Məhkəmə qərarları › İş №2(103)-838/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-838/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-838/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “öhdəliyin qoyulması və maddi ziyanın ödənilməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı öhdəliyin qoyulması və maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qarşılıqlı iddiası üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçınə qarşı sənədlərin, məlumatların və hesabatın təhvil verilməsi, pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1495/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 06 fevral 2013-cü il tarixli 0968 nömrəli icarə müqaviləsinə əsasən verilmiş torpaq sahəsində inşa edilmiş, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində olan yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə görə, həmin müqavilənin qüvvədə olma müddətində hər növbəti ilin sonunadək hesablanmış icarə haqqını iddiaçı ”Karat” MTK-ya ödəmək vəzifəsinin cavabdeh "xxxx" MMMC-yə həvalə edilməsi, İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 06 fevral 2013-cü il tarixli 0968 nömrəli icarə müqaviləsinə əsasən yaşayış binasının xx.xx.2017-ci il tarixdən cavabdeh "xxxx" MMMC-nin idarəçiliyinə verildikdən sonrakı müddət üçün iddiaçı tərəfindən ödənilmiş 4865.73 manat torpaq icarəsi haqqının cavabdeh "xxxx" MMMC-dən İddiaçı MTK-nın xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir (ı cild.səh.100)

2. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa edilən çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X9” və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azəriqaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyanı torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərinin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədləri qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; 05 noyabr 2008-ci il tarixdən 28 aprel 2017-ci il ərzində İddiaçı MTK tərəfindən sözügedən yaşayış kompleksinin idarəedilməsi və saxlanması üzrə hər il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabatı, göstərilən dövr ərzində sahə mülkiyyətçilərindən aylıq kommunal xidmətləri yığılaraq (kommunal haqları 3-otaqlı mənzil üçün 110 AZN, 4-otaqlı mənzil üçün 130 AZN tələb edilirdi) nəticədə qarşılıqlı iddia üzrə cavabdehin büdcəsində qalıq olan pul məbləğini sözügedən yaşayış kompleksinin pul fondu olduğundan "xxxx" MMMC-yə təhvil verilməsi, mart 2022-ci il tarixinə İddiaçı MTK-nın "xxxx" MMMC-nin fonduna olan 51550 manat borcu və ödənilmiş 244,65 manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. (l cild.səh.107).

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1495/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa edilən çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X9” və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azəriqaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyanı torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərinin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədlərin qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC-yə təhvil verilməsi vəzifəsinin İddiaçı MTK-nın üzərinə qoyulması və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Qətnamədə Mənzil Məcəlləsinin 35.1, 35.2, 109.5, 119.1; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı MTK qanunvericiliyə əsasən hələ 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksini Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edildikdən 6 ay sonra ləğv etməli və çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakının idarəetmə üsulunu sakinlərin seçiminə verməli idi. Bu da o deməkdir ki, İddiaçı MTK-nın qeyd edilən müqaviləni 2013-cü ildə imzalamaq səlahiyyəti yox idi. Qeyd olunanlara əsasən ilk iddia tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbləri ilə bağlı 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçərək "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini (MMMC) yaratmışdırlar. Həmin vaxtdan yaşayış kompleksinin idarə edilməsi MMMC-nin səlahiyyətinə keçmişdir. Deməli, qarşılıqlı iddianın Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa edilən çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X9” və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azəriqaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyanı torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərinin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədləri qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi hissəsində əsaslı hesab edilərək təmin olunmalıdır. Qarşılıqlı iddianın “05 noyabr 2008-ci il tarixdən 28 aprel 2017-ci il ərzində İddiaçı MTK tərəfindən sözügedən yaşayış kompleksinin idarə edilməsi və saxlanması üzrə hər il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabatı, göstərilən dövr ərzində sahə mülkiyyətçilərindən aylıq kommunal xidmətləri yığılaraq (kommunal haqları 3-otaqlı mənzil üçün 110 AZN, 4-otaqlı mənzil üçün 130 AZN tələb edilirdi) nəticədə qarşılıqlı iddia üzrə cavabdehin büdcəsində qalıq olan pul məbləğini sözügedən yaşayış kompleksinin pul fondu olduğundan "xxxx" MMMC-yə təhvil verilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MMMC-nin nümayəndəsi tələbinin bu hissəsini kifayət qədər əsaslandıra bilməmiş, MMMC-nin yaradılmasından əvvəlki dövr üzrə yaşayış kompleksinin idarə edilməsi, maliyyə hesabatlarının, kommunal xidməti haqlarının yığılmasının MMMC-nin hansı qanuni maraqlarına təsir etməsi işə baxılarkən öz əksini tapmamışdır. Qarşılıqlı iddia tələblərinin “mart 2022-ci il tarixinə İddiaçı MTK-nın "xxxx" MMMC-nin fonduna olan 51550 manat borcu və ödənilmiş 244,65 manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi” hissəsi ilə bağlı hər hansı sübutlar təqdim edilmədiyindən, qarşılıqlı iddia tələbinin bu hissəsi də əsassız hesab olunmaqla təmin edilməməlidir.

5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: xx.xx.2021-ci il tarixdə İddiaçı MTK təkrar müqavilənin bağlanması və ona dəymiş zərərin ödənilməsi üçün pretenziya məktubu göndərmiş, eyni zamanda, mübahisənin mediasiya qaydasında həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir və bu barədə 02739 saylı, xx.xx.2021-ci il tarixli arayış verilmişdir;- Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı ilə Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində layihələndirilməsinə və tikintisinə icazə verilmiş yaşayış binasının İddiaçı adına keçirilməsi müəyyən edilmişdir;- Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış 0968 saylı, xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqaviləsi ilə, müqavilə tərəfləri arasında Bakı şəhər İHB-nın 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış 7700 kv.m torpaq sahəsinə 49 il müddətinə icarə müqaviləsi bağlanmışdır; - 12 iyul 2017-ci il tarixdə İddiaçı MTK və "xxxx" MMMC idarə heyətinin sədrlərinin imzası və möhürü ilə təsdiqlənmiş protokolla həmin binaların istismar edilməsi tamamilə "xxxx" MMMC-yə keçmişdir;- İddiaçı MTK ilə "xxxx" MMMC tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli 5 akta əsasən, bina kompleksində olan qazanxananın avadanlıqları (qazan, boyler, nasoslar və s.), elektrik yarımstansiyanın avadanlıqları (transformator, güc kabelləri və s.), liftlər və onlara aid olan avadanlıq və su anbarı İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilmişdir. (l cild.səh.25, 26, 31, 37, 38-42, 48) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti apellyasiya şikayəti verərək, 05 noyabr 2008-ci il tarixdən 28 aprel 2017-ci il ərzində İddiaçı MTK tərəfindən sözügedən yaşayış kompleksinin idarə edilməsi və saxlanması üzrə hər il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabatı, göstərilən dövr ərzində Sahə mülkiyyətçilərindən aylıq kommunal xidmətləri yığılaraq (kommunal haqqları 3 otaqlı mənzil üçün 110 AZN, 4 otaqlı mənzil üçün 130 AZN tələb edilirdi) nəticədə qarşılıqlı iddia üzrə cavabdehin büdcəsində qalıq olan pul məbləğini sözügedən yaşayış kompleksinin Pul Fondu olduğundan "xxxx" MMMC-yə təhvil verilməsi, mart 2022-ci il tarixinə İddiaçı MTK-nın "xxxx" MMMC-nin fonduna ola 43655 manat borcu və ödənilmiş 244.65 manat dövlət rüsumunu "xxxx" MMMC-nin fonduna məcbur qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125; Mənzil Məcəlləsinin 38, 135.1,137.10, 138.4, 138.5, 140.1; Mülki Prosessual Məcəllənin 14.1, 76.1, 217.1, 389-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xa Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış kompleksi yerləşir. Məlumdur ki, 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilmişdir. İddiaçı MTK qanunvericiliyə əsasən hələ 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci i tarixində 672 saylı sərəncamla təsdiq edildikdən altı ay sonra ləğv etməli və çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakının idarəetmə üsulunu sakinlərin seçiminə verilməli idi. Bəs hansı səbəblərdən bu baş vermədi? İddiaçı MTK bu illər ərzində kommunal haqları 3 otaqlı mənzil üçün 110 AZN , 4 otaqlı mənzil üçün 130 AZN tələb edərək pul mənfəəti əldə edirmiş. Və onlarda olan məlumatlara əsasən Dövlət Vergi orqanlarına isə kommunal haqlarını cəmi 50 AZN tutmasını göstərirmiş. Yalnız Yanvar 2017-ci il tarixdən İddiaçı MTK sakinlərin çoxsaylı etirazları nəticəsində kommunal xidmətlər məbləğini azaldaraq 3 otaqlı mənzil üçün 65 AZN, 4 otaqlı mənzil üçün 85 AZN tələb etməyə başlamışdır. Eyni zamanda, 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud Qanunlarına uyğun olaraq 1117-MM4-0044 №-li dövlət qeydiyyatından keçərək, "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini (MMMC) yaratmışdırlar və İddiaçı MTK tərəfindən təyin edilmiş tariflərlə kommunal xidmətləri davamiyyəti təmin edilmişdir. Buna əsas səbəb Mənzil Məcəlləsinin 139.2-ci maddəsi olmuşdur. 28 aprel 2017-ci il tarixində İddiaçı MTKnın balansında hələ bir çox yaşayış sahələri qalmışdır və həmin yaşayış sahələrin növbəti illər ərzində sataraq külli miqdarda mənfəət əldə etmişdir. Lakin, həmin yaşayış sahələri üçün yaranan kommunal xidmətləri bütün bu illər ərzində İddiaçı MTK tərəfindən ödənilməmiş və bununla da "xxxx" MMMC-nə böyük çətinliklər yaratmışdır. Axı bir çox sakinlər yaşayış komkpleksində 272 mənzilin mövcudluğunu əsas götürərək hesab edirlər ki, "xxxx" MMMC sanki aylıq 136*65+136*85=20400 AZN kommunal xidmətlər yığır (bu məbləğ indi hətta 136*75+136*95=23120 AZN sanki olmalıdır) amma həmin sakinlər qəbul etmək istəmirlər ki, İddiaçı MTK tərəfindən ödənişlər 01 May 2017-ci il tarixindən ("xxxx" MMMC yaranan vaxtdan) qəti olaraq heç bir qəpik də belə etməyiblər. İddiaçı MTK kompleksdə təyin olunmuş aylıq ödənişlərlə May 2017-ci il tarixindən məlumatlıdır və bu tariflərin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayır. Sadəcə məqsədi müxtəlif yalan və bəhanələrlə təyin edilmiş öhdəliklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki istərsə də hazırkı sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınmaqdır. Lakin, "xxxx" MMMC qanunun aliliyinə tam inanaraq, sakinlər arasında heç bir ayrı-seçkilik etmədən bütün sakinləri qanuna riayət etməyə çağırır. Axı qarşılıqlı iddia üzrə cavabdeh ödəniş etməməklə digər sahə mülkiyyətçilərin hüquqlarına toxunmuş olur. Axı digər sahə mülkiyyətçiləri İddiaçı MTK-nın əvəzini ödəməli deyillər. İddiaçı MTK birinci instansiya məhkəməsinin iclasları zamanı tələblərində qeyd etdikləri mənzillər üzrə yaranmış kommunal borcları tam olaraq rədd etdiyindən işə baxan hakim işin düzgün həll edilməsi və həqiqətə nail olmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə “sorğu” göndərərək iddiada göstərilmiş mənzillər üzrə ilk dəfə qeydiyyatdan keçməsinin tarixi və mülkiyyətçi haqqında (yəni ilk dəfə hər hansı mülkiyyətçi adına “Çıxarış” verilmə tarixi və mülkiyyətçinin ad, soyadı və ata adı) məlumatların verilməsini xahiş etmişdir. Lakin, göndərilmiş “sorğu”nun cavabını gözləmədən növbəti məhkəmə iclası zamanı hakim iddianın çox önəmli olan hissəsini təmin etmədən yekun qərar qəbul etmişdir ki, bu da tərəf olaraq onların Konstitusion hüquqlarını, “İnsan Hüquqlarının və X6 X5”nın 6-cı maddəsinin, Mülki Prosessual Məcəllənin bir çox maddələrini pozmaq deməkdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli **********85 saylı cavab məktubunda göstərilən mənzillər üzrə satış tarixlərini nəzərə alaraq, 01 may 2017-ci il tarixindən başlarayaq İddiaçı MTK-nın "xxxx" MMMC-nə yaranmış kommunal borcu yenidən hesablanmış və həmin borc məbləği mart 2022-ci il üçün 43655 manat təşkil etmişdir. Odur ki, hazırkı apellyasiya şikayətinin təmin edilməsini və mart 2022-ci il tarixinə İddiaçı MTK-nın "xxxx" MMMC-nin fonduna olan 43655 manat borcunun və ödənilmiş 244.65 manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İddiaçı MTK yaşayış sahələrini hələ 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edildikdən sonra təhvil verilmiş hesab edildiyini nəzərə alaraq, İddiaçı MTK 01 may 2017-ci il tarixindən balansında qalan mənzillər üzrə "xxxx" MMMC-nin fonduna kommunal xidmətlər etməlidir. Hazırkı işin hallarını xatırladaraq, qarşılıqlı iddia üzrə cavabdeh ilə "xxxx" MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan maddələrin tələblərini nəzərə alaraq, ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçün də məcburi olduğundan, onlar yəni "xxxx" MMMC-si qarşılıqlı iddia üzrə cavabdehdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, "xxxx" MMMC-nin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarından görünür ki "xxxx" MMMC-nin təsis edilməsi, "xxxx" MMMC-nin nizamnaməsinin təsdiq edilməsi. "xxxx" MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi, “Nəsimi-8" MMMC-nin hüquqi ünvanının müəyyən edilməsi, "xxxx" MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi, "xxxx" MMMC-nin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. "xxxx" MMMC-nin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. "Nəsimi-8” MMMC-nin idarə heyətinin sədri X1. Kompleksdə, xx.xx.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün 65 manat; 4 otaqlı mənzillər üçün 85 manat təyin olunmuşdur. Sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ciil tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "xxxx" MMMC-nin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. "xxxx" MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu il tarixli protokolundan görünür ki, "xxxx" MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “Nəsimi-8 MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırma və müxtəlif təkmilləşdirmə işləri haqqında, yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında, yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC-nin idarə heyətinin on bir nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC-nin idarə heyətinin sədri X2. "xxxx" MMMC-nin dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X2. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün 65 manat, 4 otaqlı mənzillər üçün 85 manat təyin olunmuşdur. İki il keçməsinə, müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, Azərbaycan Respublikasında minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, "xxxx" MMMC xx.xx.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini qaldırmamış, sakinlərdən yeganə xahişi əl-ələ verərək yaşayış kompleksini daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyirlər. Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli iclasının qərarına əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri 01 Fevral 2021-ci il tarixdən etibarən əhali üçün 0,5 AZN-dən 1 AZN səviyyəsinə qaldırılmışdır. Komplekslərinin mənzillərinə mərkəzləşdirilmiş isti və soyuq suyun "xxxx" MMMC tərəfindən verilməsini nəzərə alaraq, Cəmiyyətin İdarə Heyətinin qəbul etdiyi qərara əsasən 01 Mart 2021-ci il tarixdən etibarən sahə mülkiyyətçiləri tərəfindən fondlarına ödəniləcək aylıq haqların məbləği 3 otaqlı mənzillər üçün 75 AZN, 4 otaqlı mənzillər üçün 95 AZN hesablanması haqqında qərar qəbul edilmişdir ki, kompleksin bütün sakinləri bu qərarla tam razı olduqlarını bildirmişlər və ödənişləri vaxtı-vaxtında həyata keçirirlər. Lakin yuxarıda göstərilən bütün faktiki halların müəyyən edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh nəinki qanunla müəyyən edilmiş və 156 sahə mülkiyyətçilərinin iradəsi ilə təyin edilmiş aylıq ödənişləri nəinki yerinə yetirmirlər, hətta müxtəlif yollarla "xxxx" MMMC-nin qanuni idarəetməsinə mane olurlar.

7. Apellyasiya icraatı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC-nin İdarə Heyətinin sədri ərizələr verərək, ilk növbədə apellyasiya şikayətinin təmin edilərək qaldırılmış iddianın Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1495/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş hissəsinə əlavə olaraq İddiaçı MTK-nın mart 2022-ci il tarixinə "xxxx" MMMC-yə olan 43655 manat borcun və ödənilmiş 244.65 manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra mülki mübahisəni barışıq sazişi ilə tamamlamaq təklifi olarsa, İddiaçı MTK-nın "xxxx" MMMC-yə olan borcunun 7390 manat məbləğində qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir.

8. Apellyasiya icraatı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK etiraz ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli **********85 saylı cavab məktubunda göstərilən həmin mənzillər üzrə ilkin qeydiyyata alınma tarixinin, yəni İddiaçı MTK tərəfindən fiziki şəxslərə satış tarixinin açıq-aşkar qeyd edildiyini, "xxxx" MMMC-nin Nəsimi Rayon Məhkəməsində qarşılıqlı iddia verərkən tələb olunan borcla əlaqədar hər hansı bir sübut təqdim etmədiyini, 33 mənzil üzrə borcların hansı qaydada və hansı illər üzrə hesablamasını əsaslandırmadığını, sadəcə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən məktuba istinad etməsinin qanunazidd olduğunu bildirmişdir. Etirazda həmçinin, həmin məktubun qətnamə çıxarıldıqdan sonra e-məhkəmə portalına yerləşdirildiyi, qarşılıqlı iddia üzrə iddiaçı 33 mənzil üçün hər hansı borcun ödənilməsini tələb etdiyi, bunlar hansı mənzillərin olması barədə onlara hər hansı bir borc bildirişinin göndərilməsinin təmin edilib-edilməməsi, eyni zamanda "xxxx" MMMC-nin 2022-ci ilin mart ayına tələb olunan borcun mahiyyətinin nədən ibarət olmasının onlara məlum olmadığı qeyd edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

9. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi apellyasiya şikayətini və əlavələri müdafiə edərək, yaşayış kompleksinin saxlanması üçün atılan addımların İddiaçı MTK-nın balansında olan mənzillərə də təsir etdiyini, cəmi altı mənzillə bağlı 7390 manat vəsaitin ödənilməsini tələb etdiklərini bildirmişdir.

10. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi apellyasiya şikayəti ilə razı olmadıqlarını, mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı "xxxx" MMMC tərəfindən pretenziya məktubunun və ya rəsmi bildirişin təqdim edilmədiyini, İddiaçı MTK-nın apellyasiya şikayətində qeyd edilən dövrdə sözügedən mənzillərə dair çıxarış əldə etmədiyini, İddiaçı MTK ilə "xxxx" MMMC arasında təhvil-təslim zamanı da hər hansı ödənişin edilməsi ilə bağlı öhdəliyin nəzərdə tutulmadığını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən tərtib edilmiş sorğuya cavab məktubunda İddiaçı MTK-ya məxsus hər hansı mənzilin olduğunun müəyyən edilmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə müvafiq apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mənzil Məcəlləsinin 6, 7; Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, müvafiq icra hakimiyyəti tərəfindən icazələr verilməli olan binada yaşayış sahəsindən istifadə və mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin qeydiyyatının təsbit etdirmək, tikintiyə dair müvafiq dövlət qeydiyyatları üzrə və bunu etmək mümkün olmadığı təqdirdə müqavilə münasibətlərindən irəli gələn digər hüquqi təminat prosedurlarına riayət etmək imkanları olduğu halda bunları edilməmişdir.

13. Qeyd edilməlidir ki, təmin edilən hissədə apellyasiya şikayəti daxil olmadığından səlahiyyət həddində təmin edilməyən hissədə verilən apellyasiya şikayəti üzrə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə tələblərin hüquqi və faktiki əsasları müəyyən edilməmiş və bu əsaslara dair də müvafiq sübutlar (və ya vəsatətlər) müzakirəyə təqdim edilməmişdir.

14. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətində qarşılıqlı iddiaçının özü tərəfindən etiraf edilmişdir ki, "xxxx" MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019cu il tarixli protokoluna əsasən, "xxxx" MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırma və müxtəlif təkmilləşdirmə işləri haqqında, yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında, yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC-nin idarə heyətinin on bir nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. Yəni, mübahisə edilən hissədə MMMC idarəçiliyi bu tarixdən başlamaq üçün yalnız öz fəaliyyətinin reqlamentə edən hüquqi əsaslarını müəyyən etmişdir.

15. Mənzil Məcəlləsinin aşağıda qeyd edilən maddələri hazırkı münasibətləri tənzimləyən hüquqi əsas kimi nəzərə alınmalıdır: 121.3. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır; 122. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqları 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; 123. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri; 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır; 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq; 123.0.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək; 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; 123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; 123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək; 131. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəsaitləri və əmlakı; 131.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mülkiyyətində daşınar, habelə çoxmənzilli binanın daxilində və ya onun kənarında yerləşən daşınmaz əmlak ola bilər; 131.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının qərarı ilə nizamnamədə nəzərdə tutulmuş məqsədlər üçün xərclənən cəmiyyətin xüsusi fondu yaradıla bilər. Xüsusi fondların yaradılması qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında müəyyən edilir; 131.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin cəmiyyətin bank hesabında olan vəsaitlərdən cəmiyyətin maliyyə planına uyğun olaraq istifadə etmək hüququ vardır; 132. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təsərrüfat fəaliyyəti; 132.1. Nizamnamə ilə nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər; 132.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsərrüfat fəaliyyətinin aşağıdakı növləri ilə məşğul ola bilər; 132.2.1. çoxmənzilli binanın daşınmaz əmlakına xidmət, onun istismarı, təmiri; 132.2.2. çoxmənzilli binanın ümumi əmlakı olan əlavə sahə və obyektlərin tikintisi; 132.2.3. çoxmənzilli binanın bir hissəsinin icarəyə, kirayəyə verilməsi; 132.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının qərarı ilə cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlir ümumi xərclərin ödənilməsi üçün istifadə edilir və ya nizamnamə ilə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilən xüsusi fonda köçürülür. Əlavə gəlir mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin bu fəsildə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş digər fəaliyyət məqsədləri üçün istifadə edilə bilər; Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi; 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir; 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; 136.1.3. kommunal xidmətlərə görə haqq; 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir; 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir; 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; 137. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi; 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər; 140. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xərcləri: 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur; 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir;

16. Beləliklə, tələb edilən iddianın mübahisələndirilən hissəsi üzrə hüquqi əsaslar müəyyən edilməmiş, habelə "xxxx" MMMC-nin faktiki fəaliyyəti və bunlara dair reqlamentə edilmiş əsasları məhz 27 iyun 2019-cu il tarixindən başlamışdır. Yəni, müdafiə edilən hissədə onun tələb hüquqlarının bu tarixdən başlandığı nəzərə alınanda tələbin hüquqi əsaslarının müəyyən edilməməsi ilə bərabər, həm də onun faktik əsaslarında da uyğunsuzluq müəyyən edilir. Tələb üzrə apellyasiya icraatı zamanı hissəvi dəyişdirilmə prosessual qanunvericiliklə nəzərdə tutulmadığından barışıq niyyəti ilə tələb edilənlərin həcminin azaldılması yalnız barışığın baş tutduğu halda müzakirə edilə bilərdi. Bununla belə qeyd edilməlidir ki, hazırkı tələb üzrə məhkəmələrdə formalaşmış qənaət digər əsaslarla və ya digər predmet barədə tələblər irəli sürülməsinə maneələr yaratmır.

17. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci də onu ödəyənlərə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1495/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar