ 2106” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumu üçün ödənilmiş 30 manatın Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı və Cavabdeh1 məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatıdinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3000 manat tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan «Elektron notariat» X1 çıxarışdan görünür ki, “VAZ 2106” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir. İş materiallarında olan 2 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin notariusu X2 İddiaçı göndərdiyi xx.xx.2016-cı il tarixli 2300 saylı məktubundan görünür ki, Cavabdeh1 nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında verdiyi xx.xx.2016-cı il tarixli 7E-24727 reyestr nömrəli etibarnamənin onun ərizəsi əsasında ləğv edilməsi bildirilmişdir. İş materiallarında olan ƏN-V seriyalı 434419 nömrəli etibarnamənin surətindən görünür ki. «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X8 tərəfindən həmin avtomobiliə dair sürücülük hüququ olduqda idarə etməyə, bağışlamaq və s. səlahiyyətlərin verilməsi barədə Cavabdeh2 xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2013-cü il tarixdə X5, xx.xx.2016-cı il tarixdə Cavabdeh1, xx.xx.2016-cı il tarixdə X3, xx.xx.2016-cı il tarixdə X4, xx.xx.2016-cı il tarixdə X3, xx.xx.2016-cı il tarixdə X7, xx.xx.2016-cı il tarixdə isə Cavabdeh2 etibarnamə verilmişdir İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli avtomobilin mülkiyyətçisidir. Həmin avtomobilə dair ilkin olaraq Cavabdeh1 etibarnamə vermiş, daha sonra isə həmin etibarnaməni ləğv etmişdir. Hazırda avtomobilin qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə mübahisəli avtomobilin hazırki hüquqi vəziyyəti ilə bağlı verilmiş sorğuya cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən X6 mülkiyyətində olmuş, H.Ə.Rüstəmov isə həmin avtomobili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Hazırda həmin avtomobil Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini əsas götürərək qeyd etməyi zəruri hesab edir ki, mübahisəli avtomobil Cavabdeh2 mülkiyyətində olduğundan və o, vicdanlı əldə edən hesab edilməli olduğundan, avtomobilin Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin dəyəri olaraq 3000 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi hissəsində iddia ərizəsi əsaslı olduğundan, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, iddiaçının iddia ərizəsindən və izahatından göründüyü kimi, iddiaçı Mahsud Əliyev özünün mülkiyyətində olmuş «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə verməklə, 3000 manat qiymətində Cavabdeh1 satmış, sonuncu avtomobili qəbul edib, etibarnamədən istifadə edərək başqa şəxsə satmış, lakin razılaşmanı pozaraq avtomobilin dəyəri olaraq 3000 manat pulu İddiaçı Verməmişdir. Həmin məbləğin ödənilməsini İddiaçı Cavabdeh1 tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 3000 manat alınaraq, İddiaçı verilməsi qət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3000 manat tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia ərizəsi qismən təmin edilsin və Cavabdeh1 3000 manat tutularaq, İddiaçı verilsin. Qalan hissədə iddia tələbi rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-831/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-831/2020
10.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver