Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8374/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusuna qarşı “icra qeydinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə BALBM001821/14 nömrəli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 510,56 manat borc, 35 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzinin tutulması barədə 19.11.2020-ci il tarixli, 8İ-15906 reyestr nömrəli icra qeydi ləğv olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin icra qeydi ləğv olunsun. Apellyasiya şikayətində tələb olunub qətnamə ləğv edilsin və iddia rədd olunsun. İşdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 19.11.2020-ci il tarixli, 8İ-15906 reyestr nömrəli icra qeydinə görə İddiaçı "xxxx" ASC-nin xeyrinə BALBM001821/14 nömrəli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 510,56 manat borc, 35 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsində qeyd olunub ki, icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Notariusa təqdim edilən sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etməyib. İddiaçı bildirir ki, məbləğ şişirdilib, onun etdiyi ödənişlər nəzərə alınmayıb. Cavabdeh 14 saylı Notariat Ofisinənin xüsusi notariusu və üçüncü şəxs "xxxx" ASC bocun mübahisəsiz olduğunu müəyyənləşdirməyə imkan verən sənədləri məhkəməyə təqdim etməyiblər. Ona görə də icra qeydi ləğv olunmalıdır. Birinci instansiya mıəhkəməsi iddianı təmin etsə də əsaslandırması düzgün deyil. Belə ki, məhkəmə borcun tam ödənildiyinə istinad edərək icra qeydini ləğv edib, lakin bunu təsdiq edən sənədlər mülki işdə yoxdur. Ona görə də qətnamə ləğv edilməli, iddia başqa əsasla təmin edilməlidir, yəni borc mübahisəli olduğuna görə icra qeydi ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə BALBM001821/14 nömrəli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 510,56 manat borc, 35 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzinin tutulması barədə 19.11.2020-ci il tarixli, 8İ-15906 reyestr nömrəli icra qeydi ləğv olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8374/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8374/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver