Məhkəmə qərarları › İş №2(103)-8403/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8403/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8403/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Kreditor İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 4923.56 ABŞ dolları məbləğində kredit borcu, 8172.78 ABŞ dolları məbləğində faiz borcu və 3191.48 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16287 ABŞ dolları 82 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4541,69 ABŞ dolları məbləğində əsas borc, 7643,25 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12284,94 ABŞ dolları məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması qət edilmişdir. Bundan sonra Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 şikayət ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında 24 iyun 2021-ci il tarixli qətnaməsinin mövcudluğu müəyyən edilmir. İş materiallarında olan qətnamə - 14 iyun 2021-ci il tarixlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı apellyasiya şikayətində göstərilməlidir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar