Məhkəmə qərarları › İş №2(103)-8397/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8397/2021

01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8397/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35000 manat vurulmuş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında 6 il müddətində dayə işləmişdir. O, 29 yanvar 2019-cu il tarixdən başlayaraq həmin ilin mart ayının əvvəllərinə qədər olan müddət ərzinda dolabda olan iki ədəd xırda çantalardan bir ədəd sarı qızıldan 583 əyarlı üzəri brilyant qaşlarla bəzədilmiş 25qram çəkidə olan 4150 manat dəyərində saat, bir ədəd sarı qızıldan 750 əyarlı 15 qram çəkidə üzərində antikvar fiqurlar olan 2200 manat dəyərinda üzük, bir ədəd sarı qızıldan 750 əyarli 12 qram çəkidə üzərində antikvar fiqurlar olan 2000 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 6 qram çəkidə üzərində antikvar fiqurlar olan 1300 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 12 qram çəkidə üzərində antikvar fiqurlar olan 1800 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 9 qram çəkidə üzərində antikvar fiqurlar olan 1500 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 7 qram çəkidə üzərində antikvar fiqurlar olan 1000 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 9 qram çəkidə üzərində antikvar fiqurlar olan 700 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 6 qram çəkidə üzərində antikvar fiqurlar olan 500 manat dəyərində üzük, bir ədəd sarıqızıldan 585 əyarlı 20 qram çəkidə üzərində anlikvar fiqurlar olan 1700 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 16 qram çəkidə üzərində antikvar fiqurlar olan 1500 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı qram 4 çəkidə olan 150 manat dəyərində uşaq qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı 3 qram çəkidə 50 manat dəyərində uşaq qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 800 manat dəyərində onluq, bir ədəd sarı qızıldan 585 əyarlı 3 qram çəkidə 400 manat dəyərində beşlik, bir ədəd sarı qızıldan 585 əyarlı 12 qram çəkidə 1500 manat dəyərində qolbaq, bir ədəd Sibir qızıldan 750 əyarlı 12 qram çəkidə 7000 manat dəyərində qolbaq, 10 ədəd sarı qızıldan 585 əyarlı bir ədədinin çəkisi 10 qram olan hər birinin dəyəri 1000 manat, ümumilikdə 10.000 manat dəyərində olan qolbaqlar, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 500 manat dəyərində kişi üzüyü, bir ədəd sarı qızıldan 585 əyarlı 1,10 qram çəkidə 200 manat dəyərində sırğa və bir ədəd sarı qızıkdan 585 əyarlı 4,96 qram çəkidə 150 manat dəyərində sırğanı oğurlamış və ümumilikdə ona 40.000 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh barəsində aparılan cinayət işi çərçivəsində o, 5000 manat pulunu qaytarmış, qalah 35 000 manat vurulmuş ziyanı isə hazıra kimi ödəməkdən imtina edir. Cavabdehin həmin əməlin tərədilməsində təqsiri məhkəmənin hökmü ilə təsdiq edildiyinə görə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh iddia tələbi üzrə 35000 (otuz beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 35030 (otuz beş min otuz) manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının mənzilindən barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilindiyi Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli 1(007)- 275/2019 saylı hökmündə hazırda iddiaçı olan zərərçəmiş şəxs İddiaçı ifadəsi sübut kimi qəbul olunaraq hesab etmişdir ki, onun mənzilindn 40 min manat dəyərində olan qızıl-zinət əşyaları olmuşdur və onlar tərəfindən oğlurlanmışdır. Əslində iddiaçının mənzilində 40 min manat dəyərində qızıl-zinət əşyalarının olmasını təsdiq edən heç bir sübut, o cümlədən həmin əşyaların fotoşəkilləri, qiymətləri barədə heç bir ekspert rəyi də yoxdur. Yalnız iddiaçının sözlərinə görə onun mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyalarının tərəfinən oğurlanılması nəticəsinə gəlinmişdir. İddiaçının mənzilindən apardığı qızıl-zinət əşyalarının bazar qiyməti təxminən 3-4 min manat olmuş, pula ehtiyacı olduğundan onları “Laçın” Ticarət Mərkəzində olan qızıl mağazalarında sataraq təxminən 2750 manat pul əldə etmişdir. Buna baxmayaraq hazırda iddiaçı olan İddiaçı istintaq müddətində 5000 manat pul ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını, apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan və Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2019cu il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin 01 yanvar 2019-cu il tarixli 1(010)-275/2019 saylı hökmü ilə müəyyən olunur ki, Əbdülova Sevinc Aslan qızı təqsirli bilinmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 yanvar 2019-cu il tarixindən başlayaraq həmin ilin mart ayının əvəllərinə qədər olan müddət ərzində dayə kimi işlədiyi İddiaçı məxsus ünvan 2 ünvanında dolabda olan iki ədəd xırda çantalardan bir ədəd sarı qızıldan 583 əyarlı üzəri brilyant qaşlarla bəzədilmiş 25 qram çəkidə 4150 manat dəyərində saat, bir ədəd sarı qızıldan 750 əyarlı 15 qram çəkidə üzərində antikvar fiqurlar olan 2200 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 12 qram çəkidə üzərində antikvar fiqurlar olan 2000 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 6 qram çəkidə üzərində antikvar fiqurlar olan 1300 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 12 qram çəkidə üzərində antikvar fiqurlar olan 1800 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 9 qram çəkidə üzərində antikvar fiqurlar olan 1500 mant dəyərində üzük, bir ədəd sarı qızıldan olan 585 əyarlı 7 qram çəkidə üzərində antikvar fiqurlar olan 1000 manat dəyərində üzük, bir ədəd sarı qızıldan olan 585 əyarlı 9 qram çəkidə üzərində antikvar fiqurlar olan 700 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 6 qram çəkidə üzərində antikvar fiqurlar olan 500 manat dəyərində üzük, bir ədəd 585 əyarlı 20 qram çəkidə üzərində antikvar fiqurlar olan 1700 manat dəyərində üzük, bir ədəd sarı qızıldan olan 585 əyarlı 16 qram çəkidə üzərində antikvar fiqular olan 1500 manat dəyərində olan üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 4 qram çəkidə 150 mamnat dəyərində uşaq qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı 3 qram çəkidə 150 manat dəyərində uşaq qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 800 manat dəyərində onluq, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 800 manat dəyərində onluq, bir ədəd sarı qızıldan 585 əyarlı 3 qram çəkidə 400 manat dəyərində beşlik, bir ədəd sarı qızıldan 585 əyarlı 12 qram çəkidə 1500 manat dəyərində qolbaq, bir ədəd Sibir qızılından 750 əyarlı 12 qram çəkidə 7000 manat dəyərində qolbaq, 10 ədəd sarı qızıldan 585 əyarlı bir ədədinin çəkisi 10 qram olan hər birinin dəyəri 1000 manat, ümumilikdə 10000 manat dəyərində olan qolbaqlar, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 500 manat dəyərində kişi üzüyü, bir ədəd sarı qızıldan 585 əyarlı 1.10 qram çəkidə 200 manat dəyərində sırğa və bir ədəd sarı qızıldan 585 əyarlı 4.96 qram çəkidə 150 manat dəyərində sırğanı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 40000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan tələbindən məlum olur ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması vacibdir. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqazidd davranışı, bu davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun təqsiri aiddir. Mülki qanunvericiliyə əsasən, mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Göründüyü kimi, hazırkı mülki iş üzrə mülki məsuliyyətin yaranmasına əsas verə biləcək üç məcburi halların məcmusu təhlil olunmalı, cavabdehin təqsirlilik dərəcəsi araşdırılmalıdır. Şərtlər dedikdə isə cavabdehin iddiaçılara münasibətdə hüquqa zidd davranışının olub-olmaması, məhz bu davranış nəticəsində yaranan zərər arasında səbəbli əlaqə və zərər vurulması faktı anlaşılmalıdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, sadalanan xüsusatlara, qanunvericilik aktı normalarına əsasən, eləcə də yuxarıda göstərilən hökmlə cavabdehin törətdiyi cinayət əməli ilə iddiaçıya zərər vurulması sübuta yetirildiyindən məhkəmə hesab edir ki, onun tərəfindən vurulmuş ziyan İddiaçı ödənilməlidir.. Cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-275/2019 saylı 01 noyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh özgənin əmlakını gizli ələ küçiib zərərçəkmiş şəxsə 40000 manat məbləğində ziyan vuraraq oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2019cu il tarixli qərarı ilə məhkum Cavabdeh müdafiəçisi Abışov İsmayıl Abış oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanımışdır. Belə olan halda isə qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdehin iddiaçıya vurduğu zərər sübuta yetirildiyindən şikayət təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar