Məhkəmə qərarları › İş №2(103)-8334/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8334/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8334/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi Zeynalova Aidə Fizuli qızının, cavabdeh Mir Bağırov İlqar Mir Hüseyn oğlunun iştiraklarıilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın cavabdeh Mir Bağırov İlqar Mir Hüseyn oğluna qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1314/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdeh Mir Bağırov İlqar Mir Hüseyn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC «Bank Standard» KB ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/46389/13/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən 4749,55 manat məbləğində əsas borcun, 1026,24 manat məbləğində müqavilə müddətinə hesablanmış faiz borcunun, 3399,44 manat məbləğində cərimə borcunun, 713,46 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 9888,69 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC «Bank Standard» KB ilə Mir Bağırov İlqar Mir Hüseyn oğlu arasında xx.xx.2013-cü il tarixdə kredit verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 37 ay müddətinə 4749,55 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 4749,55 manat məbləğində əsas borcu, 1026,24 manat məbləğində müqavilə müddətinə hesablanmış faiz borcu, 3399,44 manat məbləğində cərimə borcu, 713,46 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 9888,69 manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1314/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddia ərizəsinə kredit müqaviləsi əlavə edilməsə də, kredit müqaviləsi üzrə cavabdehin borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışlar təqdim olunmuşdur. Bununla belə məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütünfaktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçı tələbini cavabdehlə bağladığını irəli sürdüyü xx.xx.20013-cü il tarixli müqaviləyə istinadla irəli sürmüş, lakin həmin müqaviləni məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Birinci instansiyası məhkəməsi, iddiaçının istinad etdiyi müqavilənin təqdim olunmadığına əsaslanmaqla hesab etmişdir ki, iddianın təmin olunması mümkün deyildir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, cavabdehin iddiaçı bankla müqavilə bağlamış olduğu, mülki hüquqlar əldə etdiyi və özü üçün mülki vəzifələr yaratdığı sübuta yetirilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı tərəfindən sözügedən kredit müqaviləsi təqdim edilmiş olsaydı belə, hazırki tələb üzrə qanunvericilkdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinəəsasənicra müddəti müəyyənləşdirilmişöhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, Mir Bağırov İlqar Mir Hüseyn oğlu iləbank arasında xx.xx.2013-cü il tarixdə bağlandığı iddia edilənmüqaviləüzrəöhdəliklərin icrasıüçün nəzərdə tutulmuş müddət xx xxxxxx 2016-cı tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi iləəlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görəxx.xx.2013-cü il tarixdə bağlandığı iddia edilənmüqaviləüzrə iddiaçıtərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, həmin müqaviləüzrəiddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxx 2016-cı il tarixdən hesablanmalıdır. Kollegiya, həmçinin, qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyüöhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkümüddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir, iddiaçı isəərizə ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onlarıöz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılmasıçətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1314/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar