Məhkəmə qərarları › İş №2(103)-8395/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8395/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8395/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 26 yanvar 2018-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.01.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdehlər İzzət və Cavabdeh1lər eyni ünvanda, yəni ünvan 1lar. İş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə cavabdehlərin, o cümlədən İzzət və Cavabdeh1lərin ünvanı üzrə göndərilmişdir. “Məhkəmə aktının təqdim edilməsi barədə məhkəmə qəbzindən” (iş v. 88) görünür ki, məhkəmə qətnaməsi Cavabdeh2 qardaşı olan Cavabdeh1 22.05.2020-ci il tarixdə şəxsən də verilmişdir. MPM-nin 135.3-ci maddəsinin mənasına görə, məhkəmə sənədləri (o cümlədən məhkəmə aktı) iş üzrə tərəf olan şəxsə və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilə bilər. Belə olan təqdirdə hesab edilməlidir ki, qətnamə Cavabdeh2 rəsmi qaydada verilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 22.06.2020-ci il hesab edilir. Lakin Cavabdeh2 apellyasiya şikayətini 07.07.2021-ci il tarixdə Rayon Məhkəməsinə təqdim etmişdir. Bundan başqa Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin 05.07.2021-ci il tarixdə Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 verilməsi ötürülmüş prosessual müddəti bərpa etməmiş, nə də ki, prosessual müddətin yenidən hesablanması üçün zəmin yaratmamışdır. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh2 tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş Cavabdeh2 Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 26 yanvar 2018-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti, mülki işlə birlikdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar