Məhkəmə qərarları › İş №2(103)-8401/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8401/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8401/2019 02.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh, X7, X3 və X8 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdehlər Yeganə və Yaşar Allahverdi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli, 01 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə 64000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzili banka girov qoyulmuşdur. Dəfələrə cavabdeh xəbərdar edilməsinə baxmayaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh Ləğv prosesində olan İddiaçı-nin xeyrinə 53 986 ABŞ dolları əsas borcun, 14103 ABŞ dolları faiz borcun, 4990 ABŞ dolları cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh, X7, X3 və X5 həmin mənzildən çıxarılaraq mənzilin tam boşaldılıb Ləğv prosesində olan İddiaçıyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 53986 ABŞ dolları əsas borcun, 8272 ABŞ dolları faiz borcunun, 200 ABŞ dolları cərimənin, cəmi 62458 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın X2 mülkiyyətində olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 41 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı, cavabdehlər Yeganə və Yaşar Allahverdi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı ləğv prosesində olan İddiaçı iddia tələbini artıraraq xx.xx.2017-ci il tarixinə olan 14103 ABŞ dolları məbləğində olan faiz borcunu tələb etmişdir. Ekspert isə buna zidd olaraq Cavabdeh xx.xx.2015-ci il tarixinə (iddia ərizəsində tələb olunan tarixə) olan faiz borcunu hesablamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti rəy verərkən yanlışlığa yol vermişdir. Eyni zamanda hakim məhkəmə qətnaməsini elan edərkən bu yanlışlığa fikir verməmiş və faiz borcu hissəsində maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə səhv nəticəyə gəlmişdir. 53986 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış 14103 ABŞ dolları faiz borcunun, 4990 ABŞ dolları cərimənin, cəmi isə 4580 ABŞ dolları məbləğində borcun, cəmi 73079 ABŞ dolları borcun tutulması ilə bağlı qətnamə qəbul edilməlidir. Cavabdehlərin apellyasiya şikayəti belə əsaslandırılmışdır: İddia tələbinin irəli sürülməsi əsassızdır. Borcu ödəmək istəyirlər. İddiaçı qanunsuz və əsassız olaraq, 62458 ABŞ dolları borcu yeganə yaşayış yeri olan evə yönəldərək, evin hərracdan satılmasını və satışdan əldə olunan vəsait hesabını İddiaçı-yə ödənilməsini tələb edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı-nin nümayəndəsi X11 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək ona uyğun izahat vermiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, sonuncu ekspert rəyi ilə razıdırlar. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: xx xxxxxx 2014-cü il tarixli İPK 01 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə görə cavabdehə 36 ay müddətinə illik 28 % olmaqla 64000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 54000 ABŞ dolları əsas borcu, 12052 ABŞ dolları faiz borcu, 4990 ABŞ dolları cərimə, cəmi 71042 ABŞ dolları borcu var. xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi X4 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzili İddiaçı-nin Riyad filialının xeyrinə yüklü edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli arayışdan görünür ki, Cavabdeh, X7, X3 və X9 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə Ekspertiza Mərkəzinin 29223 nömrəli xx xxxx 2018-ei il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixə İddiaçı-yə olan borcu 62.257,55 ABŞ dolları müəyyən edilir (əsas borc üzrə 53.985,55 ABŞ dolları, faiz borcu üzrə 8272 ABŞ dolları). “X13” MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsinə dair xx.xx.2017ci il tarixli predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs. yerləşən 41 saylı evin 44 saylı mənzilin hazırki dövrə olan bazar qiyməti 110864 manat təşkil edir. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddələrinin müddəalarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 53986 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış 14103 ABŞ dolları faiz borcunun, 4990 ABŞ dolları cərimənin tutulmasını xahiş etmişdir. İşə baxan məhkəmə ərizəni icraata qəbul etmiş, lakin məhkəmə ekspert qarşısında sual qoyarkən bunu nəzərə almamış, borcun məbləğinin hansı tarixə hesablanmalı olması ilə bağlı sual qoymamış, eyni zamanda ekspert də bu halı nəzərə almamış, iddiaçının məhkəməyə müraciət etdiyi tarixə olan borcunu hesablamışdır. İşə baxan məhkəmə həmin ekspert rəyi ilə müəyyən edilən məbləğdə əsas və faiz borcunu tutmuş, sonradan verilmiş ərizəni nəzərə almamışdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə kollegiyası iddiaçının iddia tələbinin artırılması ilə bağlı ərizə verildiyi tarixə olan borcunu müəyyən etmək məqsədi ilə mühasibatlıq ekspertizanın keçirilməsini təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixə banka olan əsas borcu 53966.65 ABŞ dolları, faiz borcu isə 20444.68 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə borcun məbləğinin müəyyənləşdirilməsi zamanı səhvə yol vermiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə almamışdır. Buna görə də borcun məbləği sonuncu ekspert rəyi əsasında müəyyən edilən hallar nəzərə alınmaqla dəyişdirilməlidir. Bundan başqa hazırkı ekspert rəyindən görünür ki, faiz borcunun məbləği iddia tələbinin artırılması ilə bağlı ərizə ilə tələb olunan məbləğdən çoxdur (204xx.xx- 14103=6341.68). Məhkəmə kollegiyası ekspert rəyini digər sübutlarla birgə tam, hərtərəfli və obyektiv qiymətləndirərək, eləcə də, qətnamənin borcun məbləğinin müəyyənləşdirilməsi ilə bağlı hissəsindən iddiaçının apellyasiya şikayəti verdiyini, cavabdehlərin isə qətnaməni yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi və onun hərracda satılması hissəsində mübahisələndirdiklərini nəzərə alaraq hesab edir ki, ekspert rəyi nəzərə alınmadan (çünki rəy cavabdehin vəziyyətini daha da ağırlaşdırır) borcun məbləği iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı əlavə ərizə ilə tələb olunan məbləğdə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də faiz məbləği rəydə göstərilən məbləğdə dəyişdirilə bilməz. Bundan başqa ekspert rəyindən görünür ki, əsas borcun məbləği tələb olunan məbləğdən cüzi miqdarda azdır (53986 -53966.65=19.35). Məhkəmə kollegiyası hesab edir ki, buna baxmayaraq, əsas borcun məbləği iddiaçının tələb etdiyi miqdarda müəyyənləşdirilməlidir. Çünki ekspert rəyində ümumi borc tələb olunan məbləğdən çoxdur. Buna görə də həmin hissədə də borcun məbləği iddiaçının tələb etdiyi məbləğdə müəyyənləşdirilməlidir. Cavabdehlərin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, borcu könüllü ödəyəcəklər, yaşayış sahəsinin satılmasını istəmirlər, həmin mənzil onların yeganə yaşayış yeri olduğu üçün satıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin dəlili əsaslı deyil. Çünki mənzil mülkiyyətçinin öz iradəsi ilə ipoteka ilə yüklü edilmişdir. Buna görə də tutmanın ipoteka predmetinə yönəldilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh tutulmalı olan faiz borcu 14103 (on dörd min yüz üç) ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərci olan 145 (yüz qırx beş) cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar