Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8316/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019- cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehdən xeyrinə 9798,25 manat əsas, 586,14 manat faiz olmaqla, cəmi 10384,39 manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib, hər ay ödəyə biləcəyi qədər 100 manat məbləğində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh borcu ödəyir, yanvar və fevral ayının 16-da 376,75 manat məbləğində, COVİD-19 ilə əlaqədar işdən azad olunmasına baxmayaraq, 1 mart tarixindən bu günə kimi hər ay 150 və 100 manat olmaqla, cəmi 1032,65 manat ödəniş etmişdir. Məhkəmə isə əsas borcla bağlı yalnız iddiaçının mülahizələrinə əsaslanmışdır ki, bu da qüvvədə olan qanunvericiliyin tələblərinə tam ziddir. Cavabdehin hazırkı vəziyyəti, işdən azad olunması, pandemiya və ödədiyi məbləğ nəzərə alınmaqla əsas və faiz borcunun dəqiq hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehi dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 21 % dərəcəsi ilə 36 ay müddətinə 10.000 manat kredit verilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh, ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. Bankın xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 201.75 manat əsas və 430,90 manat faiz borcu üzrə ödənişlər etmiş və onun həmin tarixə 9798,25 manat əsas, 586,14 manat faiz olmaqla, cəmi 10.384,39 manat borcu qalmışdır. İddiaçı ASC, Cavabdeh tələbdə göstərilən məbləğlərdə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Belə olan halda, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Cavabdeh isə, apelyasiya şikayətində faiz və cərimə borcunun düzgün hesablanmadığına və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyinə istinad etsə də, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini zəruri edən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya, apelyasiya şikayətinin borcun həy ay 100 manat olmaqla ödənilməsi barədə qətnamə çıxarılması hissəsi ilə bağlı isə bildirir ki, bu, icra icraatı qaydasında həll edilməli məsələ olmaqla hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Cavabdeh, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra (icra mərhələsində) qətnamənin hissə-hissə barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2923/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8316/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8316/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver