Məhkəmə qərarları › İş №2(103)-8327/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8327/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8327/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçıların namüyəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması, mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(009)- 1206/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması, mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, dövlət reyestri xidməti tərəfindən cavabdehə verilmiş 14.08.2020-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2 saylı fərdi yaşayış evinin naturada bölünərək, 2 nömrəli mənzilə-2-ci mərtəbənin 2,3,4,5 nömrəli otaq və 1 nömrəli dəhlizin 9.9 kv.m olan hissəsinə - İddiaçı2, 3 nömrəli mənzilə -2-ci mərtəbənin 6,7,8,9,10 nömrəli otağı və 1 nömrəli dəhlizin 8.3 kv.m olan hissəsinə- İddiaçı1, 4 nömrəli mənzilə-3-cü mərtəbədə yerləşən 2,3,4,5 nömrəli otaqlar və 1 nömrəli dəhlizin 9.7 kv.m olan hissəsinə-İddiaçı3, 5 nömrəli mənzilə-3-cü mərtəbədə yerləşən 6,7,8,10 nömrəli otaqlar və 1 nömrəli dəhlizin 8.3 kv.m olan hissəsinə - İddiaçı4 hüquqlarının tanınması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(009)-1206/2021 saylı qətnaməsi ilə iddia Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.08.2020-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi hissəsində xitam edilmiş, qalan hissədə isə rədd olunmuşdur. İddiaçılar, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişlər. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, mübahisənin həlli ilə bağlı aralarında razılığın əldə olunduğunu, bu səbəbdən də barışıq sazişinin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını, barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 27 sentyabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;

1. Tərəflər bəzi dəyişiklikləri özündə əks etdirən 16.12.2019-cu il tarixli, İNİL- 459/2019 saylı lisenziyalı "xxxx" MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 barədə tərtib edilmiş evin texniki göstəriciləri ilə razılaşırlar.

2. İddiaçılar evin daxilində müvafiq dəyişikliklərlə əlaqədar cavabdehin 17500 manat xərc çəkdiyini və həmin xərcin 5 yerə bölünərək hər bir şəxs tərəfindən 3500 manatın bu Saziş imzalandıqdan sonra 2 ay ərzində cavabdehə ödəniləcəyini qəbul edirlər.

3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin 1-ci mərtəbəsində 149 kv.m qaraj, 1.9 kv.m açıq eyvan, 1.5 və 2.7 kv.m-lik sanitar qovşaqları Cavabdeh mülkiyyətində qalır.

4. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin 2-ci mərtəbəsində ayrıca vahid girişi olan 9.9 kv.m dəhlizi olan 2,3,4,5 nömrəli otaqlar 2 nömrəli mənzil hesab edilsin və İddiaçı2 mülkiyyətinə verilsin.

5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin, 2-ci mərtəbəsində 8.3 kv.m dəhlizi olan 6,7,8,9,10 nömrəli otaqlar 3 nömrəli mənzil hesab edilsin və İddiaçı1 mülkiyyətinə verilsin.

6. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin 3-cü mərtəbəsində 9.7 kv.m olan dəhlizi olan 2,3,4,5 nömrəli otaqlar 4 nömrəli mənzil hesab edilsin və İddiaçı3 mülkiyyətinə verilsin.

7. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin - 3-cü mərtəbəsində yerləşən 8.3 kv.m dəhlizi olan 6,7,8,10 nömrəli otaqlar 5 nömrəli mənzil hesab edilsin və İddiaçı4 mülkiyyətinə verilsin.

8. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinə giriş-çıxışlar, pilləkənlər ümumi mülkiyyətdə hesab edilsin.

9. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin mansarı Cavabdeh istifadəsinə verilir.

10. Barışıq sazişi əmlakların Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində yeni qeydiyyat üçün əsasdır.

11. Tərəflər bu saziş imzalandığı tarixdən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evi ilə bağlı bir-birilərinə qarşı gələcəkdə hər-hansı pul və ya əmlak tələbləri irəli sürməyəcəklərini qəbul edirlər,

12. Azərbaycan Respublikası MPM-nin 261 və 262-ci maddələrinin tələbləri tərəflərə izah olunmuşdur.

13. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır.

14. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi ilə bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesinin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən, Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması, mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 27 sentyabr 2021-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:

1. Tərəflər bəzi dəyişiklikləri özündə əks etdirən 16.12.2019-cu il tarixli, İNİL- 459/2019 saylı lisenziyalı "xxxx" MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 barədə tərtib edilmiş evin texniki göstəriciləri ilə razılaşırlar.

2. İddiaçılar evin daxilində müvafiq dəyişikliklərlə əlaqədar cavabdehin 17500 manat xərc çəkdiyini və həmin xərcin 5 yerə bölünərək hər bir şəxs tərəfindən 3500 manatın bu Saziş imzalandıqdan sonra 2 ay ərzində cavabdehə ödəniləcəyini qəbul edirlər.

3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin 1-ci mərtəbəsində 149 kv.m qaraj, 1.9 kv.m açıq eyvan, 1.5 və 2.7 kv.m-lik sanitar qovşaqları Cavabdeh mülkiyyətində qalır.

4. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin 2-ci mərtəbəsində ayrıca vahid girişi olan 9.9 kv.m dəhlizi olan 2,3,4,5 nömrəli otaqlar 2 nömrəli mənzil hesab edilsin və İddiaçı2 mülkiyyətinə verilsin.

5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin, 2-ci mərtəbəsində 8.3 kv.m dəhlizi olan 6,7,8,9,10 nömrəli otaqlar 3 nömrəli mənzil hesab edilsin və İddiaçı1 mülkiyyətinə verilsin.

6. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin 3-cü mərtəbəsində 9.7 kv.m olan dəhlizi olan 2,3,4,5 nömrəli otaqlar 4 nömrəli mənzil hesab edilsin və İddiaçı3 mülkiyyətinə verilsin.

7. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin - 3-cü mərtəbəsində yerləşən 8.3 kv.m dəhlizi olan 6,7,8,10 nömrəli otaqlar 5 nömrəli mənzil hesab edilsin və İddiaçı4 mülkiyyətinə verilsin.

8. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinə giriş-çıxışlar, pilləkənlər ümumi mülkiyyətdə hesab edilsin.

9. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin mansarı Cavabdeh istifadəsinə verilir.

10. Barışıq sazişi əmlakların Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində yeni qeydiyyat üçün əsasdır.

11. Tərəflər bu saziş imzalandığı tarixdən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evi ilə bağlı bir-birilərinə qarşı gələcəkdə hər-hansı pul və ya əmlak tələbləri irəli sürməyəcəklərini qəbul edirlər,

12. Azərbaycan Respublikası MPM-nin 261 və 262-ci maddələrinin tələbləri tərəflərə izah olunmuşdur.

13. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır.

14. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(009)-1206/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar