Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8384/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X19 iştirakı ilə, İddiaçı cavdehlər Cavabdeh1 və X12 qarşı “pul tələbinə dair” 2(008)-1091/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Pirşağı bələdiyyəsinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin alınması üçün ödədiyi 4375 ABŞ dollarının, evinin dəyəri olaraq 42420 manat məbləğin, maddi ziyan olaraq çəkdiyi 2000 manat məbləğin, mənəvi ziyana görə 10000 manatın və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək, Pirşağı bələdiyyəsinin əsl cavabdeh X11 əvəz edilməsini, Cavabdeh1b Həbibulla oğlundan 4375 ABŞ dollarının, cavabdeh Tofiq Elxan oğlundan Cəbrayılovdan 42400 manatın, mənəvi ziyanan görə cavabdehlərdən müştərək qaydada 10000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirşağı qəsəbəsində Delfin marketin arxasında yerləşən 0,06 ha torpaq sahəsini 2013-cü ildə cavabdeh Pirşağı Bələdiyyəsinin sabiq sədri X20 vasitəsi ilə Cavabdeh1 4375 ABŞ dolları ödəyərək almışdır. 14.11.2013-cü il tarixində tərtib edilmiş, qanunvericiliklə müəyyən edilmiş alqı-satqı müqaviləsi tərəflər, onların şahidləri tərəfindən imzlanmış, müqavilədə alqı-satqı nəticəsində yarana biləcək problemlərə görə məsuliyyəti Cavabdeh1b Həbubulla oğlu öz üzərinə götürmüşdür. Həmin torpaq sahəsində bir mərtəbəli ev tikmişdir. X32 ilə əməkdaşlıq müqaviləsi olan “Mülkiyyətçi MMC” tərəfindən 12.04.2007-ci il tarixində qiymətləndirilmiş, qiymətləndirmə rəyi Pirşağı Bələdiyyəsinin sabiq sədri X29 tərəfindən imzalanmış, evin yekun bazar dəyəri həmin müddət üçün 11400 manat qiymətləndirilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının hüdudlarını tərk etdiyindən evin idarəçiliyini etibarnamə əsasında X4na tapşırmışdır. 2018-ci ilin aprel-may aylarında özünü Mamed adı ilə təqdim edən X16 telefonla X4na zəng edərək torpağın ona məxsus olduğunu bildirmiş, halallıq üçün ona 1000 manat təklif etmişdir. X4 təkliflə razılaşmamış, 2019-cu ilin mart ayında evinə baş çəkərkən 5360 manat dəyərində ev əşyalarının talandığını gördükdə ərizə ilə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Şikayət əsasında Azərbaycan Respublikasının CM-in 177.2.3-cü və 177.2.4-cü maddələri ********* saylı cinayət işi başlanmış, araşdırmanının gedişində Cavabdeh1 torpaq sahəsinin dəyəri olaraq ondan aldığı 4375 ABŞ dollarının əvəzində 3000 manat məbləği ibtidai araşdırma orqanına ödəmiş, lakin İddiaçının hüquqlarının müdafiəsini həyata keçirən vəkil X19 iştirakı ilə ziyan tam ödənilmədiyindən ibtidai araşdırma orqanına qaytarılmış, bu barədə protokol tərtib edilmişdir. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi S.Hacıyevin “sübutların qiymətləndirilməsi haqqında” 20.09.2019-cu il tarixli qərarı ilə onun 4375 ABŞ dolları məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Cavabdeh1 barəsində Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitamı verilmiş, oğurluq faktına görə material ayrılmışdır. Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun müstəntiqi A.Yaqubovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01.04.2020-ci il tarixli qərarında Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən hissəvi xitam verildiyi qeyd edilmişdir. X7 sabiq sədri X24 əməlində Azərbaycan Respublikasının CM-in 308.1-ci maddəsinin əlamətləri olduğu müəyyən edildiyi, cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən hissəvi xitam verildiyi qeyd edilmişdir. Göründüyü kimi Pirşağı Bələdiyyəsinin hər iki sədrinin əməlində Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin, Cavabdeh1 əməlində CM-in 178.1-ci maddəsinin tərkibi olduğu istintaqla müəyyən edilmişdir. Bu səbəblə də ona dəymiş ziyan hər iki cavabdeh tərəfindən müştərək qaydada ödənilməlidir. Cavabdeh Pirşağı Bələdiyyəsinin, habelə hazırki iddia üzrə Cavabdeh1 qanunsuz hərəkətləri - torpaq sahəsini satmaq görüntüsü yaradaraq etdikləri hərəkət nəticəsində onun 4375 ABŞ dolları məbləğində pulu cavabdehdə qalmışdır. Onlara inanıb tikdirdiyi bir mərtəbəli evin dağılması nəicəsində hazırki bazar qiyməti ilə 42400 manat qiymətləndirilən əmlakdan məhrum olmuşdur. Mübahisəli torpaq sahəsi 16.08.2016-cı il tarixində etibarnamə ilə Mustafayev İntizam adlı şəxs tərəfindən X1, sonuncu ilə Pirşağı Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmış, T.Cəbrayılov onun tərəfindən tikilmiş iki otaqlı, birmərtəbəli yaşayış evinə əlavələr tikmiş və hazırda onun sahibliyində və istifadəsindədir. Adı çəkilən torpaq sahəsinin onun istifadə və sahibliyində olması faktını, həmçinin orada bəzi əmlakların olmasını T.Cəbrayılov Sabunşu rayon Prokurorluğunda verdiyi ifadəsində təsdiq etmiş, həmin etiraf cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01.04.2020-ci il tarixli qərarda öz əksini tapmışdır. Adı çəkilən torpaq sahəsində tərəfindən inşa edilmiş iki otaqlı birmərtəbəli tikilinin hazırki bazar qiyməti "xxxx" MMC tərəfindən 42420 manat olaraq qiymətləndirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuş, tətbiq olunmalı qanun tətbiq olunmamış, əksinə tətbiq olunmamalı qanun tətbiq olunmaqla səhv nəticəyə gəlmişdir. Məhkəmənin iddia müddətini tətbiq etməklə idddianı rədd etməsi səhv nəticəyə gəlinməsini göstərir. Adı çəkilən torpaq sahəsini alanda vicdanlı tərəf kimi iştirak etmiş, torpaqla bağlı qaranlıq məqamlar ona məlum olmamışdır. 2018-ci ildə Mamed adlı şəxsin bacısı Fatma Qasımovaya zəng edərək adı çəkilən torpaq sahəsinin sahibinin olması və əvəzində 1000 manat verərək hallalıq almaq istədiyini bildirmiş, İntizam Mustafayev isə 2018-ci ilin avqust ayında həmin torpaq sahəsini Tofiq adlı şəxsə satmasını, həmin puldan ona halallıq üçün 1000 manat göndərdiyini bildirməsi ilə ona məlum olmuşdur ki, torpaq sahəsi problemli imiş, yəni hüququnun pozulmasını həmin andan bilmişdir. Hakim isə qətnamədə qeyd edir ki, həmin torpaq sahəsinin başqa şəxsə məxsus olmasını müəyyən etmək üçün heç bir hərəkət etməmiş, bununla bağlı məlumatlı olsa da məhkəmədə iddia qaldırmamışdır. Həmin vaxtın hüququnun pozulması anının məlum olduğu qənaətinə gəlməkdə məhkəmənin hansı fakta əsaslanması özü şübhəlidir və hakimin öz yalnış ehtimallarıdır. Məhkəməni, həmçinin T.Cəbrayılova münasibətdə iddianın rədd edilməsi qənaətinə gələrək mübahisəli torpaq sahəsində olan tikilinin onun tərəfindən həyata keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi barədə gəldiyi nəticə də əsassızdır. 2013-cü ilin sentyabr ayından torpaq sahəsi istifadəsində olduğu zaman özbaşına tikililərin qeydiyyata alıması üçün tikilinin qiymətləndirilməsi zərurəti ortaya çıxdıqdan sonra "xxxx" MMC-nin 18.12.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən torpaq sahəsində tikilinin olması və tikilinin həmin dövr üçün bazar qiymətinin 11400 manat olması kimi göstərilmişdir. Cavabdeh T.Cəbrayılov vermiş olduğu izahatında 2018-ci il avqustun 16da torpaq sahəsini alan zaman orada 1 mərtəbəli 2 otaqlı evin olmasını bildirməklə fakt öz təsdiqini tapmış, lakin həmin tikilinin X8 tərəfindən inşa edilməsini bildirsə də, sonuncu müstəntiqə vermiş olduğu izahatında belə bir faktı bildirməmişdir. Bu hal tikintinin inşasının onun tərəfindən aparılmasını inkar etmir, yəni ona satılmış, istifadəsində olmuş və orada aparılmış tikili də daxil torpaq sahəsinin cavabdeh T.Cəbrayılova 2018-ci ilin avtust ayında satılmasından sonra halallıq üçün 1000 manat göndərilməsi qanunla qorunan hüququnun pozulması anının başlanğıcını və iddia müddətinin axımının həmin andan başlanmasını göstərir. Hesab edir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, ədalətli araşdırma aparmamış, nəticədə hüquqları kobud surətdə pozulmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. İş materiallarına əlavə edilmiş 27.10.2006-cı il tarixli, 1144 saylı icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsi tərəfindən Pirşağı qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi bağçılıq məqsədi ilə 27.10.2016-cı il tarixədək X5 icarəyə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinin Sabunçu Rayon Məhkəməsinə ünvanladıdığı 19.11.2020-ci il tarixli, 473 saylı məktubunda göstərilmişdir ki, mübahisəli torpaq sahəsi Pirşağı bələdiyyəsi tərəfindən 27.10.2006-cı il tarixində 1144 saylı icarə müqaviləsi əsasında X3 istifadəsinə verilmişdir. 23.06.2009-cu il tarixində X13 həmin torpaq sahəsini etibarnamə əsasında X2 istifadəsinə vermişdir. Sonuncu tərəfindən də həmin torpaq sahəsi etibarnamə əsasında X9 istifadəsinə vermişdir. Qeyd edilən torpaq sahəsinin icarəyə verilməsinə baxmayaraq uzun müddət baxımsız vəziyyətdə qalmışdır. Bu səbəbdən də bu sahəni Yusifov X18 Fikrət Qasım oğluna satmış və sonuncu həmin sahədə bir otaqlı ev tikmişdir. Pirşağı bələdiyyəsinin əməkdaşları bu evi qeydiyyata almaq məqsədi ilə "xxxx" MMC tərəfindən qiymətləndirmə rəyi verilmişdir. İş materiallarında olan Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 16.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi tərəfindən Pirşağı qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair X13 tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi barədə X12 etibarnamə vermişdir. Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi S.Hacıyevin 20.09.2019-cu il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarının surətindən görünür ki, Cavabdeh1 14.09.2013-cü il tarixində İddiaçı etibarından sui-istifadə edərək Pirşağı qəsəbəsində, dəniz kənarında, Delfin marketin arxa tərəfində yerləşən torpaq sahəsinin özünə məxsus olması barədə yalan məlumat verməklə onu aldadaraq torpaq sahəsini satmaq adı ilə İddiaçı həmin tarixə uyğun məzənnə ilə 3412.5 manat dəyərində 4375 ABŞ dolları pulunu ələ keçirərək Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətmişdir. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən Cavabdeh1 barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir. Sabunçu rayon prokurorluğunun müstəntiqi A.Yaqubov tərəfindən qəbul edilmiş 01.04.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, X17 ərizəsi əsasında aparılmış araşdırma ilə bağlı X8 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Pirşağı qəsəbəsində Delfin marketin arxasında yerləşən 0,06 ha torpaq sahəsini 2009-cu ildə Ağamoğlan adlı şəxsdən almışdır. Özü hərbiçi olduğu üçün bir neçə il torpağa baş çəkə bilməmiş, 2013-cü ildə qonşuluqda yaşayan sakinlərdən biri ona zəng edərək torpağın başqa bir şəxsin ev tikmək istədiyini bildirmişdir. O, məzuniyyət götürərək Pirşağıya gəlmiş, həmin torpaq sahəsinin Baba adlı şəxsin Fikrət adlı şəxsə satdığını öyrənmişdir. Onlardan sənəd istədikdə sənədləri təqdim edə bilməmişlər. O, Fikrətə həmin torpaq sahəsinin ona məxsus olduğunu, evin tikintisinin qanunsuz olduğunu bildirmişdir. Bundan sonra qonşulardan həmin torpaq sahəsində 1 otaqlı evin tikildiyini öyrənmişdir. 2018-ci ildə həmin torpaq sahəsini Tofiq adlı şəxsə 10000 manat dəyərində satmışdır. X22 izahatında bildirmişdir ki, həmin torpaq sahəsini 16.08.2018-ci il tarixində İntizam Mustafayev adlı şəxsdən almışdır. O həmin torpaq sahəsini aldıqda torpaq sahəsinin ərazisində 1 mərtəbəli 2 otaqlı ev olmuşdur. İntizamın deməsinə görə həmin evi o tikmişdir. İş materaillarına "xxxx" MMC-nin 18.12.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən həmin torpaq sahəsində İddiaçı məxsus olan tiklinin bazar qiyməti 11400 manat müəyyən edilmişdir. Həmin rəy "xxxx" MMC-nin direktoru, ekspert mütəxəssis və Pirşağı bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. "xxxx" MMC-nin 25.09.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən həmin torpaq sahəsində mövcud olmuş tikilinin bazar qiyməti 42420 manat müəyyən edilmişdir. Göründüyü kimi iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Pirşağı bələdiyyəsi tərəfindən 27.10.2006-cı il tarixində 1144 saylı icarə müqaviləsi əsasında X3 istifadəsinə verilmişdir. 23.06.2009-cu il tarixində X13 həmin torpaq sahəsini etibarnamə əsasında X2 istifadəsinə vermişdir. 14.09.2013-cü il tarixində Cavabdeh1 həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpaq sahəsini satmaq məqsədilə İddiaçı 4375 ABŞ dolları məbləğində pul almışdır. İddiaçı həmin torpaq sahəsində tikili inşa etmiş, "xxxx" MMC-nin 18.12.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən həmin tiklinin bazar qiyməti 11400 manat müəyyən edilmişdir. 16.08.2018-ci il tarixdə X10 tərəfindən həmin torpaq sahəsi etibarnamə əsasında X9 istifadəsinə verilmişdir. X17 ərizəsi əsasında Sabunçu rayon prokurorluğunda aparılmış araşdırma zamanı X8 verdiyi izahatında mübahisəli torpaq sahəsində İddiaçı tərəfindən tikili inşa edildiyi etiraf edilmişdir. Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi S.Hacıyevin 20.09.2019-cu il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə Cavabdeh1 Pirşağı qəsəbəsində, dəniz kənarında, Delfin marketin arxa tərəfində yerləşən torpaq sahəsini satmaq adı ilə İddiaçı 4375 ABŞ dolları pulunu ələ keçirərək Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməsi ilə bağlı cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 qarşı təmin olunmaması hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarına əsasən Cavabdeh1 dələduzluq edərək özünə məxsus olmayan torpaq sahəsini iddiaçıya satmışdır. Belə olan halda iddia müddətinin axımı iddiaçının öz hüququnu pozulduğunu bilməli olduğu vaxtdan, yəni 14.11.2013-cü il tarixindən hesablanmalıdır. İddiaçı ilə cavabdeh arasında sadə yazılı formada bağlanmış müqavilə daşınmaz əşyanın alqı-satqısı ilə bağlı şərtə əməl edilmədən bağlanması səbəbi ilə etibarsız olsa da, tərəflər arasında yaranmış mübahisə müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Belə olan halda iddiaçı MM-in 373.2-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətini keçirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razı deyildir. Belə ki, işin müəyən edilmiş faktiki hallarına əsasən Cavabdeh1 qarşı iddia tələbinin qanuni əsasını delikt pozuntusundan irəli gələn hüquq normaları təşkil edir və iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülli Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 373.1-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli torpaq sahəsində bir mərtəbəli, iki otaqlı evin onun tərəfindən tikildiyini təsdiq edən hər hansı sübut təqdim edə bilmədiyinə görə iddianın cavabdeh X12 qarşı təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, mübahisəli torpaq sahəsi X9 istifadəsinə verildiyi 16.08.2018-ci il tarixədək iddiaçı tərəfindən həmin sahədə "xxxx" MMC-nin 18.12.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 11400 manat dəyərində tikili inşa edilmiş və hazırda həmin tikili cavabdeh Tofiq Cəbrayılovun istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, kollegiyanın gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1b Həbibulla oğlundan 4375 ABŞ dolları, cavabdeh X6 isə qeyd edilən torpaq sahəsində inşa edilmiş tikilinin dəyəri olan 11400 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı iddia tələbində cavabdehlər tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi halları sübut edən müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X14rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(008)-1091/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin olunsun. Cavabdeh1b Həbibulla oğlundan 4375 (dörd min üç yüz yetmiş beş) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və cavabdeh X6 11400 (on bir min dörd yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8384/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8384/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver