Məhkəmə qərarları › İş №2(103)-8344/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8344/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8344/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı İKB-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilən şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İKB-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsini təqdim edərək onunla İddiaçı İnvestisiya Kommersiya Bankı ASC arasında bağlanmış 13.11,2014-cü il tarixli kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi və müqavilə üzrə ümumi borcun müqavilənin bağlandığı günə olan məzənnə ilə hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-261/2020 saylı qərardadı ilə İddiaçı İKB-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-261/2020 saylı qərardadının ləğv edilərək qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (maddə 155). Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqla bağlı düzgün nəticəyə gəlmişdir. Şikayət açıq-aşkar əsaslandırılmamış, qarşılıqlı iddianın verilməsi üçün əsaslar iddia ərizəsinin surətinin cavabdehə verildiyi andan mövcud olmuşdur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-261/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar