Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8331/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh2 MMC-nə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3394/2021 saylı 02 iyul 2021-ci il tarixli qərardadına əsasən mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin 22.06.2020-ci il tarixə kimi direktor vəzifəsində işləmişdir. O, 2019-cu ilin dekabr ayından, 2020-ci ilin iyun ayına kimi, Cavabdeh1 un satmışdır. Hər dəfə ödənişlər tam olmadığından satılan unun ödənişindən qalıq borclar qalmış və nəticə etibarı ilə Cavabdeh1 ona 9400 manat ödənilməmiş borcu yaranmışdır. Daha sonra, 22.06.2020-ci il tarixdə Cavabdeh2 MMC-nin direktoru dəyişdirilərək, X1 olmuşdur. 22.06.2020-ci il tarixdən un satışını dayandırdıqdan sonra unun satışından qalan 9400 manat borcu Cavabdeh1 istəsə də, MMC-nin yeni direktoru sonuncu həmin pulu Nəhmətov Fəxrəddindən tələb etməyini demişdir. Fəxrəddin Nəhmətovdan un satışından qalıq ödənilməmiş pulunu tələb etdikdə isə o, müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Bununla bağlı o, Bakı şəhəri Binəqədi rayon 29-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 10.01.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla, həmçinin İddiaçı1 ona vurulmuş maddi ziyan tələbi mülki qanunvericilik əsasında təmin olunmalı olduğundan ona öhdəlikləri ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməyi qərara almışdır. Yasamal rayon məhkəməsində baş tutmuş məhkəmənin birinci iclasında İddiaçı1 ərizə verərək, cavabdehin əsl Cavabdeh2 MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, Cavabdeh1 isə onun əsl Cavabdeh2 MMC ilə əvəz edilməsinə etiraz etməmişdir. Yasamal rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Cavabdeh1 əsl Cavabdeh2 MMC ilə əvəz edilmiş, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Yasamal rayon məhkəməsinin həmin qərardadı onunla əsaslandırılmışdır ki, işə yeni cəlb edilmiş MMC-nin hüquqi ünvanı ünvan 1idiyyat üzrə həmin rayonun məhkəməsində baxılmalıdır. Məhkəmə öz qərarını Azərbaycan Respublikası MPM-nin 35.1, 35.2, 40.1 və 44.2.2-ci maddələri ilə əsaslandırmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərardadı ilə həmin mülki işin icraata qəbulundan imtina edilmiş və mülki işin aidiyyatı ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan, həmin məsələnin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sabunçu rayon məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə iddia ərizəsi lə məhkəməyə müraciət etdikdə, iş üzrə ilk cavabdeh ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh1 olmuş və sonradan iddiaçı, Cavabdeh1 əsl cavabdeh - Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ, Gənclik, ev 126, mənzil 4 ünvanda qeydiyyatda olan Baker Azərbaycan MMC ilə əvəz edilməsi barədə ərizə ilə müraciət etmiş və ərizə həmin məhkəmənin 15.03.2021-ci il tarixli qərardadı ilə təmin edilərək, iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon məhkəməsi aidiyyat qaydalarına riayət edilməklə icraata qəbul etdiyi işi sonradan Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərmişdir. Məhkəmə öz qərarını Azərbaycan Respublikası MPM-nin 35.1, 44.1, 45.4cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh isə məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsinin verildiyi Yasamal rayon məhkəməsi işi yalnız cavabdehin yaşayış yerinin Yasamal rayonu ərazisində yerləşməsi əsası ilə icraata qəbul etmiş, lakin sonradan cavabdeh olan şəxsin əslində iddiaya cavab verməli şəxs olmadığı müəyyən edildiyindən onun işdə iştirakına xitam verilməklə, əsl cavabdeh işə cəlb edilmişdir. Belə bir şəraitdə, artıq işdə iştirak etməyən şəxsin yaşadığı ünvan üzrə məhkəmədə işə baxılmasını məhkəmə kollegiyası yolverilməz hesab edir. Kollegiya qeyd edir ki, hazırkı halda aidiyyat məsələsini həll edərkən MPM-nin 44.1ci maddəsinə istinad edilməsi yolverilməzdir və həmin məsələ bu Məcəllənin 35.1 və 44.2.2-ci maddəsinə istinad edilməklə həll edilməlidir. Belə ki, MPM-nin 44.1-ci maddəsinə istinad edilməsi o halda düzgün olardı ki, iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildikdən sonra cavabdeh fiziki və ya hüquqi şəxsin yaşayış yeri və ya hüquqi ünvanı dəyişmiş olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, yaranmış vəziyyətdə iddia aidiyyət qaydaları pozulmaqla Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilmiş hesab edilməlidir və həmin məhkəmənin işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərməsi əsaslı hesab edilməlidir. MPM-nin 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və MPM-in 45, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı1 Cavabdeh2 MMC-nə qarşı “pul tələbinə dair” mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8331/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8331/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver