Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-840/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2252/2020 saylı, 20 noyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ** VH *** dövlət nömrə nişanlı BMW markalı X6 modelli avtomaşının alınması üçün ödədiyi 15 000 manat pulun cavabdehdən alınaraq ona verilməsi, tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh ondan aldığı 15000 manatdan qaytardığı 2200 manat çıxmaqla 12800 manat pulun tutulmasını, 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrimə tutulmasını, avtomaşının ehtiyat açarının hazırlanması üçün tərəfimdən ödənilmiş 300 manat pulun tutulmasını, ümumilikdə isə 13130 manat pulun cavadebhdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə alqı-satqı işləri ilə əlaqədar tanış olmuşdur. Alqı-satqının məğzi mülkiyyətində olan ** VH *** dövlət nömrə nişanlı BMW markalı X6 modelli avtomaşının satılması ilə əlaqədar olmuşdur. Razılaşmaya əsasən avtomaşın bankda girovda olduğundan avtomaşına 15 000 manat nəğd, qalan 13 680 manat pulun isə aylıq olaraq 1000 manat banka ödəməklə razılaşmışlar. Şifahi razılığa əsasən tərəfindən şahidlərin yanında 15 000 manat nəğd surətdə cavabdehə vermişdir. Bununla bağlı cavabdeh mülkiyyətçisi olduğu avtomaşınla bağlı ona notariat orqanında 2021-ci il tarixədək etibarnamə vermişdir. Lakin, cavabdeh 3 fevralda onun yanına gələrək bildirmişdir ki, avtomaşının banka olan borcunu tam bağlamaq lazımdır. O, buna etiraz edəndə cavabdeh avtomaşını başqa şəxsə satacağını bildirmişdir. Bununla da ona maddi ziyan vurmuşdur. Cavabdeh avtomaşın üzrə ondan aldığı 15 000 manat puldan ona 2200 manat pulu 2019-cu ilin fevral ayında qaytarmış, qalan pulu isə tez bir zamanda qaytarması vədini versə də, buna əməl etməmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyət düşmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(008)- 2252/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2252/2020 saylı iş üzrə 20.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iddiaçının iddiasının təmin olunmasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən istinad etdiyi halların təsdiq ediləcəyi sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də tərəf hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Hesab edir ki, məhkəmənin belə bir qənaətə gəlməsi tamamilə absud bir fikirdir, belə ki, Sabunçu rayon məhkəməsi ilk olaraq bu mülki işə 1 ildən çox müddətə baxıb. Həmin müddət ərzində iddiaçı tərəfindən təqdim edilmiş sübutlara məcmu şəklində qiymət verməmiş, işin birtərəfli aparılması üçün iddiaçı tərəfindən verilmiş, ilkin olaraq məhkəmə tərkibinə, hakimə etiraz və ümumi məhkəməyə verilmiş etirazlar təmin etməyərək sifarişli şəkildə qətnamə qəbul etmişdir. Bununla da hakim 20 noyabr 2020-cı il tarixli 2(008)-2252/2020 saylı qətnaməni çıxarmaqla mülki mühakimə icraatında mülki işin baxılmasını nəzərdə tutan maddi və prossesual hüquq normalarını kobud surətdə pozmaqla əsassız bir qətnamə çıxarmağa nail olmuşdur. Noyabr ayında çıxarılmış qətnamə fevral ayında iddiaçıya göndərilmişdir. Bu da əsas hakimin bu işə qərəzli yanaşmasıdır. Qətnamənin tərəflərə bu aylar ərzində göndərilməməsi bunun hal-hazırdakı dünyada və Azərbaycanda mübarizə aparılan pandemiya ilə heç bir əlaqəsi yoxdur. İşin hallarına gəlincə qeyd edir ki, alqı-satqının predmeti olan ** VH *** dövlət nömrə nişanlı, BMW markalı X6 modelli avtomaşının satılması ilə əlaqədar olmuşdur. Razılaşmaya əsasən avtomaşın bankda girovla yüklü olduğundan avtomaşına 1500 (on beş min) manat nəğd, qalan 13.680 (on üç min altı yuz səksən) manat pulun isə aylıq olaraq 1000 min) manat banka ödəməklə razılaşmışlar. Şifahi razılığa əsasən iddiaçı tərəfindən şahidlərin iştirakı ilə 15000 (on beş min) manat nəğd surətdə cavabdeh həci Cavabdeh vermişdir. Bununla bağlı cavabdeh mülkiyyətçisi olduğu avtomaşınla bağlı ona notariat orqanında 2021-ci il tarixədək etibarnamə vermişdir. Məhkəmə tərəfindən vəsatət verilərək şahidlərin məhkəmə prosesində iştiraklarına şərait yaradılmasına hakim vaxtının olmaması və prosesdə şahidlərin gəlməsində maraqlı olmamasını bildirməsidir. İddiaçı tərəfindən qeyd edilənlər məhkəmə baxışında səslənsə də məhkəmə həmin xüsusatı yoxlamadan şahidlərin məhkəmə baxışına gəlmələrinə əngəllər yaradaraq, dəvət etmədən, onların ifadəsi alınmadan öz mülahizəsi əsasında əsassız və heç bir hüquqi normaya əsaslanmayan qətnamə qəbul etmişdir. Sabunçu rayon məhkəməsi qeyd olunan qətnaməni çıxarmaqla prosessual hüquq normalarını pozmuş, özünün qulluq mövqeyinə görə ədalətsiz, heç bir mötəbər sübutlara əsaslanmayan qətnamə çıxarmışdır. Hesab edir ki, Sabunçu rayon məhkəməsi məhkəmə qətnaməsində sübutların qiymətləndirilməsi mövcud münasibətlərə maddi və prosessual hüquq normasının tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə verilən suallara cavab olaraq 15.000,0 manat pulu 2019-cu ilin yanvar ayının sonlarında Cavabdeh verdiyini, uzun müddət hüquqşünas olaraq fəaliyyət göstərməsinə baxmayaraq pul verərkən heç bir qəbzə imza etdirmədiyini, bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı ona qarşı şər və böhtan atır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı Ramid Yusibəylini 2009-2010-cu ildən tanıyır. Birlikə işləmişlər, sonradan aralarında dostluq münasibətləri olmuşdur. İxtisasca rabitəçidir. Sözügedən işlə əlaqədar olaraq, maşın almaq üçün pul məsələsinin olmasından xəbərdar olduğunu qeyd etmişdir. İddiaçı maşın alması üçün Cavabdeh pul verdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, pul verilən günü İddiaçı ona zəng edərək, onunla görüşüb hardasa çay içmək istədiyini bildirmişdir. O, da razılaşaraq saat 6-da işdən sonra Ramidlə görüşmüşlər. Onlar “tri korona” adlanan yerin yaxınlığında gürcü restoranına getmişlər. Söhbət zamanı İddiaçı ona iki nəfərin gələcəyini və maşın almaq istəyini bildirmişdir. Daha sonra iki nəfər şəxs yaxınlaşmış, Ramidlə görüşüb danışmışlar. Ramid pulu həmin axşam verəcəyini bildirdikdə, o, Ramidə “pulu niyə axşam verirsən tanımadığın şəxslərə, sabah etibarnaməni sənə təqdim edəndə, səndə pulu ödəyərsən” demişdir. Ramid isə ona bildirmişdir ki, pulu indi ödəməlidir, maşını satan şəxslərə pul təcili lazımdır, harasa pul ödəməlidirlər. Pulu indi verəcəyini, maşına dair etibarnaməni isə İddiaçı sabah təqdim edəcəklərini bildirmişlər. Maşında əyləşmişlər İddiaçı Cavabdeh 5000 (beş min) ABŞ dolları və 6.500 (altı min beş yüz) manat verdiyini qeyd etmişdir. İddiaçı maşının sükan arxasında oturduğunu, Cavabdeh qabaq oturacaqda oturduğunu, özünün və Cavabdehlə gələn adamın isə arxa oturacaqda oturduqlarını qeyd etmişdir. Ramil Yusifbəyli pulu Cavabdeh verəndə, pulun miqdarını səsləndirərək sayıb verdiyini bildirmişdir. 5000 (beş min) ABŞ dolları və 6.500 (altı min beş yüz) manat Knaz Əliyevə maşın alması üçün vermişdir. Adamlardan şübhələndiyindən, səhəri gün İddiaçı zəng edərək, adamların ona maşına dair etibarnamə verib-vermədiklərini soruşduqda, İddiaçı maşına dair etibarnamənin təqdim edildiyini bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatını və şahid ifadəsini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qediyyatdadır. İş materiallarında olan 01 fevral 2019-cu il tarixli, 734568 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı adından ** VH *** dövlət nömrə nişanlı BMW X6 markalı avtomobillə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 2 il müddətinə 01.02.2021-ci il tarixədək verilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin 12 iyun 2019-cu il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avtomaşını ilkin ödənişsiz Ramid adlı şəxsə vermiş, avtomaşın isə onun adında qalmaqla davam etmişdir. Ramid avtomaşını götürdükdən sonra krediti vaxtı-vaxtında ödəyə bilmədiyinə görə “Bank Standart” onu məhkəməyə vermiş, məhkəmə isə qətnamə ilə avtomaşının bank borcunun ödənməsi vəzifəsini Ramidin deyil, onun üzərinə qoymuşdur. Ramid Vüsalla görüşərək avtomaşının özündə olduğunu, avtomaşını başqa şəxsə satıb bankın borcunu bağlamağa söz verməklə onu aldadaraq ondan notarial qaydada iki il müddətinə etibarnamə almış, lakin yenə də pulu ödəmədiyinə görə DYP avtomaşını tapıb cərimə meydançasına yerləşdirmişdir. Bundan sonra avtomaşının bank borcunu tam olaraq ödəməyə söz vermiş Ceyhun adlı şəxsə maşını satdıqda sonuncu dərhal bankın borcunu bağlamış və avtomaşını öz adına keçirmişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin 03 oktyabr 2019-cu il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avtomobili maddi vəziyyəti ilə əlaqədar qızının yoldaşı Turala vermişdir. Tural avtomobili ondan alandan sonra iki ay ayda 1500 manat olmaqla ödəniş etmiş, sonra isə avtomobili Ramid adlı şəxsə 1500 manata sataraq banka olan borcun Ramid tərəfindən bağlanılacağı barədə sonuncu ilə razılığa gəlmişdir.Lakin Ramid həmin avtomobili 4-5 ay sürüb ödəniş etmədiyi üçün avtomobilə görə bank onu məhkəməyə vermişdir. Qardaşı Vüsal icraçı Elçinlə görüşmüş və onların təklifi ilə bankın nümayəndəsinin iştirakı avtomobil Elvin Ələkbərov adlı şəxsə verilmişdir. Bir müddət sonra Kamran adlı icraçı onları çağırıb vtomobilə görə borcun ödənilmədiyini bildirmişdir. Vüsal ərizə yazmış və təkrarən avtomobilə həbs qoyulmuşdur. Kamranın verdiyi nömrələrə qarşı zəng etmiş və Ramid adlı şəxs ortaya çıxaraq avtomobilin onda olması barədə məlumat vermişdir. Ramidə inanıb etibarnamə vermişlər, lakin sonradan avtomobilin onda deyil, Ceyhun adlı şəxsdə olduğunu öyrənmişlər. Odur ki, Ramidə verdikləri etibarnaməni bir neçə gün sonra ləğv etdirmişlər. Avtomobilə görə sonradan verdiyi etibarnamələr üçün heç kimdən pul almamışdır. Ramidin ancaq əlində etibarnamə olması və avtomobilə aidiyyətinin olmaması məlum olmuşdur. Ramidə etibarnamə ona görə veriblər ki, Ramid onlara deyib ki, avtomobil ondadır, borcunu bağlamaq üçün etibarnamə vermək lazımdır. Ramid Knyaz və Vüsalı aldadaraq onlardan etibarnamə alması məlum olduğu üçün aradan çıxaraq qaçmışdır. İddiaçı hər hansı məbləğdə pul vəsaitinin, yaxud əmlakının ələ keçirilməsi müəyyən olunmamışdır. İddiaçı BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avtomobili şifahi alqı-satqı yolu ilə əldə edərək, avomobilin müqabilində banka olan borc pul vəsaitini ödəyəcəyinə dair üzərinə öhdəlik götürsə də, bu öhdəliyə riayət etməmiş nəticədə avtomobilin mülkiyətçisi tərəfindən avtomobilin idarə olunmasına dair ona verilmiş etibarnamə notarial qaydada ləğv edilmişdir. Həmçinin, həmin Qərarın surətindən görünür ki, İddiaçı izahatında göstərmişdir ki, 2019-cu ilin yanvar ayının sonlarında Cavabdeh ilə sonuncunun mülkiyyətində olan BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avtomobilin alqı-satqısı ilə bağlı razılığa gəlmişlər.Razılaşmaya əsasən təxminən 01 fevral 2019-cu il tarixdə Yasamal rayonu H.Zərdabi prospektində yerləşən “Üç tac” yaşayış kompleksinin qarşısında Cavabdeh BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avtomobilin müqabilində 15.000(on beş min) manat pul vermiş, həmçinin avtomobilin müqabilində banka aylıq 1000 manat məbləğində olmaqla 13.680,0 manat pul vəsaiti ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür.Sonradan Cavabdeh onu aldadaraq qeyd olunan avtomobili başqa şəxsə satmasını aşkar etmişdir.Bundan sonra Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin 03 oktyabr 2019-cu il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, (i/v-18 ) istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avtomobili şifahi alqı-satqı yolu ilə əldə edərək, avomobilin müqabilində banka olan borc pul vəsaitini ödəyəcəyinə dair üzərinə öhdəlik götürsə də, bu öhdəliyə riayət etməmiş nəticədə avtomobilin mülkiyətçisi tərəfindən avtomobilin idarə olunmasına dair ona verilmiş etibarnamə notarial qaydada ləğv edilmişdir. İddiaçı Cavabdeh tərəfindən dələduzluq yolu ilə 15.000(on beş min) manat məbləğində pul vəsaitini ələ keçirməsi barədə ərizəsində göstərilən xüsusatlar təsdiq olunmamışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun 135 saylı, 11 fevral 2019-cu il tarixli məktubundan görünür ki, 01 fevral 2019-cu il tarixdə Bakı şəhəri 27 saylı Notariat ofisində 7E-581 reyestrli İddiaçı verilən etibarnamə 11 fevral 2019-cu il tarixli, 8İ-6188 reyestrli ərizə əsasında ləğv edilmişdir. İş materiallarında olan LPO QSC "xxxx" KB-nin TT********** saylı, 12 fevral 2019-cu il tarixli mədaxil qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən ödənişin təyinatı 2(001)- 8828/2015 saylı qətnamə üzrə kreditin tam ödənilməsi ürə 13617,00 (on üç min altı yüz on yeddi manat 00 qək) manat LPO QSC "xxxx" KB-yə ödəmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli, 2(001)-8828/2015 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh kredit boru üzrə 20996,6 manat əsas borc, 820,18 manat fai borcu, 199,83 manat cərimə borcu, cəmi 22016,61 manat (iyirmi iki min on altı manat 61 qəpik) və məhkəmə xərci kimi ödənilmiş 30 manat dövlət rsumu tutularaq iddiaçı "xxxx" KB QSC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan LPO QSC "xxxx" KB-nin TT********** saylı, 27 aprel 2016-cı il tarixli mədaxil qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Cavabdeh "xxxx"ın bankı LPO QSC "xxxx" KB-yə kreditin ödənilməsi üçün 2000.00 (iki min manat 00 qəpik) manat ödənilmişdir. İş materiallarında olan 29 dekabr 2015-ci il tarixli, 7E-30282 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı adından ** VH *** dövlət nömrə nişanlı BMW X6 markalı avtomobillə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 1 il müddətinə 29.12.2016-cı il tarixədək verilmişdir. İşin mübahisəsiz halları aşağıdakılardan ibarətdir. Cavabdeh «Bank Standart»dan 45 000 manat kredit götürərək «BMW X6” markalı ** VH *** dövlət dövlət qeydiyyat nişanlı avtomobili (sonradan – mübahisəli avtomobil) əldə etmiş, eyni zamanda həmin avtomobili həmin Bankda girov qoymuşdur. Müəyyən vaxt kredit üzrə borcunu ödəsə də, sonra ödəyə bilməmiş, avtomobili qızının ərinə vermiş, o, isə avtomobili hazırki iş üzrə İddiaçı vermişdr.İddiaçı 2015-2016-cı illərdə avtomobili idstifadə etmiş və bunun üçün yuxarıda qeyd edilən ödədiyi pul vəsaitini (2000 manat) tələb etmir və buna görə heç bir iddiası yoxdur. Onların, yəni cavabdehin qızının əri ilə iddiaçının aralarında ödənişlə əlaqədar müəyyən münasibətlər yaranmış, həmin münasibətlər yoluna qoyulmuş və hər hansı pretenziya yaranmamışdır. Bu halı iddiaçı özü təsdiq etmişdir. Avtomobil iddiaçıda qalmış, o, kredit borcu bağlamağa söz vermiş, bu səbəbdən Cavabdeh mübahisəli avtomobillə bağlı müəyyən hərəkətləri etməyə dair iddiaçıya 01.02.2019-cu il tarixdə 2 il müddətinə etibarnamə vermişdir (Bakı şəhəri 27 saylı notariat ofisində reyestrdə 7E-581 nömrə ilə qeydə alınmış etibarnamənin surəti). Lakin həmin etibarnamə 10 gün sonra 11.02.2019-cu il tarixdə ləğv edilmişdir (1 saylı Bakı Asan Xidmət mərkəzində notariat kontorunun notariusu tərəfindən Cavabdeh ünvanlanmış 11.02.2019-cu il tarixli məktub). Sonradan cavabdeh mübahisəli avtomobili digər bir şəxsə satmışdır. İşin mübahisəli halları aşağıdakıdır. İddiaçının dediyinə görə o, 15 000 manat cavabehə vermiş, cavabdeh isə bu halı inkar edir.Cavabdehin dediyinə görə söz verilən məbləğ ona iddiaçı tərəfindən ödənilmədiyindən onun tərəfindən iki il müddətinə verilmiş etibarnamə 10 gün sonra ləğv edilmişdir. Hazırda iddiaçı cavabdehdən 12800 manat pulun, 30 manat dövlət rüsumunun, avtomaşının ehtiyat açarının hazırlanması üçün tərəfindən ödənilmiş 300 manat pulun tutulmasını istəyir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası, iddiaçı tərəfinin izahatına və mövqeyinə qiymət verərək həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. İddiaçı iddia edir ki, 15 000 manat pulu cavabehə vermiş, cavabdeh həmin pul vəsaitindən bir qismini qaytarmış, hazırda iddiaçı cavabdehdən 12.800 manat pulun, 30 manat dövlət rüsumunun, avtomaşının ehtiyat açarının hazırlanması üçün tərəfindən ödənilmiş 300 manat pulun tutulmasını istəyir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbində iddia etdiyi 300 manat pulu avtomobil açarını düzəltmək üçün ustaya verdiyini bildirmişdir.Odur ki, Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının avtomobil açarını düzəltmək üçün ustaya verdiyini iddia etdiyi 300 manat pulu Cavabdeh tələb etməsi əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Daha sonra iddiaçı iddia edir ki, 15 000 manat pulu cavabehə vermiş, cavabdeh həmin pul vəsaitindən bir qismini qaytarmış, hazırda iddiaçı cavabdehdən 12.800 manat pulu Cavabdeh tələb edərək iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 329.2-ci maddəsinə əsaslanaraq cavabdehlə arasında mübahisəli avtomobilə dair şifahi alqı-satqı müqaviləsi bağlanmasına idtinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: Maddə: 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən şahidin dindirilməsi barədə şərait yaradılmaması, bununla bağlı iş materiallarından göründüyü kimi, iddiaçı sədrlik edən hakimə etiraz verməsi nəzərə alınaraq apellyasiya baxışı zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidin ifadələri iş üzrə digər sübutlar, həmçinin iddiaçının polis orqanında verdiyi izahatları ilə əlaqəli qiymətləndirilərək məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin 03 oktyabr 2019cu il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, İddiaçı izahatında göstərmişdir ki, 2019-cu ilin yanvar ayının sonlarında Cavabdeh ilə sonuncunun mülkiyyətində olan BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avtomobilin alqı-satqısı ilə bağlı razılığa gəlmişlər.Razılaşmaya əsasən təxminən 01 fevral 2019-cu il tarixdə Yasamal rayonu H.Zərdabi prospektində yerləşən “Üç tac” yaşayış kompleksinin qarşısında Cavabdeh BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avtomobilin müqabilində 15.000(on beş min) manat pul vermiş, həmçinin avtomobilin müqabilində banka aylıq 1000 manat məbləğində olmaqla 13.680,0 manat pul vəsaiti ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür.Sonradan Cavabdeh onu aldadaraq qeyd olunan avtomobili başqa şəxsə satmasını aşkar etmişdir.Bundan sonra Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Həmin Qərardan göründüyü kimi, İddiaçı Polis orqanında izahatında pulu şahidin, o cümlədən şahid X1 yanında verdiyini bildirməmişdir. Həmçinin, apellyasiya baxışı zamanı əlavə verilən suallara cavab olaraq 15.000,0 manat pulu 2019-cu ilin yanvar ayının sonlarında Cavabdeh verdiyini, uzun müddət hüquqşünas olaraq fəaliyyət göstərməsinə baxmayaraq pul verərkən heç bir qəbzə imza etdirmədiyini, bildirmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 isə ifadəsində bildirmişdir ki, “....Maşında əyləşmişlər İddiaçı Cavabdeh 5000 (beş min) ABŞ dolları və 6.500 (altı min beş yüz) manat vermişdir.” Gründüyü kimi, iddiaçının polis orqanında izahatı ilə, məhkəmədə izahatı, eyni zamanda iddiaçının izahatı ilə şahidin ifadəsi arasında aşkar ziddiyyət vardır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlə şifahi razılaşmaya əsasən BMW X6 markalı, ** VH *** dövlət nömrə nişanlı avomobilin müqabilində banka olan borc pul vəsaitini ödəyəcəyinə dair üzərinə öhdəlik götürsə də, bu öhdəliyə riayət etməmiş nəticədə avtomobilin mülkiyətçisi tərəfindən avtomobilin idarə olunmasına dair ona verilmiş etibarnamə qısa müddətdə notarial qaydada ləğv edilmişdir.İddiaçı iddia edir ki, yuxarıda qeyd olunan şifahi razılaşmadan asılı olaraq 15 000 manat pulu cavabehə vermiş, cavabdeh həmin pul vəsaitindən bir qismini qaytarmış, hazırda iddiaçı cavabdehdən 12.800 manat pulu tələb edir.Lakin iddiaçının qeyd edilən tələbi mötəbər sübutlarla təsdiqini tapmamışdır.Bunlardan əlavə apellyasiya baxışında iddiaçıya verilən suallara cavab olaraq 15.000,0 manat pulu 2019-cu ilin yanvar ayının sonlarında Cavabdeh verdiyini, uzun müddət hüquqşünas olaraq fəaliyyət göstərməsinə baxmayaraq pul verərkən heç bir qəbzə imza etdirmədiyini bildirmişdir. Məhkəmə kollegiyası, MPM-in yuxarıda sadalanmış tələblərindən çıxış edərək bir daha vurğulayır ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər.Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(008)- 2252/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şərafət Məmmədova